Axtarış: 
ATXƏM və TÜRKSAM Ankarada "Azərbaycanın azadlıq mübarizəsi və 20 Yanvar" mövzusunda tədbir keçirdi - 25.01.2011
+  -  Çap 
Yerləşdirilib: 16.04.12 | Baxılıb: 3077
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
20 yanvar 2011-ci il tarixində Türkiyə Cümhuriyyətinin paytaxtı Ankara şəhərində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Beynəlxalq Əlaqələr və Strateji Araşdırmalar Mərkəzinin (TURKSAM) birgə təşkilatçılığı ilə "Azərbaycanın azadlıq mübarizəsi və 20 Yanvar" mövzusunda tədbir keçirmişdir. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədov və Azərbaycan Bələdiyyələr Birliyinin sədri Əbülfəz Babayev də iştirak etmişdir.
Tədbiri TÜRKSAM sədri Sinan Oğan açaraq, 1990-cı ildə Azərbaycan xalqının apardığı azadlıq mücadiləsi nəticəsində böyük qırğınlara səbəb olmuş 20 yanvar hadisələrinin Azərbaycan Türklərinin milli azadlıq uğrunda apardıqları uzun illərin mücadiləsindən sonra öz müstəqilliklərinin bərpası günü kimi tarixdə qaldığını bildirmişdir. "Məhz həmin hadisələrdən sonra 70 il ərzində sovetlər birliyinin müstəmləkəsi altında yaşamağa məcbur edilmiş Özbəkstan, Qazaxstan, Türkmənistan kimi digər Türk Cümhuriyyətlərinin, eləcə də bu müstəmləkə altında yaşayan digər xalqların öz müstəqilliyini əldə etməsi daha da sürətləndirmiş, onlar öz müstəqilliklərinə qovuşmuşdular".
Sinan Oğan qeyd etmişdir ki, tarixi Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürən Ermənistan və onun havadarı rolunda çıxış edən o dənəmin sovetlər birliyi rəhbərliyinə qarşı etiraz səsini ucaldan Azərbaycan türklərinin üzərinə sovet ordusunun döyüş hissələri yeridilmiş və nəticədə Azərbaycanda misli görünməmiş bir faciə yaşanmışdır. "135 nəfərin (20-dən çox qadın, uşaq) qətlə yetirildiyi, 600-dən çox insanın yaralandığı o qanlı gecədə Bakıya Sovet imperiyasının 20 mindən çox qoşun kontingenti yeridilmiş, sovet ordusu erməni quldur dəstələri ilə birgə Azərbaycan xalqına qarşı genişmiqyaslı terror aktı həyata keçirmişdir".

Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov bildirmişdir ki, Azərbaycan xalqı 20 yanvarı tarixi hüzn günü kimi qeyd etsələr də, bu günün tariximizdəki önəmini əsla unutmamış, 20 yanvar gününü Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş bir gün kimi dəyərləndirmiş, həmin günü milli-azadlıq tariximizin qürur duyulası bir səhifəsi kimi qəbul etmişlər: "20 Yanvar hadisəsi XX əsrdə dünyada totalitarizmin törətdiyi ən qanlı terror aktlarındandır. Təəssüf ki, Azərbaycan xalqının məruz qaldığı bu təcavüz indiyədək bəşəriyyət əleyhinə cinayət kimi beynəlxalq müstəvidə layiq olduğu hüquqi və siyasi qiymətini almayıb. 20 Yanvar faciəsinin törədilməsində bilavasitə M.Qorbaçov başda olmaqla o dönəmin rəhbərliyi günahkar olmuşdur".
İlham İsmayılov qeyd etmişdir ki, 20 yanvar hadisələri Azərbaycan Türkləri üçün bir faciə olmaqla yanaşı, həm də mahiyyət etibarilə Azərbaycan xalqının milli-azadlıq tarixinin qürur duyulası bir səhifəsidir: "Çünki bir tərəfdə azadlıq üçün mübarizə aparan Azərbaycan xalqı, digər tərəfdə isə həmin azadlığın qəsdinə durmuş sovet imperiyası dayanırdı. Lakin o hadisələrdən 21 il ötəndən sonra da baxırıq ki, həmin gün bütün Azərbaycan xalqının birlik günü olmuşdur. O gün həm də bütün Türk Dünyasının birləşdiyi, milli oyanış günü kimi tarixdə düşməlidir. Təssadüfi deyil ki, 20 yanvar hadisələrindən sonra bu faciəni dünyaya çıxaran və ən çox təpki göstərən də başda Türkiyə olmaq üzrə qardaş Türk ölkələri olmuşdur".
İlham İsmayılov çıxışında 20 yanvar hadisələrinin Azərbaycanın müstəqillik qazanmasındakı önəmli rolundan danışaraq bildirmişdir ki, bu müstəqillik günü bu gün də Ermənistanın Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları və işğalçılıq siyasəti nəticəsində hələ də torpaqlarımızım 20 faizi işğal altında qalmaqdadır: "Biz tarixi gerçəkliklərə baxsaq görərik ki, ermənilərin Azərbaycana qarşı tutduğu bu işğalçılıq siyasəti ermənilərin ümumən Türk Dünyasına qarşı tutduğu tarixi düşmənçiliyinin tərkib hissəsidir.
Ermənilərin 1992-ci ildə Xocalıda və işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdiyi soyqırımları XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın bir çox bölgələrində daha mütəşəkkil şəkildə həyata keçirmişlər. Bu gün Türkiyəyə qarşı əsassız soyqırım iddiaları irəli sürərək, Azərbaycanın və eləcə də Türkiyənin torpaqlarına qarşı da ərazi iddiaları qaldırmaqdadır. Demək olar ki, Türkiyə və Azərbaycan ermənilərlə eyni problemi yaşamaqdadır. Ona görə də, bütün Türk dünyası olaraq, önümüzə atılmış bu əngəli aradan qaldırmaq üçün yalnız birlik nümayiş etdirməli və birlikdə hərəkət etməliyik. Bunun üçün xüsusən, Türk dünyası QHT-lərinin üzərinə çox böyük yük düşməkdədir. Hesab edirəm ki, biz birlikdə hərəkət etməklə erməni lobbisinə qarşı dayanıqlı və ortaq bir mövqedə dayanmağı israrla bacarmalıyıq".
Daha sonra tədbirdə 20 yanvar hadisələrindən bəhs edən fotolar sərgilənmiş, toplantı iştirakçıları qanlı 20 yanvar hadisələri ilə bir daha tanış olmuşlar.


ATXƏM-in
Mətbuat xidməti

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo