Axtarış: 
ATXƏM sədri İlham İsmayılovun DAK-ın gələcək fəaliyyəti ilə bağlı təklifləri
+  -  Çap 
Yerləşdirilib: 02.05.12 | Baxılıb: 3490
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Qeyd edək ki, bir müddət əvvəl də ATXƏM sədrinin DAK-ın birlik qurultayının keçirilməsi ilə bağlı bütün tərəflərə müraciəti yayınlanmışdır.
Birlik qurultayının alınmadığını nəzərə alaraq İlham İsmayılov DAK-ın gələcək fəaliyyəti ilə bağlı yenidən öz təkliflərini verib. Müraciətdə deyilir: 
"Zaman-zaman tarixi Azərbaycan torpaqlarının bölünərək ayrı-ayrı dövlətlərə verilməsi və bu gün də Dağlıq Qarabağ bölgəsinin Ermənistan ordusu tərəfindən işğal altında saxlandığı, Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının total şəkildə pozulduğu bir vaxtda dünya azərbaycanlılarının hüquqlarının müdafiəçisi rolunda çıxış etməli, dünya azərbaycanlılarının birlik və bərabərliyinə xidmət etməli olan DAK-ın Ukrayna və Belçikada ayrı-ayrı iki yerdə qurultayların keçirilməsi məndə böyük təəssüf hissi doğurmuşdur.
Milli birliyimizin daha çox vacib olduğu indiki şəraitdə milli mücadiləmizin önündə olan şəxslər arasında yenidən yaranmış fikir ayrılıqları yalnız milli mübarizə aparan təşkilatların zəiflənməsinə gətirib çıxaracaq ki, bu da bizim bu mübarizəmizə əngəl olmaq istəyən qüvvələrin işinə daha çox yarayacaqdır. Bu gün öz aramızda birlik yarada bilməsək, milli birliyin əldə olunması da sadəcə söz olaraq qalacaqdır. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, dünyada yaşayan 50 milyonluq Azərbaycan xalqının birlik və bərabərliyinin təmin edilməsinə xidmət edən bir təşkilat kimi tanıdığımız DAK-ın yenidən parçalanması yolverilməzdir və əsla qəbul oluna bilməz. Odur ki, hər iki tərəfdən olan DAK rəhbərliyinə səslənərək, milli birliyimiz naminə bütün ittihamları bir kənara qoyub, Azərbaycanın bütövlüyü naminə aşağıdakı addımları atmalarını təklif edirəm:
•    DAK-ın Qurultayı adı altında keçiriləcək hər iki konfrans gələcəkdə keçiriləcək birlik qurultayına hazırlıq konfransları kimi təqdim olunsun;
•    Hər iki konfransda birlik qurultayına hazırlıqla bağlı xüsusi komissiya yaradılsın və bu komissiyaya cari ilin oktyabr-noyabr aylarında Avropa ölkələrinin birində DAK-ın birlik qurultayını çağırmaq üçün mandat verilsin;
•    DAK-ın Birlik qurultayında bütün dünyada fəaliyyət göstərən Azərbaycan diaspora təşkilatlarının iştirakı təmin olunsun;
•     DAK adı altında birliyin yaranması təmin olunmazsa, təşkilatın fəaliyyətinə xitam verilərək, Dünya Azərbaycanlılarının Milli Birlik Şurası (DAMBŞ) və ya başqa bir  ad altında bütün tərəflərin təmsil olunacağı yeni bir təşkilat yaradılsın.
•    Yeni yaradılacaq  bu qurumun təsisçiləri fiziki şəxslər yox, hüquqi şəxs olan diaspora təşkilatlarından ibarət olmalıdır ki, hər hansı bir təşkilat qurumdan çıxarkən bu təşkilat daxilində parçalanmalara yol açmasın. Belə olan halda hər hansı məqsədlə bu quruma daxil olan və ya bu qurumdan kənarlaşan təşkilat və ya şəxs  milli birlik ideologiyasına təsir göstərə və qurum daxilində parçalanma yarada bilməz. Hesab edirəm ki, yeni yaradılacaq bu qurum ayrı-ayrı şəxslərin yox, yalnız milli ideologiya ətrafında formalaşarsa bir daha heç bir parçalanma da baş verməz.

Şəxsim və təmsil etdiyim təşkilat adına bildirmək istəyirəm ki, milli birlik adına qurulacaq hər hansı bir quruma hərtərəfli dəstək verməyə hazıram".


VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« İyul.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo