Axtarış: 
Salyanda ATXƏM və AFFA-nın Regional Futbol Federasiyasının birgə futbol turniri keçirildi - 13.07.2009
+  -  Çap 
Yerləşdirilib: 13.03.12 | Baxılıb: 2305
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Azərbaycan Prezidenti İlham Əliyevin 2005-2015-ci illər üçün regionlarda futbolun inkişafına dair imzaladığı dövlət proqramına uyğun olaraq uyulun 12-də Salyan rayon Qaraçala qəsəbəsində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM ) İctimai Birliyi və AFFA-nın Regional Futbol Federasiyasının (RFF) birgə futbol turniri keçirildi.Turnirdə ATXƏM və RFF-nın rəhbərliyi, “Neftçi” veteranlar klubunun üzvləri, futbol mütəxəssisləri, mətbuat və informasiya nümayəndələri, o cümlədən Azərbaycan futbolunun tanınmış simalarından olan – İsgəndər Cavadov, Maşallah Əhmədov, Əfqan Talıblı, Asəf Namazov, Bəxtiyar Qulamov və digərləri də iştirak edirdilər.
Turnir iştirakçıları ilk öncə Salyan rayonundakı Heydər Əliyev adına parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, abidə önünə gül çiçəklər qoydular. Sonra isə Qaraçala qəsəbəsindəki 20 yanvar və Qarabağ şəhidlərinin xatirəsini yad etmək üçün Fəxri xiyabana gələrək şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözüylə açan ATXƏM-in sədri İlham İsmaylov turnir iştirakçılarını salamlayaraq, bildirdi ki, ATXƏM artıq bir neçə ildir ki, Salyan rayon Qaraçala qəsəbəsində yeniyetmələrdən ibarət komandaların iştirakı ilə futbol turniri keçirir: “Məqsədimiz bölgələrdə istedadlı yeniyetmə gəncləri axtarıb tapmaq və onların böyük futbola gəlməsində yardımçı olmaqdır. Bilirsiniz ki, bu gün ölkəmizdə idmanın başqa növlərinə nisbətən futbolumuzun inkişafında müəyyən problemlər mövcuddur. Bunu nəzərə alan Azərbaycan Prezidenti möhtərəm, cənab İlham Əliyev Azərbaycan futbolunun inkişafına nail olmaq üçün 2005-2015-ci illər üçün regionlarda futbolun inkişafına dair dövlət proqramı imzalayıb. Bu proqram çərçivəsində ATXƏM olaraq bizdə çalışırıq ki, bu sahədə olan problemlərin aradan qaldırılmasında yaxından iştirak edək, Azərbaycan futbolunun tarixi ənənələrini bərpa etmək və yenidən yüksəklərə qaldırmaq üçün dövlətimizlə birgə əməkdaşlıq edək. Ümüdvarıq ki, bu günki turnirdə ilk addımlarını atan yeniyetmə balalarımızın adı nə vaxtsa dünyanın ən məşhur klublarından, stadionlarından gələcəkdir”.

AFFA-nın Regional Futbol Federasiyasının prezidenti, şöhrət ordenli İsgəndər Cavadov da turnir iştirakçılarını salamlayaraq, bölgələrdə belə yarışların mütamadi keçirilməsinin zəruriliyini qeyd etdi: “30 il əvvəl Ulu öndərimiz Heydər Əliyev o vaxtkı “Neftçi” futbol komandasının üzvləriylə görüşəndə futbolumuzun inkişafı üçün regionlarda uşaq futbolunun inkişaf etdirilməsinin vacib olduğunu qeyd etmişdir. Ulu öndərimizin dediyi o müdrük sözlər bu gün artıq reallaşmaqdadır. Mən də bu fikirlə tam razıyam ki, böyük futbolda uğur qazanmaq istəyiriksə, uşaq futboluna ciddi fikir verməliyik, futbolda fərqlənən hər bir uşağa sahib çıxmalı, onların inkişaf etmələrində hər birimiz əlimizdən gələni əsirgəməməliyik”.

Tədbirdə Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev də çıxış edərək, bölgələrdə bu cür turnirlərin keçirilməsinin əhəmiyyətini xüsusi qeyd etdi: “Azərbaycan prezidenti cənab İlham Əliyevin idmanın bütün sahələrinə göstərdiyi qayğı və diqqəti futbolumuzun inkişafına da göstərməsi bütün futbolseverlər üçün bir bayram oldu. Bunun nəticəsidir ki, bu gün biz bölgələrimizdə əsl bayram əhval-ruhiyyəsi yaşayırıq. Bu gün artıq Azərbaycan futbolu dövlət tərəfindən tam qayğıyla əhatə olunub. İnanırıq ki, bu qayğı və diqqətin nəticəsi olaraq yaxın illər ərzində Azərbaycan futbolu yeni-yeni ulduz futbolçularla canlanacaq, futbolumuza İsgəndər Cavadov, Maşallah Əhmədov kimi əfsanəvi idmançılar yenidən qazandırılacaq. Artıq bunun üçün real imkanlar və hər cür dövlət dəstəyi mövcuddur”.

ATXƏM-in təsisçilərindən biri, “Azad Azərbaycan” qəzetinin baş redaktoru Asəf Abbasov da regionlarda belə tədbirlərin tez-tez keçirilməsini vacib saydı. O qeyd etdi ki, bu cür turnirlər və tanınmış futbolçuların bölgələrə gəlişi gənclərin bu idmana olan marağını daha da artıracaq və onlar üçün yeni bir stimul olacaqdır.


Salyan rayonu İH başçısının müavini Rəşad Cəbrayılov da rayon rəhbərliyi adından çıxış edərək, turnir iştirakçılarını salamlayaraq, qeyd etdi ki, Salyan rayon İcra Hakimiyyəti rayonda bu cür tədbirlərin keçirilməsini yüksək qiymətləndirir və bu cür turnirlərin keçirilməsində hər cür dəskək verməyə hazırdır.
ATXƏM-in icra katibi Şahin Verdiyev çıxışında bildirdi ki, bu günlərdə Azərbaycan futbolunun əvəzsiz simalarından biri, adı vaxtilə SSRİ kimi böyük bir məkanın 33 ən güclü futbolçusu siyahısına daxil olmuş, AFFA-nın Regional Futbol Federasiyasının vitse-prezidenti Maşallah Əhmədovun 50 yaşı tamam olub. “İnaniriq ki, ömrünü Azərbaycan futbolunun yüksəldilməsinə həsr etmiş Maşallah Əhmədov, bundan sonra da futbolumuzun inkişafında öz səylərini əsirgəməyəcək”.

Sonra turnirin təntənəli açılış mərasimi keçirildi. 13-14 yaşlilardan ibarət Salyan rayon rayon komandası, Salyan rayon Qaraçala qəsəbəsinin “Qaraçala” komandası, Şirvan şəhərinin “Şirvan” komandası və Nefçala rayonunun gənc yeniyetmələrdən ibarət komandalarının yarışı keçirildi. Yarışda 1-ci yeri Salyan rayon komandası, 2-ci yeri Salyan rayon Qaraçala qəsəbəsinin “Qaraçala” komandası, 3-cü yeri Şirvan şəhərinin “Şirvan” komandası, 4-cü yeri isə Nefçala rayonunun komandaları tutdular. Müxtəlif rayonları əhatə edən 4 komandanın iştirakı ilə keçirilən oyundan sonra qalib komanda və fərqlənən oyunçular AFFA-nın Regional Futbol Federasiyasının və ATXƏM rəhbərliyi tərəfindən müxtəlif qiymətli hədiyyələr və diplomlarla mükafatlandırıldılar.

Sonra yoldaşlıq oyunu keçirmək üçün Azərbaycan futbol veteranları ilə ATXƏM-in və Salyan rayonu birləşmiş futbol komandası meydançaya çıxdılar. Oyun 1:1 hesabı ilə başa çatdı.
Tədbirin sonunda ATXƏM-in Mədəniyyət departamenti turnir iştirakçıları üçün bayram konserti təşkil etdi.

ATXƏM
Mətbuat xidməti

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo