Axtarış: 
Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
+  -  Çap 
Yerləşdirilib: 23.04.12 | Baxılıb: 5351
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Azərbaycan-Belçika Dostuq Cəmiyyətinin sədri Ayhan Dəmirçinin Publika.Az-a müsahibəsi

- Ayhan bəy, Belçikada Azərbaycan diasporunun fəaliyyətini necə  dəyərləndirirsiniz?

- Avropanın digər ölkələrindən fərqli Belçikada yaşayan soydaşlarımızın sayı azdır. Amma onlar öz adət-ənənələrinə sadiqdirlər. Əlavə edim ki, bütün ölkələrdə olduğu kimi, Belçikadakı soydaşlarımız da fəaldırlar və Azərbaycan həqiqətlərinin Belçika ictimaiyyətinə çatdırmağa çalışırlar. Milli adətlərimizin atributları olan bayramlarımızdan tutmuş, Dağlıq Qarabağ problemi, Xocalı faciəsinə kimi Azərbaycana aidiyyəti olan və xaricdə təbliği vacib bütün məsələləri diqqətdə saxlayırlar.
Hər il Xocalı soyqırımının il dönümü ilə bağlı beynəlxalq təşkilatların önündə aksiyalar keçirilir. Bu il təkcə 1000-dən  çox şarın üzərində Xocalı faciəsi ilə bağlı sözlərin yazılıb havaya buraxılmasını misal çəkə bilərik.
- Sizcə, bu gün diaspor  fəaliyyətindən lobbi strategiyasına keçmək  üçün nə etmək lazımdır?
- Çox maraqlı sualdır. Bu haqda geniş danışmaq olar. Amma mən əsas nüanslara toxunacam. Bununçün ilk növbədə güclü maliyyə imkanları tələb olunur. Dəqiq və hesablanmış strategiya planları işlənilməlidir. Bu iş geniş maliyyə tələb etdiyi üçün hələlik istədiyimiz nəticəni görə bilmirik.
Onu da əlavə edim ki, Azərbaycan diasporunun yaranması yaxın tarixə təsadüf etdiyindən, bu haqda geniş danışmaq tezdir. Bununla yanaşı uğurlu çalışmalar aparırıq və yaxın illərdə istədiyimiz nəticələrin şahidi olacağıq.
- Azərbaycan-türk diaspor qurumları arasında əlaqələr hansı səviyyədədir?
- Biz bir millət, iki dövlət olduğumuz üçün Azərbaycan–türk cəmiyyətləri arasında birgə fəaliyyət müxanizmləri güclüdür. Bir-birimizə mənəvi-təşkilatı dəstəklər oluruq. Keçirdiyimiz tədbirlərdə fəal iştirak edirik.
-Əvvəlki illərlə müqayisədə hazırda Belçikada Azərbaycanı necə tanıyırlar?
- Təbii ki, ildən-ilə Belçikada ölkəmiz haqqında poziviv informasiya artmaqdadır və yerli qəzetlər Azərbaycanla bağlı məqalərlə çıxış edirlər. Bunu görməmək mümkün deyil.  Amma fəaliyyətimiz daha da genişləndirmək olar.
- Belçikanın ictimai-siyasi dairələrində ölkəmizə maraq necədir?
- Məsələyə Belçika-Azərbaycan əlaqələri inkişafı kontekstində yanaşsaq, ölkəmizə maraq böyükdür. Bütün beynəlxalq təşkilatların mərkəzi ofisi Belçikada yerləşdiyindən Azərbaycan Belçika ilə bağlı siyasətini uğurlu xətt üzərində qurub. Bu yaxınlarda Belçikalı parlamentarilərin Azərbaycana səfəri və ölkəmizlə bağlı maraqlı açıqlamalar vermələri buna işarədir. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycan enerji ölkəsi olduğu üçün ölkəmizə maraq güclüdür və hələ bundan sonra da Azərbaycan daim diqqət mərkəzində olacaq.
- Dağlıq Qarabağ məsələsinin beynəlxalq ictimaiyyətə çatdırıması ilə məşğul olan bir şəxs kimi, sizcə, münaqişənin həllinin uzanması bu gün Avropanı narahat edirmi?
- Biz bu il Belçikada Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılovla birgə Avropa parlamentində Azərbaycanla bağlı konfrans təşkil etdik. Tədbirdə Azərbaycandan gələn nümayəndələr də iştirak edirdilər. Çıxışçılar arasında Belçika və Almaniyalı parlamentariləri da var idi.
Onlar çıxışlarında  münaqişənin uzanması və həllinin tapmamasının Cənubi Qafqaz üçün hansı problemlər yaradacağını açıq-aydın söyləyirdilər. Əsasən də bunun Avropa maraqlarına cavab vermədiyini qeyd edirdilər.
Məsələn, Belçika parlamentinin üzvü  çıxışında qeyd etdi ki, münaqişənin həll olunmaması onları narahat edir və bu, bölgədə vəziyyəti risk altına qoyur. Münaqişənin Azərbaycanın ərazi bütövlüyü  çərçəvində həll olunmasını bildirmələri bizim uğurlu çalışmalarımızdan xəbər verir. Hesab edirəm ki, Avropanı Azərbaycanın ərazi bütövlüyünün pozulması faktı narahat etməyə başlayıb.

Elnur Eltürk


VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Dek.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gecə: +6.. +8dumanlı yağmursuz
Səhər: +8.. +10buludlu yağmursuz
Gündüz: +10.. +12buludlu yağmursuz
Axşam: +8.. +10dumanlı yağmursuz
Atm. təziyi: 769
Rütübət: 78 %


free counters

2024 www.atxem.az
Powered by Danneo