Axtarış: 
ATXƏM-in dəstəyilə Türk Dünyası Riyaziyyat Cəmiyyətinin "Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı" nəşr olundu - 20.05.2010
+  -  Çap 
Yerləşdirilib: 13.03.12 | Baxılıb: 3245
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Mayın 15-də Azərbaycanda Atatürk Mərkəzində Türk Dünyası Riyaziyyat Cəmiyyətinin (TDRC) mətbu orqanı olan "Türk Dünyası Riyaziyyat Cəmiyyətinin Nəzəri və Tətbiqi Riyaziyyat Jurnalı"nın - ("Turkic World Mathematics Society Journal of Pure and Applied Mathematics") nəşr olunmuş birinci nömrəsinin təqdimatı keçirilmişdir.Jurnal Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) dəstəyi ilə nəşr olunmuşdur.
Xatırladaq ki, Türk Dünyası Riyaziyyat Cəmiyyəti 1999-cu ildə təsis olunmuşdur. Bu qurum öz sıralarında Azərbaycan, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Çin, ABŞ, Monqolustan və Avropa ölkələrindən olan riyaziyyatçıları birləşdirir.
Cəmiyyətin ilk konqresi 1999-cu ildə Fırat Universitetində (Türkiyə, Elazığ), növbəti konqresi 2007-ci ildə Sakarya Universitetində (Türkiyə, Adapazarı), üçüncü konqresi isə 2009-cu ildə Əl-Farabi adına Qazaxıstan Milli Universitetində (Qazaxıstan, Almatı) keçirilmişdir.
Almatıda keçirilən konqresdə jurnalın təsisi haqqında qərar qəbul olunmuşdur. Jurnalın nəşri Bakı Dövlət Universiteti (BDU) Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutuna həvalə edilmişdir.
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, TDRC-nin vitse-prezidenti, akademik Fikrət Əliyevin redaktorluğu ilə nəşr olunan jurnal Fransada Elmi Jurnalların Beynəlxalq Qeydiyyat Xidmətində qeydiyyatdan keçmiş və identifikasiya nömrəsi (İSSN 2076-2585) almışdır.
Tanınmış alim və mütəxəssislərin iştirak etdikləri təqdimat mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov yeni nəşr barədə fikirlərini açıqlamış, jurnalın riyaziyyat elminin inkişafında səmərəli rol oynayacağına əminliyini vurğulamışdır.
Türk Dünyası Riyaziyyat Cəmiyyətinin vitse-prezidenti, jurnalın baş redaktoru, akademik Fikrət Əliyev ulu öndər Heydər Əliyevin elmin, təhsilin inkişafına daim böyük önəm verdiyini vurğulamış, jurnalın təqdim olunan ilk nömrəsi barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasov, Bakı Dövlət Universitetinin rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov və digər çıxış edənlər jurnalın əhəmiyyətindən danışmışlar.


ATXƏM-in Mətbuat xidməti

VIDEO
Azərbaycanın uğurlu media diplomatiyası - 13.07.2026
 
Türk dünyasının mədəni-humanitar inteqrasiyası üçün yol xəritəsi - 30.06.2026
 
Füzuli və Şuşadan verilən həmrəylik mesajları - 24.06.2026
 
Şuşa Bəyannaməsi: Türk dünyasının inteqrasiyasına töhfə verən tarixi sənəd - 12.06.2026
 
WUF13 Azərbaycanın gələcəyə hesablanmış inkişaf modelinin təqdimatı baxımından əhəmiyyətli idi - 24.05.2026
 
Heydər Əliyevin türk dünyasının inteqrasiyasında əvəzsiz xidmətləri - 09.05.2026
 
Türkçülük Günü Türk xalqları arasında inteqrasiya prosesinin sürətləndirilməsində mühüm əhəmiyyət kəsb edir - 01.05.2026
 
Kiyev-Bakı əməkdaşlığı, mövcud durum və perspektiv imkanlar - 27.04.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo