Axtarış: 
Türkdilli ölkələrin QHT Platforması yaradılacaq
+  -  Çap 
Yerləşdirilib: 13.04.12 | Baxılıb: 2639
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Aprelin 13-də Bakıda "Azərbaycan –Türkiyə münasibətlərinin bu günü və gələcəyi: QHT, media və beyin mərkəzlərinin bu münasibətlərin inkişafında yeri və rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.APA-nın məlumatına görə, konfransda Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin üzvü, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Türkiyə nümayəndə heyətinin rəhbəri, Avrasiya QHT Əməkdaşlıq Dərnəyinin sədri İsmail Safi və Avrasiya İqtisadi Əməkdaşlq Dərnəyinin sədri Hikmət Ərən, Azərbaycanın millət vəkilləri, media və QHT rəhbərləri iştirak ediblər.
Konfransın təşkilatçısı olan millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Türkiyənin dövlət qurumları arasında əlaqələr yüksək səviyyədə olsa da, iki ölkənin QHT-ləri arasında işbirliyi, koordinasiya olunmuş fəaliyyət həyata keçirilmir. Q. Paşayeva deyib ki, hər iki ölkənin ortaq problemlərinin həllində QHT-lərin, medianın və beyin mərkəzlərinin dəstəyinə ehtiyac var. Onun sözlərinə görə, türkiyəli qonaqların səfəri müddətində Prezident Yanında Strateji Araşdırmalar Mərkəzində, QHT-lərə Dövlət Dəstəyi Şurasında, Diasporla İş üzrə Dövlət Komitəsində görüşlər keçiriləcək, Xocavənd rayonuna səfər təşkil olunacaq və orada "Qondarma erməni soyqırımı: iddia və yalanların qarşısının alınmasında QHT-nin və KİV-in rolu, vəzifələri" adlı konfrans təşkil ediləcək.
Türkiyə millət vəkili İ. Safi də iki ölkənin vətəndaş cəmiyyəti institutlarının qarşılıqlı əməkdaşlığının vacibliyini vurğulayıb. O bildirib ki, Fransada ermənilərə dəstək yasası qəbul olunanda dövlətlərin apardığı iş, birgə əməkdaşlıq görünsə də, QHT sektorunda ciddi boşluqlar olduğu üzə çıxdı: "Hollandiyada türk və erməni topluluğunun sayı bərabərdir. Amma təsir imkanları barədə bunu deyə bilməyəcəyəm".
İ. Safi türk dövlətlərinin QHT-lərinin birləşdiyi Ortaq Avrasiya Platforması yaratmaq niyyətində olduqlarını açıqlayıb: "Biz ilk toplantını bu ilin sentyabr ayında Türkiyədə keçirməyi planlaşdırırıq. Bu çərçivədə Azərbaycan QHT-lərini də əməkdaşlığa dəvət edirik".
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev də Türkiyə və Azərbaycanın QHT sektoru və media qurumları arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
"APA Group"un rəhbəri Vüsalə Mahirqızı çıxışında Azərbaycanla Türkiyə arasında münasibətlərin dövlətlər və xalqlar səviyyəsində həmişə çox yüksək səviyyədə olduğunu bəyan edib: "2009-cu ildən Azərbaycan və Türkiyənin vətəndaş cəmiyyəti institutlarının inteqrasiyası istiqamətində yeni bir mərhələ başlayıb. Əvvəlcə Ankarada, ötən il isə Azərbaycanda Türkdilli Ölkələrin Media Forumu keçirilib. Azərbaycanda çox əhəmiyyətli qərar alınaraq bu foruma təkcə türkdilli dövlətlərin deyil, həm də türkdilli topluluqların nümayəndələri dəvət olundular". V. Mahirqızı yeni yaranacaq Ortaq Avrasiya QHT Platformasına həm də türk topluluqlarını təmsil edən QHT-lərin və medianın dəvət olunmasını təklif edib: "Çünki dövlətləri olan xalqlar öz sözlərini üzv olduqları müxtəlif beynəlxalq təşkilatlarda, tədbirlərdə deyə bilirlər. Türk topluluqlarının isə problemlərini səsləndirəcəkləri heç bir platforma yoxdur".
V. Mahirqızı türkdilli xalqların ortaq xəbər agentliyinin yaradılmasının da müsbət nəticələr verə biləcəyini söyləyib.
Azərbaycanın Dağlıq Qarabağ İcmasının rəhbəri Bayram Səfərov, Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Qazi Bilgin, millət vəkilləri Rövşən Rzayev və Jalə Əliyeva, Milli QHT Forumunun rəhbəri Rauf Zeyni və digər çıxışçılar da türk xalqlarının media və QHT-ləri, beyin mərkəzləri arasında əlaqələrin inkişaf etdirilməsinin zəruriliyini vurğulayaraq, təkliflər səsləndiriblər.


VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Axşam: +7.. +9dumanlı yağmursuz
Gecə: +6.. +8dumanlı yağmursuz
Səhər: +7.. +9buludlu yağmursuz
Gündüz: +8.. +10aydn yağmursuz
Atm. təziyi: 774 ìì
Rütübət: 69 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo