Axtarış: 
ATXƏM Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd etdi
+  -  Çap 
Yerləşdirilib: 24.09.12 | Baxılıb: 4255
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

İlham İsmayılov: “Ümid edirik ki, tezliklə Nuru Paşa öz halal haqqına sahib çıxacaq və biz o günü görəcyik”

Sentyabrın 15-də Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik birləşmələrindən azad etməsinin 94-cü ildönümü ilə əlaqədar Bakıdakı Türk Şəhidliyini ziyarət edərək, Türkiyənin Bakıdakı səfirliyi ilə birgə abidə önünə əklil qoydu. Daha sonar ATXƏM-in təşkilatçılığı ilə Səbail İstirahət Mərkəzində ənəvi olaraq anım tədbiri keçirdi. Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, tanınmış elm adamları, tarixçilər, Avropada fəaliyyət göstərən diaspora üzvləri, QHT rəhbərləri, Türkiyə səfirliyi və Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəsmiləri və sənətçilər iştirak edirdi. Tədbiri giriş sözü ilə açan ATXƏM-in sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın ənənəvi olaraq Bakının işğaldan azad edilməsinin ildönümünü qeyd etdiyini vurğulayıb və bu tarixi hər il bayram kimi qeyd etməyin ATXƏM-in gündəliyinə daxil olduğunu söyləyib. Bildirib ki, ATXƏM-in arzusu bu günün təkcə bir təşkilat, ayrı-ayrı insanlar səviyyəsində deyil, bütün Azərbaycan xalqı səviyyəsində qeyd edilməsidir. İlham İsmayılovun sözlərinə görə, buna görə də Qafqaz İslam Ordusunun keçdiyi şərəfli döyüş yolunun mahiyyətinin insanlara çatdırılması istiqamətində çalışılır:
“Xüsusilə, gənclərin bunu bilməsi çox vacibdir, önəmlidir. Təşkilat olaraq işimiz ondan ibarətdir ki, tarixi həqiqətləri üzə çıxaraq. Tarixi həqiqətlərin gənclərə çatdırılması və gənc nəslin bütün bunlarla məlumatlandırılması olduqca əhəmiyyətlidir. Çünki öz tarixini bilməyən gənclikdən heç nə gözləməyə dəyməz. Təssüflər olsun ki, gənclərimizin heç də hamısı bu tarixi həqiqətləri bilmir. Keçmişini unudan gələcəkdə bəzən onu təkrar etməyə məhkum olur. Əgər biz keçmişi unutsaq gələcəkdə də eyni səhflərlə üzləşə bilərik”. ATXƏM sədri deyib ki, qloballaşan dünyada türk birliyinin reallaşması arzuedilən və vacibdir: “Eyni kökdən qaynaqlanan, eyni dildə danışıb eyni mədəniyyətə malik bir millətin birləşmək haqqı var. Bu birlik bir çox çətinliklərin öhdəsindən gəlməyə kömək edəcək bir birlik olmalıdır. Ancaq təssüflər olsun ki, biz bəzi işlərdə gecikirik. Xüsusilə, dostla düşməni tanımaq məsələsində gecikməyə yol veririk”. Müasir dövrümüzdə Azərbaycan-Türkiyə münasibətləri, əməkdaşlığının yüksək səviyyədə inkişaf etdiyini deyən İlham İsmayılov bu günlərdə Qəbələdə iki ölkə arasında keçirilən Yüksək Strateji Əməkdaşlıq Şurasının iclasını buna örnək göstərib. Təşkilat sədri digər türkdilli respublikalarla da inkişafın eyni səviyyədə getməsini arzulayıb: “Demək olmaz ki, digər türkdilli respublikalarla əməkdaşlıq inkişaf etdirilmir. Digər türkdilli respublikalarla da əlaqələrimiz mövcuddur, müəyyən tədbirlər keçiririk. Ancaq həmin ölkələrlə də əməkdaşlığın Azərbaycanla Türkiyə arasındakı əməkdaşlıq səviyyəsinə çatdırılması yaxşı olardı. Yəqin ki, bunun da zamana ehtiyacı var”.
Mərkəz rəhbəri Azərbaycanda Nuru Paşaya abidə qoyulması, onun adına küçələrin olmasının zəruriliyini bir daha vurğulayıb. Bildirib ki, bu günkü dövlətçilik, müstəqil Azərbaycan Respublikasına görə bu gün məntiqi baxımdan Nuru Paşaya borcluyuq: “Biz müvafiq dövlət və hökumət qurumları qarşısında məsələ qaldırıb onlara müraciət etmişik. Hesab edirəm ki, bir daha bu məsələni qaldırmalıyıq. Çünki bu 3-5 nəfərin deyil, böyük bir ictimaiyyətin mövqeyidir. Ümid edirik ki, tezliklə Nuru Paşa öz halal haqqına sahib çıxacaq və biz o günü görəcyik. Biz qətiyyən o insanları unuda bilmərik”. İlham İsmayılovun sözlərinə görə, Nuru Paşa təkcə 1918-ci ildə deyil, ondan sonrakı illərdə də Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparıb: “Nuru Paşa ömrünün sonuna qədər müxtəlif illərdə Azərbaycanın müstəqil olması üçün uğrunda mübarizə aparıb, onu daim müstəqil görmək istəyib”. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev də 15 sentyabr - Bakının işğaldan azad edilməsinin ildönümünün hər il ATXƏM tərəfindən qeyd edildiyini və ildən-ilə bu günlə bağlı keçirilən tədbirlərə qoşulan insanların sayının artdığını söyləyib. Bu məsələnin ictimailəşməsində ATXƏM-in böyük rolu olduğunu deyən Qafar Əliyev tarixdə Bakının 3 dəfə azad edildiyini diqqətə çatdırıb. Bildirib ki, Bakı birinci dəfə Səfəvilər dövlətinin hökmdarı Şah İsmayıl Xətai, ikinci dəfə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa, üçüncü dəfə isə ümummilli lider Heydər Əliyev tərəfindən azad edilib. Prezident Administrasiyasının rəsmisi 1918-ci ildə dünyada və regionda baş verən proseslər, o zaman Azərbaycanda yaranmış vəziyyət, eləcə də Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinə səbəb olan amillər, yaranmış tarixi zərurət barədə də danışıb. Qafar Əliyev də çıxışında türk birliyinin vacibliyindən söz açıb. Bildirib ki, bəzən “XXI əsr türk əsridir” deyə özümüzü arxayın salırıq ki, bu da doğru yanaşma deyil. Onun sözlərinə görə, daim mübarizə aparmalı, XXI əsrin türk əsri olduğunu əməllərimizlə təsdiq etməliyik. Türkiyə Cümhuriyyətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfrrliyinin hərbi atteşesi Yücel Karauz, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Səadəddin Topukçu Azərbaycanda bu cür tədbirlərin keçirilməsindən məmnun qaldıqlarını qeyd ediblər. Azərbaycanla Türkiyənin daim bir yerdə olduğunu vurğulayan diplomatlar bu münasibətlərin getdikcə daha da inkişaf etdiyini diqqətə çatdırıblar. Hərbi atteşe onu da bildirib ki, nə Türkiyədə, nə də Azərbaycanda bu günə qədər Qafqaz İslam Ordusu tarixdəki öz haqlı yerini ala bilməyib. Tədbirdə çıxış edən millət vəkili Musa Qasımlı, tarix elmləri doktoru Şahin Fazil, şair Oqtay Rza, Salyan Ziyalılar Birliyinin sədri Qulam Sadiq da Qafqaz İslam Ordusunun tarixi zəfərindən danışaraq, Azərbaycanla Türkiyənin tarixdə olduğu kimi bu gün də bir-birinə arxa olduğunu diqqətə çatdırdılar. Bütün çıxışlarda xüsusi olaraq vurğulandı ki, bu iki qardaş ölkənin dostluq-qardaşlığı hər gün daha da möhkəmlənir və əlaqələrin inkişaf etdirilməsi üçün yeni-yeni imkanlar açılır. Natiqlər Bakının işğaldan azad edilməsinin önəmi, Qafqaz İslam Ordusunun 1918-ci ildə keçdiyi şərəfli döyüş yolundan danışaraq, Nuru Paşanın xatirəsinə Bakıda abidənin ucaldılmasının vacibliyini qeyd ediblər. Mərasim konsert proqramı ilə davam edib.

VIDEO
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
Xeyirxah tənha qalmaz... - 15.07.2024
 
 El bir olsa,zərbi kərən sındırar. Atalar sözü. - 14.07.2024
 
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Okt.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Gündüz: +21.. +23buludlu yağmursuz
Axşam: +18.. +20dumanlı yağmursuz
Gecə: +17.. +19dumanlı yağmursuz
Səhər: +20.. +22dumanlı yağmursuz
Atm. təziyi: 760
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo