Axtarış: 
Türksoylu xalqların elektron media kataloqu
+  -  Çap 
Yerləşdirilib: 05.02.13 | Baxılıb: 2760
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter
Bu yaxınlarda "Türksoylu xalqların elektron media kataloqu" adlı kitab işıq üzü görüb. Gənc jurnalist Əfsanə Bayramqızının (Ələsgərli) tərtib etdiyi kataloq "Elm və təhsil" mətbəəsində çap edilib. Kataloqda türksoylu xalqlara aid müxtəlif məzmunlu əhəmiyyətli saytlar yer alır. Kitab Azərbaycan başda olmaqla, 7 müstəqil türk dövləti, muxtar respublika və vilayətləri, eləcə də azsaylı türk toplumlarının internetdə fəaliyyət göstərən əsas media resurslarını əhatə edir. Buraya dövlət strukturları, əsas aparıcı qəzet və jurnallar, informasiya agentliklərinin saytları, xəbər portalları, eləcə də mədəni irsi, ədəbiyyatı, musiqi və digər sahələri əhatə edən elektron resurslar daxildir. Kitabın elmi redaktoru Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri üzrə fəlsəfə doktoru Vüqar Zifəroğlu, rəyçilər filologiya elmləri doktoru Almaz Ülvi və "Art of Beauty" dərgisinin redaktoru Novruz Novruzovdur. Nəşrin hazırlanmasında məqsəd ortaq tarixi keçmiş, dil, mədəni irs və adətlərə malik türksoylu xalqları əhatə edən virtual elektron resursları bir araya toplamaq, bununla da türk coğrafiyasında olan jurnalistlər, media arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verməkdir. Çünki müasir dövrdə xalqlar arasında ictimai- siyasi, mədəni əlaqələrin güclənməsində eynisoylu xalqların bir-birilərinin cəmiyyətləri haqqında daha çox məlumatların əldə edilməsində elektron resursların, medianın üzərinə böyük iş düşür. Belə ki, qloballaşan dünyada böyük coğrafiyaya səpələnmiş türk xalqları virtual elektron medianın imkanlarından istifadə edərək bir-birlərini daha yaxından tanıya, eyni zamanda gələcəkdə özlərinə aid vahid informasiya məkanını yarada bilərlər. Kitab yazarlar, eləcə də Türk Dünyası mediası ilə maraqlanan oxucular, mütəxəssislər üçün nəzərdə tutulub.

VIDEO
Güneyli soydaşlarımız üçün tarixi fürsət - 05.03.2026
 
Keçən əsrin ən ağır cinayətlərindən biri: Xocalı soyqırımı - 26.02.2026
 
 
Vaşinqtondan başlayıb Cənubi Qafqazda davam edən strateji tərərfdaşlıq - 12.02.2026
 
Cənab Prezidentin cəmiyyətə ötürdüyü mesaj - 12.01.2026
 
Prezident İlham Əliyevin müsahibəsində Türk dünyası ilə bağlı strateji xətt - 07.01.2026
 
Azәrbaycan әdәbiyyatının görkәmli nümayәndәlәrindәn olani Nəriman Hə­sənzadənin 95 yaşı tamam olmuşdur - 20.02.2026
 
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Mar.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: ìì
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo