Axtarış: 
ATXƏM-in Azərbaycan diaspora təşkilatlarına Müraciəti
+  -  Çap 
Yerləşdirilib: 12.04.12 | Baxılıb: 2857
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Güney Azərbaycanda yaşayan soydaşlarımızın bütün hüquqlarından məhrum olunduğu, İrandakı mövcud rejiminin hər gün müxtəlif bəhanələrlə soydaşlarımızı edam etdirdiyi bir vaxtda Dünya Azərbaycanlıları Konqresi (DAK) adı ilə bir neçə yerə parçalanmış Azərbaycan diaspora təşkilatlarının birlik qurultayına gedəcəyi ilə bağlı xəbərlər bizdə böyük ümid doğurmuşdur.

Bütün Türk xalqlarının və onların diaspora təşkilatlarının birlik və bərabərliyini öz fəaliyyətində təməl prinsip olaraq əsas götürən bir təşkilat kimi biz də bu birliyin reallaşması üçün aktiv rol oynamaq və proseslərdə daha yaxından iştirak etməyi zəruri hesab edirik.
Hesab edirik ki, Güney Azərbaycanda yaşayan soydaşlarımızın öz hüquqlarını bərpası üçün real tarixi bir şans yaranıb və bu real imkanı dəyərləndirmək üçün milli birliyin yaradılması da olduqca vacibdir. Lakin ayrı-ayrı qruplara parçalanaraq, bu günə kimi yalnız öz aralarında nüfuz mübarizəsi ilə məşğul olan bəzi diaspora təşkilatları bu tarixi məqamı dəyərləndirmək əvəzinə, yenidən öz şəxsi iddialarını ön plana çəkməklə məşğuldurlar.
Bilmək istərdik ki, bir-biri ilə mübarizə aparan bəzi diaspora təşkilatları arasında milli maraqlarımızdan üstün daha nə ola bilər ki, onların bir araya gəlməsinə əngəl törətsin?. Bu gün öz aralarında birlik yarada bilməyən belə təşkilatların milli birlik yaradacağına hansı məntiqlə inanmaq olar? Qarşılıqlı ittihamlar, təşkilatlararası mübarizələrlə bir-birini zəiflətməklə, belə təşkilatlar ayrı-ayrı dövlətlərin maraqlarına xidmət etmiş olmurlarmı?
Lakin hələ də ümidimizi itirməmişik. İnanmaq istərdik ki, Güney Azərbaycandakı soydaşlarımızın taleyinin həll olunduğu bir vaxtda bütün tərəflər öz iddialarından əl çəkəcək, Dünya Azərbaycanlılarının birliyi naminə bir araya gələcəklər. Bu birliyi pozmaq istəyənlər isə tarixin və Azərbaycan xalqının yaddaşında lənətli bir şəkildə qalacaqlar.  Odur ki, belə bir vəziyyətdə dünya azərbaycanlılarının bütün diaspor təşkilatlarının birliyini təmin etmək üçün bütün tərəflərə birləşməyi tövsiyyə edir, hər zaman milli mücadilə aparan sağlam qüvvələrin yanında olacağımızı və keçiriləcək birlik qurultayına bir təşkilat olaraq hər cür dəstək verəcəyimizi bəyan edirik.

İlham İsmayılov

Azərbaycanlıların və digər Türkdilli
Xalqların Əməkdaşlıq Mərkəzinin sədri





VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Axşam: +5.. +7dumanlı yağmursuz
Gecə: +3.. +5aydn yağmursuz
Səhər: +5.. +7aydn yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Atm. təziyi: 763 μμ
Rütübət: 83 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo