Axtarış: 
Bakıda möhtəşəm Türkçülük Günü qeyd edildi
+  -  Çap 
Yerləşdirilib: 02.05.12 | Baxılıb: 3111
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Artıq neçə ildir ki, “Türkçülük günü”nü təntənə ilə qeyd edən Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzi (ATXƏM) bu gün də öz ənənəsinə sadiq qalaraq bu bayramı özünəlayiq şəkildə qeyd etdi.
Qeyd edək ki, “Türkçülük günü” bütün Türk dünyasında hər il may ayının 3-də təntənə ilə qeyd olunur. Bu tarixi gün Türk şairi və fikir adamı Hüseyn Nihal Adsızın Turançılıq iddiası ilə məhkəmə çəkilməsindən başlayan (3 may 1944-cü il) böyük anım və özünə dönüş gününü kimi tarixə çevrilmişdir. Bu il də  “Şəhrizad” restoranında ədəbi-bədii, musiqili tədbirlə qeyd olunan “Türkçülük günü”nə dövlət və hökumət rəsmiləri, ziyalılar, elm xadimləri, QHT və mətbuat nümayəndələri qatılmışdılar.

Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov Mərkəzin həyata keçirdiyi layihələrlə bağlı qısa məlumat verdikdən sonra bildirdi ki, Türk birliyi yolunda həyata keçirdiyimiz tədbirlərə artıq bir neçə ildir ki, “Türkçülük günü” də əlavə olunub. İ.İsmayılov qeyd etdi ki, Türk xalqları ilə əməkdaşlıq məsələləri günü-gündən daha da inkişaf edir və Azərbaycan artıq bu əlaqələrin qurulmasında aparıcı bir mövqeyə sahibdir. “Azərbaycan artıq Türkçülüyün inteqrasiyası istiqamətində ən fəal ölkələrdən biridir. ATXƏM olaraq biz də bu ideyaların reallaşması, Türkdilli respublikaların bir araya gəlməsi istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Hesab edirik ki, Dağlıq Qarabağ probleminin həlli də Türk birliyindən keçir.”
Türk dünyasının inteqrasiyası istiqamətində atılan addımlar, Azərbaycanın bu proseslərdəki rolundan danışan İlham ismayılov qeyd etdi ki, son illər ərzində Türk dünyasının birlik və bərabərliyi yolunda mühüm tədbirlər keçirilib və bu tədbirlər günü-gündən daha da artmaqdadır. “ Son bir neçə ilə nəzər salsaq, istər 2006-cı ilin sentyabrında Antalyada keçirilən türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, istərsə də 2007-ci ilin dekabrında Bakıda keçirilmiş türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dövlətləri arasında birliyin və qarşılıqlı anlaşmanın əldə olunmasına təkan verib. Məhz bu qurultaylarda əldə edilən qərarların nəticəsi olaraq 2009-cu ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının 1-ci sammitinin Bakıda keçirilməsi və baş katibliyinin Bakıda yerləşməsi, daha sonra 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü türk dövlətlərinin birliyi istiqamətində mühüm addım olub. Məhz bu zirvə görüşündə əldə olunan razılıq əsasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılıb və Qazaxstanda 2011-ci ildə birinci zirvə görüşü keçirilib.Bütün bunlar türk birliyi yönündə atılmış addımların nə qədər sistemli xarakter aldığını sübut etməkdədir. Biz bu tarixi toplantılara nəzər salsaq görərik ki, Naxçıvanda keçirilən IX zirvə toplantısı öz vacib məqamları ilə daha çox diqqət çəkməkdədir. Bu tarixi günün əhəmiyyəti nəzərə alınaraq, 2010-cu il sentyabrın 16-da İstanbulda Türksoylu ölkələrin dövlət başçılarının sammitində qəbul edilmiş qərara uyğun olaraq 3 oktyabr tarixi rəsmi olaraq Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan olunmuşdur. Artıq 3 oktyabr tarixi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədə məhz  Türkdilli Ölkələrin Əməkdaşlıq Günü kimi qeyd olunur. İnanıram ki, biz bütün türk xalqları ilə ortaq tarixi günlərimizi bundan sonra da bütün türk xalqları ilə birlikdə davam etdirəcəyik. Türk dünyasında “3 may Türkçülük günü”ünün bayram kimi qeyd olunması türk düşüncə tərzinin kommunizmə dirəniş göstərdiyi bir tarixdir və türk xalqlarının milli kimliyini qəsdə yönəlmiş kommunizmə qarşı qələbəmizi qeyd etmək həm də türk varlığının qorunması kimi dəyərləndirmək olar”.

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı 3 may-Türkçülük Gününün tarixi əhəmiyyəti barədə məruzə ilə çıxış edib. Qeyd edib ki, 3 may-Türkçülük Günü 1944-cü ildə başda Nihal Adsız olmaqla dəyərli türk insanlarının apardığı şərəfli mücadilə nəticəsində qeyd olunmağa başlayıb. Azərbaycanda da hər il bu günün qeyd edildiyini deyən Əkbər Qoşalı 3 mayın türk birliyinin reallaşmasına müsbət təsir göstərən vasitələrdən biri olduğunu diqqətə çatdırıb. Birlik başqanı əmin olduğunu bildirib ki, tezliklə bu gün daha geniş şəkildə qeyd ediləcək.

Millət vəkili Qənirə Paşayeva ATXƏM-in 3 may-Türkçülük Gününü geniş şəkildə qeyd etməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, bu günü yüksək səviyyədə qeyd etmək olduqca önəmlidir: “Təbii ki, bu günü sadəcə qeyd etməməliyik, eyni zamanda düşünməliyik. Düşünməliyik ki, türk dünyasının, türk millətinin gələcəyi üçün hər kəs əlindən gələni etməlidir. Çünki türk millətinin, türk dünyasının gələcəyi bu birlikdən keçir. Bu birlik toplumlarım qaynaşmasından, milli düşüncə, milli birlikdən keçir”.
Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə münasibətlərindən də söhbət açıb. Bildirib ki, Azərbaycan-Türkiyə arasındakı münasibətlərin, qardaşlığımızın inkişafı türk dünyasının təməlidir: “Bu təməl türk dövlətləri və toplumlarının birlik modeli əslində Azərbaycan-Türkiyə birliyinin nə qədər güclənməsindən keçir. ATXƏM-də bu istiqamətdə əlindən gələni etməyə çalışır”.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ATXƏM-in, eləcə də onun sədri İlham İsmayılovun türkçülük istiqamətində fəaliyyətini yüksək qiymətləndirib. Adı çəkilən təşkilatın bu istiqamətdə ardıcıl fəaliyyət göstərdiyini deyən Tağı Əhmədov deyib ki, digər insanlar da İlham İsmayılovun türkçülük istiqamətində aparıdğı fəaliyyətin yarısı qədər fəallıq nümayiş etdirsələr daha böyük hədəflərə nail olmaq olar: “İctimai Təşkilat kimi ATXƏM-ə cəm etdiyin insanların hamısı, eləcə də mən də daxil olmaqla sənin əsgərinik.
Hansı vəzifədə çalışmasından asılı olmayaraq millətin millət olması üçün əsl ideya, əsl zirvə məhz millətə qulluqdur. Millətə qulluq üçünsə onun birinci növbədə dilini, adət-ənənəsini biməli, millətə mənsub olmalısan. Ən əsası isə qanında məhz türk qanı axmalıdır. Ona görə də İlham İsmayılov həqiqi, təmiz mənada əsl türkdür”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev də may ayının bayramlar ayı olduğunu diqqətə çatdırıb. 3 may-Türkçülük Gününün ardıcıl olaraq hər il bayram günü kimi qeyd edildiyini deyən Qafar Əliyev hər keçən il bu günü qeyd edənlərin sayının artdığını söyləyib. PA rəsmisi arzu edib ki, bu bayram türk dünyasını birləşdirən, onun həmrəyliyini gücləndirən somvola çevrilsin.
Xalq şairi Nəriman Həsənzadə, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni, akademiklər Vilayət Əliyev, Vəli Əliyev, TRT-nin xəbər dairəsi başqanlığının xəbər spikeri Həmzə Günerigök, Bakı Atatürk Liseyinin müəllimi Fuad bəy 3 may-Türkçülük Gününün tarixi əhəmiyyəti, bu günün Azərbaycanda geniş şəkildə qeyd edilməsinin önəmindən danışıblar.
Yazıçı-publisist, “OLAYLAR” qəzeti və eyniadlı agentliyin rəhbəri Yunus Oğuz da çıxışında diqqəti may ayında qeyd olunan bayramlara yönəldib. May ayının ümumilikdə bayramlar ayı olduğunu qeyd edən Yunus Oğuz deyib ki, 3 may-Türkçülük Günüdür, mayın 10-da ümummilli lider Heydər Əliyev, mayın 19-da Atatürk anadan olub: “Mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətinin quruluş ildönümüdür. Nəhayət, mayın 29-u Fatih Mehmetin Konstontinapolu alan günüdür. Bəlkə də qəribə gələcək ki, bütün bu hadisələr may ayında baş verib. Ancaq sonuncu nöqtənin bizim böyük sərkərdəmiz Fatih Mehmet qoydu, mayın 29-da Konstontinopolun süqutuna son dedi və bütün dünyanı türkün ayağına gətirdi. Bu gün xristianlar bunu bağışlaya bilmir. Bu gün xristianlar həmin günün qisasını alırlar. Türkiyəni, Azərbaycanı, İslam dünyasını, türk dünyasını parçalamaq istəyirlər. Bu gün 3 may ona görə Türkçülük Günüdür ki, dünyaya var olduğumuzu göstərdik. Biz varıq, bizi məhv edə bilməzsiniz, biz yaşayacağıq, biz dünyaya tanıdacağıq. Çünki tanrı bizi yaratdı, bizə bir qılınc verdi və dedi ki, kimsə mənim əmrimdən çıxsa türk onun boynun vursun. Tanrı türkü bu cür yaradıb. Bu hədislərdə, Məhəmməd Peyğəmbərin hədislərində də var. Deyib ki, türkü, tatarları qoruyun, onlar İslamı göylərə qaldıracaqlar. Bu gün Türkçülük Günü ona görədir ki, biz yenə də tək tanrıya, tək Allaha duamızı edirik ki, Allahımız bizi var etsin”.
 Bayram mərasimində çıxış edən digər natiqlər də 3 may-Türkçülük Gününün tarixi əhəmiyyəti, bu günün türk dünyasının birlik və bərabərliyinə verdiyi töhfədən danışıblar. Bayram tədbiri incəsənət ustalarının bir-birindən maraqlı ifaları ilə davam edib.


VIDEO
 
 
 
 
İctimai nəzarət saatında ATXƏM İB sədri İlham İsmayılov və Ləman Ələşrəfqızı LAFTV-də ilə müzakirə
 
Haaqada
 
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi  - 21.10.2023
 
“Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Apr.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Axşam: +17.. +19aydn yağmursuz
Gecə: +15.. +17aydn yağmursuz
Səhər: +22.. +24aydn yağmursuz
Gündüz: +24.. +26aydn yağmursuz
Atm. təziyi: 764
Rütübət: 44 %


free counters

2024 www.atxem.az
Powered by Danneo