Axtarış: 
ATXƏM 15 iyun – Milli Qurtuluş gününü qeyd etdi - 17.06.2009
+  -  Çap 
Yerləşdirilib: 12.03.12 | Baxılıb: 2744
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzində (ATXƏM) 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş "Məşəl kimi yanan ürək" adlı ədəbi-bədii, musiqili tədbir keçirildi. Tədbirdə Respublikamızın nüfuzlu elm adamları, ziyalılar və tanınmış sənətçilər iştirak edirdi.Tədbiri giriş sözü ilə açan ATXƏM-in İcra katibi Şahin Verdiyev tədbir iştirakçılarını salamlayaraq, Qurtuluş günü münasibətiylə qonaqları təbrik etdi. "Bu gün xalqımız yaddaşlara həkk olunmuş bayram gününü – 15 iyun Qurtuluş Gününü qeyd edir. Ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimiz bərpa edilmiş, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmiz xaosdan xilas olmuş, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nəaliyyətlər qazanmışdır. Bu nəaliyyətlər Respublika prezidenti İlham Əliyevin rəhbərliyi altında da möhkəmlənmişdir ".
ATXƏM-in sədri İlham İsmaylov qonaqları bayram günü münasibətiylə təbrik edərək, bildirdi ki, Azərbaycanda təqdirolunacaq bir neçə milli-tarixi bayramlarımız var, lakin 15 iyun – Qurtuluş Günü bayramı bu bayramların içərisində mühüm yer tutur: "Azərbaycan xalqı 1918-ci ildə müstəqillik əldə etsə də, bu müstəqilliyi qoruyub saxlaya bilmədi. Lakin 1990-cı ildən sonra yenidən müstəqillik əldə etsək də, bu müstəqilliyi qazanmaq, onu qoruyub saxlamaq asan olmadı. İkinci dəfə qazandığımız müstəqilliyimiz bir neçə dəfə təhlükə altına düşdü. Belə zamanda 1993-cü ilin iyununda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev xalqın tələbiylə yenidən hakimiyyətə gəldi və ölkəmizi içərisinə düşdüyü xaosdan və anarxiyadan qurtardı. Məhz bu ildən sonra Azərbaycanda yeni bir dönəmin başlanğıcı oldu. Ölkədə bütün sahələrdə inkişaf başladı, müstəqilliyimizin əsaslarını təşkil edən siyasi-iqtisadi problemlərimiz həll olundu. Heydər Əliyev "Bir millət, iki dövlət" deyərək, əslində bizə gedəcəyimiz yolu göstərdi – türk dünyasının birləşmək ideyasını. ATXƏM olaraq biz də bu ideyaların gerçəkləşməsi adına yola çıxaraq, ulu öndərin arzularını reallaşdırmağa çalışırıq". Prezident Aparatı İctimai-siyasi şöbəsinin sektor müdiri, politoloq Qafar Əliyev də tədbirdə çıxış edərək, qeyd etdi ki, sovetlər birliyi dağılandan sonra müstəqillik qazanmış bir çox dövlətlərin taleyi bizə bəllidir. "Bir çox dövlətlər var ki, müstəqillik qazanmış olsalar da, hələ də problemlər içində çabalamaqda, asılı vəziyyətdə qalmaqdadır. Azərbaycan da 1993-cü ilin iyun ayına qədər böyük problemlər yaşayan, ciddi sıxıntılar çəkən, xaos və özbaşınaqların hökm sürdüyü bir ölkəyə çevrilmişdi. Belə bir şəraitdə ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün bu problemlərə son qoydu, böyük və müdrik siyasətlə xalqın dəstəyi müstəqilliyimizi məhv olmaq təhlükəsindən xilas etdi".

Tədbirdə çıxış edən akademik Vəli Əliyev, yazıçı-publisist Xeyrəddin Qoca, BDU-nun dosenti Leyla Gərayzadə, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Ahıska türklərinin "Vətən" cəmiyyətinin sədri İbrahim Burhanov, tarix elmləri doktoru Şahin Fazil, Almaniyadakı Müğam Mədəniyyət Mərkəzinin sədri Abdulkadir İnaltekin də ulu öndərin Azərbaycan xalqının taleyində oynadığı əvəzsiz rolundan danışaraq, Qurtuluş günü münasibətiylə xalqımızı təbrik etdilər. Bütün çıxışlarda bu günün Azərbaycanın işğal altında olan Qarabağ torpaqlarında keçirilməsi arzu olundu, Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, ali baş komandan İlham Əliyevin başçılığı ilə belə bir günün uzaqda olmadığı inamla qeyd edildi.
Tədbir ATXƏM-in Mədəniyyət departamentinin təşkil etdiyi bədii-musiqili konsert proqramı ilə başa çatdı.



ATXƏM-in
Mətbuat xidməti

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gündüz: +10.. +12aydn yağmursuz
Axşam: +5.. +7aydn yağmursuz
Gecə: +3.. +5aydn yağmursuz
Səhər: +6.. +8buludlu yağmursuz
Atm. təziyi: 767 μμ
Rütübət: 89 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo