Sentyabrın 11-də Bakıda Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək.APA-nın xəbərinə görə, bu barədə Türkiyə Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib. Toplantıya Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik edəcək.
R. T. Ərdoğan Bakıya səfəri çərçivəsində Azərbaycan rəhbərliyi ilə ikitərəfli görüşlər də keçirəcək.
|