Axtarış: 
Ziyalılar Birliyi öz fəaliyyətini yenidən bərpa etdi
+  -  Çap 
Yerləşdirilib: 24.06.12 | Baxılıb: 2857
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
1991-2000-ci illərdə fəaliyyət göstərən Salyan Ziyalılar Birliyi öz fəaliyyətini yenidən bərpa edib.Salyan rayon Mədəniyyət Mərkəzində təsis-bərpa konfransını keçirən birliyin yığıncağında rayonun yerli icra strukturları, ziyalılar iştirak ediblər. Qeyd edək ki, Ziyalılar Birliyinin öz fəaliyyətini bərpa etməsində rayon rəhbərliyi ilə yanaşı, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi də (ATXƏM) yaxından iştirak edib. Konfransı giriş sözü ilə açan Ziyalılar Birliyinin sədri Qulam Sadiq konfrans iştirakçılarını salamlayaraq, bildirib ki, ictimai birliyin yenidən fəaliyyətə başlaması Azərbaycanın bütün bölgələri kimi Salyan rayonunda da davam edən iqtisadi inkişafa, abadlıq-quruculuq işlərinə rayon ziyalılarının cəlb edilməsi, rayonda olan problemlərin həll olunmasında yerli icra strukturları ilə birgə əməkdaşlıq edilməsinə yardım etməklə bağlıdır.
Konfransda Salyan rayonu İcra başçısının müavini Etibar Hüseynov çıxış edərək qeyd edib ki, rayon rəhbərliyi ictimai təşkilatlarla birgə əməkdaşlıqda maraqlıdır: "Biz hər zaman rayonda olan ictimai təşkilatlarla əməkdaşlıq edirik, rayonda olan bəzi problemlərin həll olunmasında onların təşəbbüslərini dəstəkləyirik. İnanırıq ki, fəaliyyətini yenidən bərpa edən Ziyalılar Birliyi rayonumuzun problemlərinin həll olunmasında yerli icra strukturları ilə daha aktiv əməkdaşlıq edəcək və biz öz rayonumuzu Azərbaycanda nümunəvi bir bölgəyə çevirəcəyik". Konfransda çıxış edən ATXƏM-in sədri İlham İsmayılov qeyd edib ki, bütün dövrlərdə Azərbaycanın ümummilli problemlərinin həllində, tarixi gerçəkliklərin üzə çıxarılmasında, çətin durumlarda milli birliyin əldə olunmasında ziyalıların müstəsna xidmətləri olub. "Bu gün Respublikamız bütün dünyada yalnız milli sərvətləri ilə deyil, həm də bəşər sivilizasiyasına nadir şəxsiyyətlər vermiş öz dahiləri ilə tanınmaqdadır. Bu gün biz Azərbaycan Prezidenti cənab İlham Əliyevin "neft kapitalını insan kapitalına çevrmək"lə bağlı fikirlərinə tez-tez rast gəlirik. Bu fikirlər də səbəbsiz deyildir təbii ki. Çünki bu gün artıq dünyada olan böyük və güclü imperiyalar fikir, düşüncə imperiyaları ilə əvəz olunmaqdadır. Azərbaycanda fikir, düşüncə mühitinin formalaşmasında regionların xüsusi çəkisi vardır. Salyan rayonu da Azərbaycanın düşüncə tarixinə həmişə sayılıb-seçilən ziyalılar bəxş etmişdir. Təssadüfi deyil ki, biz bu gün Salyan rayonu deyəndə Türk düşüncə tarixinə Əli bəy Hüseynzadə, Xəlil Rza Ülutürk kimi nadir tarixi şəxsiyyətləri xatırlamalı oluruq. Bu ziyalılar yalnız Azərbaycan deyil, həm də bütün ortaq türk coğrafiyası üçün böyük dəyərə sahib olan aydınlarımızdır". Daha sonra ATXƏM-in sədri qeyd edib ki, Azərbaycanın tarixi torpaqlarının işğal altında olduğu bir dönəmdə milli birliyin əldə olunması olduqca vacibdir: "Bu milli birliyin əldə olunmasında və onun qorunub saxlanmasında isə ilk növbədə ziyalıların üzərinə böyük məsuliyyət düşür. İnanıram ki, bu gün təsis yığıncağına toplaşdığımız Salyan rayonu Ziyalılar Birliyi bu istiqamətdə fəal mübarizə aparacaq, Azərbaycanda güclü bir vətəndaş cəmiyyətinin formalaşmasına öz töhfəsini verəcəkdir".
Konfransda çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Beybulla İmanov, şair Oqtay Rza, Ziyalılar Birliyinin fəallarından Cəfər Cəfərli ictimai bilyinin gələcək fəaliyyəti ilə bağlı öz fikirlərini bildirdilər. Müzakirələrdə ziyalıları ən çox narahat edən məsələlərdən biri kimi gənclərə tarixi gerçəkliklərimizin aşılanması və onların əsrin bəlasına çevrilmiş narkomaniyaya meyllənmələrinin qarşısının alınması əsas prioritet istiqamət kimi göstərilmişdir. Konfransın sonunda Salyan Ziyalılar Birliyinin 15 nəfərdən ibarət idarə heyəti Qulam Sadiqi yenidən ictimai birliyin sədri seçmişlər. ATXƏM-in Mətbuat xidməti

VIDEO
BƏƏ Prezidentinin Şuşaya səfəri həm simvolik, həm də strateji baxımdan böyük beynəlxalq və regional əhəmiyyət daşıyır - 17.09.2025 il
 
Xankəndidəki terror cəhdinin arxasında xarici təsirlərin olması ehtimalı yüksəkdir - 16.09.2025 il
 
“Ümid edirəm ki, bəzi QHT-lər Ədliyyə Nazirliyi və QHT Agentliyinin bəyanatından nəticə çıxaracaq”-ATXƏM sədri - 13.09.2025 il
 
Qafqaz İslam Ordusunun Bakıya gəlişi və xilaskar missiyası Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyan hadisələrdən biridir - 15.09.2025 il
 
İctimai İştirak və İctimai Nəzarət: Vətəndaş Nəzarəti”-Ə.Abbasbəyli və İ.İsmayılov ilə QIRMIZI MASA - 16 iyul 2025 il
 
1948-1953-cü illərdə Qərbi Azərbaycandan deportasiya zamanı mülkiyyət hüququnun pozuntusu - 07 iyul 2025 il
 
AR QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Qərbi Azərbaycana qayıdış” mövzusunda 2023 və 2024-cü illərdə həyata keçirilən layihələrlə bağlı brifinq keçirib - 11 iyun 2025
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Axşam: +13.. +15dumanlı yağmurlar
Gecə: +13.. +15dumanlı yağmursuz
Səhər: +14.. +16dumanlı yağmursuz
Gündüz: +17.. +19dumanlı yağmursuz
Atm. təziyi: 765 ìì
Rütübət: 77 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo