Axtarış: 
Azərbaycan nümayəndə heyəti Strasburqda Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı tədbirlər keçirdi - 27.02.2010
+  -  Çap 
Yerləşdirilib: 13.03.12 | Baxılıb: 2641
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı 2010-cu ilin fevral ayının 24-28-də Avropanın paytaxtı Strasburq şəhərində silsilə tədbirlər həyata keçirib.Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının sektor mudiri Qafar Əliyev, Milli Məclisin komissiya sədri Arif Rəhimzadə, Milli Məclisin üzvü Əkrəm Abdullayev, ATXƏM-in sədri İlham İsmayilov, "Kür-Xəzər" Xeyriyyə Cəmiyyətinin sədri Akif Kərimov və ziyalılardan Nadir Orucov iştirak ediblər.
Fevralın 26-da Fransada səfərdə olan Azərbaycan nümayəndə heyəti Fransanın Strasburq şəhərində Türk və Azərbaycan diaspor təmsilçiləri ilə görüşüblər. Daha sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Strasburqda ITIRI-Yazılı və Sinxron tərcümə və Beynəlxalq Əlaqələr İnstitutunda "Azərbaycan Respublikasının Diaspora siyasəti, icrası və Azərbaycan Diasporasının əsas məsələləri" adlı konfransa qatılıblar.
Daha sonra Azərbaycan nümayəndə heyəti Strasburq universitetinin Türkologiya fakültəsi tələbələri və eləcə də Strasburqda təhsil alan azərbaycanlı tələbələr qarşısında «Azərbaycan Diasporu və Fransa-Azərbaycan Əlaqələri» mövzusunda çıxış ediblər.

Bundan başqa görüşlərdə Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirməyin vacib olduğu qərara alınıb. Xocalı soyqırımının dünyaya çatdırılması və bu istiqamətdə Strasburqda və ümumilikdə Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatlarının birgə iş qurmaları vacibliyi qeyd olunub. Görüşdə Azərbaycan nümayəndə heyəti Azərbaycan və Qarabağla bağlı Azərbaycan, rus, ingilis və fransız dillərində nəşr olunmuş çoxsaylı kitab və bukletləri görüş iştirakçılarına və eləcə də Strasburqdakı Azərbaycan evinin kitabxanasına veriblər.
Fevralın 26-da Azərbaycan nümayəndə heyəti Strasburqda Avropa Parlamentlər Assosiasiyasının binasında Azərbaycanın Avropa Şurası yanındakı Daimi Nümayəndəliyi tərəfindən təşkil edilən Xocalı faciəsinin 18-ci ildönümü ilə bağlı tədbirə qatılıblar. Tədbirdə Strasburqda fəaliyyət göstərən xarici diplomatik korpusların nümayəndələri, Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsindəki hakimi, Avropa Şurasının işçiləri, Azərbaycan və Türk diaspora qurumlarının üzvləri, Strasburqda təhsil alan azərbaycanlı tələbələr və xarici qonaqlar da iştirak ediblər.

Tədbirdə Azərbaycanın Avropa Şurası yanındakı Daimi nümayəndəsi Xanlar Hacıyev, Azərbaycan nümayəndə heyətinin üzvləri çıxış edərək, 18 il bundan öncə Xocalıda baş verənləri bir daha tədbir iştirakçılarının nəzərinə çatdırıblar və bu vəhşiliyi pisləyiblər.Tədbir boyu qonaqlar üçün Xocalı faciəsini əks etdirən film nümayiş olunub.
Fevralın 27-də isə Azərbaycan nümayəndə heyəti Xocalı soyqırımının 18-ci ildönümü ilə əlaqədar Strasburqun mərkəzi Kleber meydanında ATXƏM və Strasburq "Azərbaycan Evi"nin birgə təşkil etdiyi mitinqə qatılıblar.

Mitinqdə Strasburqda fəaliyyət göstərən Azərbaycanla Mədəni Əlaqələr Cəmiyyəti, Azərbaycan Kültür cəmiyyəti, Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası, Türk diaspor təşkilatları (Strasburq Türk Ailələri Fedarasyonu, Türk Ocaqları) və ətraf şəhərlərdə çalışan Azərbaycan, türk, fransız və digər təşkilatların nümayəndələri də iştirak ediblər.
300 nəfərdən çox nümayəndənin qatıldığı tədbirə ermənilər müdaxilə etməyə cəhd göstəriblər. İnsidentin böyüməsinə imkan verməyən Strasburq hüquq-mühafizə orqanları təxribatçıları Kliber meydanından uzaqlaşdırıblar.Mitinqin sonunda dünya ictimaiyyətinə müraciət qəbul olunub.
Mitinqdən sonra Azərbaycan nümayəndə heyəti Strasburq “Azərbaycan Evi”nin qonağı olub, Strasburqda yaşayan soydaşlarımız və tələbələrlə görüşüblər. Sonda ATXƏM və Strasburq "Azərbaycan Evi" birgə əməkdaşlıqla bağlı protokol imzalayıblar.


ATXƏM-in
Mətbuat xidməti

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo