“Biz sənədlərdə türkdilli dövlətlər yazırıq, artıq Türk dövlətləri anlayışını sənədlərə gətirməliyik”. Lent.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov söyləyib. Nizami Cəfərov deyib ki, İran da türk dövlətidir: “Biz tarixi bilirik. İndi müəyyən dövrdür ki, fars dili rəsmi dildir. Ancaq İran bilməlidir ki, türk dövlətidir”. Nizami Cəfərov bildirib ki, Azərbaycan Türkiyədən Orta Asiyaya daha yaxındır, körpü rolunu oynayır: “Türkiyə də bunu qəbul etməlidir. Bizim prezidentimizin türk dünyasında nüfuzlu lider kimi qəbul olunması da faktdır”.
|