Axtarış: 
Şuşanın işğal edilməsinin 20 illiyi ilə əlaqədar QHT-lərin BƏYANATI
+  -  Çap 
Yerləşdirilib: 04.05.12 | Baxılıb: 2750
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
20 ildir ki, Azərbaycanın unikal mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
8 may 1992-ci ildə yerli könüllü özünümüdafiə dəstələrinin qəhrəmancasına döyüşməsinə və layiqli müqavimətinə baxmayaraq, sayca qat-qat üstün olan, ən müasir silahlarla təchiz edilmiş Ermənistan hərbi birləşmələri Şuşanı işğal etdi. Şuşanın müdafiəsi uğrunda aparılan döyüşlərdə 195 nəfər soydaşımız şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər əsir düşdü və girov götürüldü.

Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan elədilər. Bu gün erməni işğalçıları Şuşanın tarixini saxtalaşdırmaq və orada erməni izləri aşkar etmək məqsədilə Azərbaycan mədəniyyət abidələrini vəhşicəsinə dağıdır, ermənicə yazdıqları daşları yerin altına, üstünə, qədim divarlara yerləşdirirlər.

Bünövrəsi Qarabağ hakimi Pənahəli xan tərəfindən XVIII əsrdə qoyulmuş bu şəhər əsrlər boyu xalqımızın alınmaz qürur qalası olmuşdur. Azərbaycan mədəniyyətinə və elmi-ictimai fikrinə Qasım bəy Zakir, Xurşudbanu Natəvan, Mir Möhsün Nəvvab, Üzeyir Hacıbəyov, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Əhməd bəy Ağaoğlu və digər görkəmli şəxsiyyətləri bəxş etmiş Şuşa ecazkar Azərbaycan musiqisinin beşiyi sayılır.

1977-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyətimizin və incəsənətimizin böyük simalarından Üzeyir Hacıbəylinin, Xurşudbanu Natəvanın və Bülbülün ev-muzeyləri təşkil olunmuş, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılmışdır.

Bu gün erməni vandalları Şuşanı “rekonstruksiya” adı ilə tamam dağıdır, orada Azərbaycan mədəniyyətinin bütün izlərini məhv edirlər. Bu faciəli aqibət Şuşadakı milli memarlıq abidələrinin, muzey və məqbərələrin heç birindən, hətta görkəmli şair, musiqişünas və xəttat Mir Möhsün Nəvvabın YUNESKO-nun qərarı ilə inşa edilmiş qəbirüstü abidəsindən də yan keçməmişdir.  

Biz BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə uyğun olaraq, Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir, beynəlxalq təşkilatları, dünya ictimaiyyətini və dünyanın bütün sülhpərvər qüvvələrini erməni təcavüzkarlığının dayandırılması naminə xalqımızın haqq səsinə səs verməyə çağırırıq.

Biz Azərbaycan ictimaiyyətini, Azərbaycanın dünyadakı dostlarını, sülh, əməkdaşlıq və əmin-amanlıq tərəfdarı olan bütün insanları ölkə QHT-lərinin irəli sürdüyü aşağıdakı təşəbbüslərə tərəfdar çıxmağa və onları dəstəkləməyə çağırırıq:

1.    “Şuşaya azadlıq!” beynəlxalq kampaniyasına start verilsin, bu məqsədlə Azərbaycanda və dünyada geniş təbliğat tədbirlərinin həyata keçirilməsinə başlansın.  

2.    Şuşada YUNESKO-nun qərarı ilə Mir Möhsün Nəvvabın qəbri üstündə ucaldılmış abidənin erməni vandalları tərəfindən dağıdılması haqqında bu təşkilata rəsmi məlumat verilsin və müvafiq tədbirlərin görülməsi tələb olunsun.

3.    Şuşanın işğalının 20 ilinin tamam olması ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət edilsin və işğal altındakı Azərbaycan torpaqlarının erməni qəsbkarlarından azad olunması tələb edilsin.  

4.    Qeyri-hökumət təşkilatlarının bu təşəbbüsləri Azərbaycan kütləvi informasiya vasitələrinə çatdırılsın və informasiya dəstəyinin verilməsi onlardan xahiş edilsin.


Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının 2 may 2012-ci il tarixli toplantısında qəbul edilmişdir.


VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo