Axtarış: 
ATXƏM Türk tarixinə işıq tutan yazıçılarla Salyan rayon ictimaiyyətini görüşdürdü
+  -  Çap 
Yerləşdirilib: 19.03.13 | Baxılıb: 2554
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Müasir dövrümüzdə dəyərli taixi romanlar müəllifi kimi tanınan yazıçı-publisist Yunus Oğuz yaradıcılığına maraq getdikcə artmaqdadır.Təkcə respublikamızda deyil, eləcə də ölkə hüdudlarından kənarda belə tanınan Yunus Oğuzun qələmə aldığı tarixi romanlar dünyanın müxtəlif dövlətlərində geniş oxucu kütləsi toplamaqdadır. Türkiyə, Böyük Britaniya və Rusiya Federasiyasında müəllifi olduğu kitabları tərcümə olunaraq oxuculara təqdim edilən Yunus Oğuz mütəmadi olaraq öz oxucuları ilə də bir araya gələrək onlarla fıkir mübadiləsi aparır, oxucularının rəy və fikirlərini öyrənir. Yunus Oğuzun bu qəbildən olan növbəti görüşlərindən biri yazıçı Elçin Hüseynbəyli ilə birlikdə Salyan rayonunda Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin təşəbbüsü, Salyan Rayon İcra Hakimiyyətinin dəstəyi və Salyan Ziyalılar Birliyinin təşkilatçılığı ilə rayon Mərkəzi Kitabxanasında gerçəkləşib.

Tariximizə şöhrət gətirən yazıçı


Görüşü giriş sözü ilə açan Salyan rayon Ziyalılar Birliyinin sədri Qulam Sadiq Salyan ictimaiyyəti ilə görüşə gələn hər iki yazıçı-Yunus Oğuz və Elçin Hüseynbəylinin Azərbaycan oxucularına bir sıra dəyərli əsərlər bəxş etdiyini söyləyib. O, bildirib ki, həm Yunus Oğuz, həm də Elçin Hüseynbəyli geniş oxucu kütləsinə malik olan yazıçılardandır: “Millət vəkili Nizami Cəfərov özünün “Düşüncə yazıçısı” əsərində Yunus Oğuz yaradıcılığına öz qiymətini verib və onu xalqa təqdim edib. Yunus Oğuz Nizami Cəfərovun da dediyi kimi tariximizə şöhrət gətirən, millətin tarixini özünə oxutduran bir yazıçıdır. Yunus Oğuz tarixi şəxsiyyət kimi tarixə düşəcək” Qulam Sadiq türkçülük ideologiyasından da söhbət açıb: “Bu gün biz daha çox türkçülükdən danışııq. Türkçülük ideyası əslində XIX əsrin sonları, XX əsrin əvvəllərində daha geniş təbliğ olunmağa başlandı. Türkçülük ideyasının təbliğinə birinci başlayan, onun ideologiyasını verən və sonradan onun bütün inkişafı üçün lazımı kadrların ortalığa çıxarılmasında böyük xidmətləri olan şəxs Əli bəy Hüseynzadə olub. Bunu bütün elm aləmi bilir”.

Salyanlılara borcum var

Daha sonra çıxış edən yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz Salyan ictimaiyyəti ilə görüşdən məmnun olduğunu dilə gətirib. Yazıçı ATXƏM sədri İlham İsmayılovla Salyanda belə bir görüş keçirmək barədə məsləhətləşmələr apardığını və nəticə etibarilə belə bir görüşün baş tutduğunu diqqətə çatdırıb: “Məlumat üçün qeyd edim ki, keçən ilin iyun ayında Yevlax şəhərində rayon ictimaiyyəti ilə belə bir görüş keçirildi. Bu dəfə isə Salyanda dayandıq. Bu görüş keçən ilin dekabr ayında olmalı idi” Yunus Oğuz deyib ki, bir vətəndaş, eyni zamanda yazıçı olaraq salyanlıları çox sevir: “Özüm də sizdən 30 kilometr kənarda, Şirvan rayonunda anadan olmuşam. “Təhmasib şah” romanında Salyan şəhərinə çox böyük bir yer ayırmışam. Bu bir reallıqdır ki, bir qayda olaraq Şirvanda üsyanların başlanğıcı, Şirvanşahların devrilməsi məhz Salyan camaatı ilə başlayıb”. Yunus Oğuz onu da deyib ki, Salyan torpağının yetişdirdiyi Xəlil Rza Ulutürkü, Əli bəy Hüseynzadəni çox sevdiyi üçün də Salyan ictimaiyyəti ilə görüş keçirmək arzusunda olduğunu söyləyib: “Fikirləşirdim ki, salyanlılara bir borcum var və o borcu sizlərə verirəm. Ona görə də İlham müəllimlə qərara gəldik ki, növbəti görüşü məhz burada keçirək: “Düzdür, xarici ölkələrə çox dəvət alır və gedirik. Ancaq öz el-obanda, öz görüşmək daha şərəflidir”.

Yazıçı Elçin Hüseynbəyli qələm əhlinə verdikləri qiymətə görə salyanlılara minnətdarlığını ifadə edib. Bu rayona tez-tez gəldiyini deyən yazıçı Əli bəy Hüseynzadə, Xəlil Rza Ulutürk, Oqtay Rza və digər tanınmış qələm əhlinin yaradıcılığına hər zaman böyük maraqla nəzər saldığını söyləyib. Salyanın böyük elm və qələm adamları ilə tanınan bir rayon olduğunu deyən Elçin Hüseynbəyli həmçinin salyanlıların çox qonaqpərvər olduqlarını da vurğulayıb. O, eyni zamanda ədəbiyyata marağın azalmasını mənfi tendensiya kimi qiymətləndirib. Bildirib ki, hətta ədəbiyyat müəyyən dövr üçün dəbdən düşdü: “Zəmanə dəyişdi, informasiya kommunikasiya vasitələri dəyişərək elektron informasiya meydana çıxdı. Kitablar da bir qədər öz istiqamətini dəyişdi və cəmiyyətin dünyagörüşü də fərqli istiqamətdə getdi. Müxtəlif informasiya kanalları yarandı. Bütün bunların nəticəsi olaraq isə belə bir vəziyyət yarandı ki, müəyyən siyasi məsələlər daha çox qabarıq göründü. İnsanlar da daha çox Qarabağ və siyasət məsələləri ilə maraqlanmağa başladı. Ancaq hazırda tədricən ədəbiyyata müəyyən maraq yaranır. Ümumi götürəndə isə kağız ədəbiyyatının geniş oxucu kütləsi qazanacağına şübhə ilə yanaşıram. Çünki ədəbiyyat başqa formada, başqa cilddə doğulur. İnsanlar daha ucuz əyləncə, şou ilə başını qatır. Ona görə də ciddi ədəbiyyatın gələcəkdə böyük oxucu kütləsi qazanacağına inanmıram. Əksinə düşünürəm ki, həmin tendensiya azalacaq. Bu da təkcə bizim yox, bütün bəşəriyyətin böyük bir faciəsidir”.

Özümüzə çoxlu düşmənlər qazanmışıq


Salyanın tanınmış qələm əhlindən olan jurnalist Fəxrəddin Fərzəliyev son vaxtlar cəmiyyətin müxtəlif təbəqələrində kitaba marağın azaldığından şikayətlənib. Ancaq bu gün Azərbaycan ədəbiyyatının özünün səviyyəsinə görə, heç bir dövrdən geridə olmadığını deyən Fəxrəddin Fərzəliyev bunu yazıçı Yunus Oğuz və Elçin Hüseynbəylinin yaradıcılığı timsalında göstərib. Bildirib ki, hər iki yazar təkcə Azərbaycan deyil, eləcə də dünya ədəbiyyatında yeri olacaq əsərləri ilə həm xalqımızın, həm də özlərinin adını əbədiləşdirəcək şəxslərdir: “Yunus Oğuz qısa bir zamanda, ildırım sürəti ilə cəmiyyətdə qüdrətli tarixi romanlar müəllifi kimi tanındı. “Attila”dan başlayan Yunus Oğuz daha sonra “Nadir şah”, “Təhmasib şah” romanlarını yazdı. Daha sonra isə yazıçı Əmir Teymura qayıtdı. Mən burada bir qanunauyğunluq görürəm”. Fəxrəddin Fərzəliyev türkçülük ideologiyasının yayılmasında rus türkoloqu Lev Nikolayeviç Qumilyovun müstəsna xidmətlərinin olduğunu deyib və bildirib ki, Qumilyov Avrasiya torpaqlarında türkün izinin olduğunu sübuta yetirib. Natiq Yunus Oğuzun öz əsərində bunu aydın şəkildə göstərdiyini diqqətə çatdırıb: “Xüsusilə bir məqama, yazıçının qeyd etdiyi passionarlığa diqqət çəkmək istərdim. Passionarlıq insanın fiziki, bioloji, mənəvi gücünün ümumi kontekstidir. Yəni, biz bir insan kimi həm fiziki, həm də bioloji varlığıq. Eyni zamanda içərimizdə mənəvi ruh daşıyırıq. Yunus Oğuz çox gözəl göstərib ki, passionarlığa görə yer üzündə türklərə bərabər xalq yoxdur. Ona görə də türkü sevmirlər. Biz bütün keyfiyyətlərə, passionarlığa görə hamıdan yüksək olduğumuz üçün özümüzə çoxlu düşmənlər qazanmışıq”. Fəxrəddin Fərzəlibəylinin sözlərinə görə, Attilanın “Bir xaqan, bir Tanrı” ideyası sonralar pozulmuşdu. Ancaq sonrakı dövrlərdə ilk dəfə bu ideya Əmir Teymur tərəfindən reallaşdırıldı. O, bildirib ki, bu məqamı da Yunus Oğuz öz tarixi romanlarında, xüsusilə “Əmir Teymur” tarixi romanında xüsusi qeyd edib və öz oxucularına çatdırıb: “Yunus Oğuz Əmir Teymuru təkcə fateh, zəngavər deyil, eyni zamanda ideya adamı kimi cəmiyyətə çatdırıb”. Yunus Oğuzun salyanlılara böyük sevgisi olduğunu deyən Fəxrəddin Fərzəliyev müəllifin “Təhmasib şah” əsərində buna rast gəlindiyini söyləyib. O, Yunus Oğuzun Nadir şah romanına da diqqət çəkib: “Nadir şah həmişə bizə cəllad, qəddar, qaniçən kimi təqdim olunub. Ancaq Yunus Oğuz Nadir şah romanında bu tarixi yalnışlığı aradan qaldırmağa nail olub. Yunus Oğuz böyük ustalıqla Nadir şahın dövlətçilik ideyalarını oxuculara təqdim edib”. Fəxrəddin Fərzəliyev Elçin Hüseynbəylinin də böyük yazıçı olduğunu söyləyib. Elçin Hüseynbəylinin ədəbi mühitdə böyük fəallıqla, yorulmaq bilmədən çalışdığını deyən natiq onun çox böyük əsərlər yaratdığını vurğulayıb.

Tarixi hadisələr təhrif edilib


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov tanınmış yazıçılarla Salyan ictimaiyyətinin görüşünün böyük əhəmiyyət daşıdığını deyib. Bildirib ki, görüşdə iştiraka gənclərin xüsusi maraq göstərməsi onu deməyə əsas verir ki, bu təbəqədən olan insanlar tarixi həqiqətlərin üzə çıxması, əsl tarixi gerçəkliklərin cəmiyyətə çatdırılmasından məmnundurlar: “Hər iki yazıçının qələmə aldığı əsərlər, tarixi romanlarda tarixi həqiqətlər olduğu kimi xalqa çatdırılıb. Etiraf etmək lazımdır ki, tarixi həqiqətlər çox zaman təhrif olunub. Xüsusilə Sovet dönəmində tarixi hadisələr təhrif edilmiş formada, başqa istiqamətdə bizə çatdırılırdı. Sevindirici haldır ki, müstəqillik dövründə bu cür yazıçılarımız tarixi həqiqətləri üzə çıxararaq onu cəmiyyətə təqdim ediblər”. İctimai Birlik sədri onu da vurğulayıb ki, tarixi bilən güclü nəsil yetişdirmək lazımdır: “Tarixi yaratmaqla yazmaq yarıdır. Bu insanlar tarixi yazırlar. Bu istiqamətdə araşdırma aparır, gecəni gündüzə qatıb çalışırlar. Gənclərin, bizlərin isə borcu odur ki, tarixi oxuyaq, mənimsəyək və əsl tarixi gerçəklikləri bilərək təbliğ edək”. Yunus Oğuzu 25 ildir tanıdığını deyən İlham İsmayılov şəxsi tanışlıqdan əvvəl onun imzası ilə tanış olduğunu söyləyib. Bildirib ki, xüsusilə Meydan Hərəkatı zamanı onun imzasını, qələmə aldıqlarını sevə-sevə oxuyub: “Həftə sonu iki gün ərzində Yunus Oğuz hətta telefonunu da söndürüb sırf yaradıcılıqla məşğul olur. İstirahət günləri bizlər bütün işimizi atıb istirahət etməyə üstünlük verdiyimiz halda Yunus Oğuz özünü bütün dünyadan təcrid edərək bizim üçün tarixi romanlar ərsəyə gətirir”. Azərbaycanın tarixi torpaqlarının bu gün Rusiya, İran, Ermənistan və Gürcüstan ərazisində olduğunu deyən İlham İsmayılovun sözlərinə görə, bunun başlıca səbəbi tarixi bilməməyimizdir: “Gənclərimiz öz tarixini, tarixi həqiqətləri bilməlidir. Biz gəncləri bu həqiqətlər üzərində tərbiyyə etməliyik. İdeologiya budur. Ermənilər yalan, faşizm, qaniçənlik üzərində qurduqları ideologiya ilə Azərbaycanın qədim torpaqlarında dövlət qurdular. Onlar bu gün də hesab edirlər ki, həmin ərazilər guya ermənilərindir və Böyük Ermənistan olub. Ermənilər o yalana inanıblar. O yalanı həqiqət kimi təbliğ edərək mübarizə aparırlar. Ancaq son illər Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində erməni yalanları ifşa edilir. Bir müddət əvvəl ermənilərin Fransada iki soydaşımıza qarşı fiziki güc tətbiq etməsi də məhz ermənilərin yalanlarının ifşa edilməsi ilə bağlıdır. Artıq bizim apardığmız məqsədyönlü işlər nəticəsində onlar ifşa edilirlər və əsəblərinə hakim ola bilmirlər. Hesab edirəm ki, bir müddət sonra biz təbliğat baxımından ermənilərdən tamamilə irəli keçəcəyik. Çünki həqiqət bizim tərəfimizdədir”. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri belə bir görüşün keçirilməsinə şərait yaratdığına görə Salyan rayon icra hakimiyyətinin başçısı. Tahir Kərimova minnətdarlığını bildirib.

Azərbaycan Mətbuat Şurasının məsul katibi Rəhim Hüseynzadə Yunus Oğuz və Elçin Hüseynbəylinin Salyan ictimaiyyəti ilə görüşünün Azərbaycan Mətbuat Şurasının 10 illik yubileyi gününə təsadüf etdiyini vurğulayıb. Bu səbəbdən görüşə bir qədər gecikdiyini deyən Rəhim Hüseynzadə onu da qeyd edib ki, işlərinin çox olmasına baxmayaraq həmin görüşə gəlməyə bilməzdi: “Elçin Hüseynbəyli ilə o qədər təmaslarım olmasa da, Yunus Oğuzla gündəlik təmaslarımız olur. Yunus Oğuz ilkin mənbələrdən faydalanaraq tarixi əsərlər yazır. Yunus Oğuz demək olar ki, oxucunu heyrətləndirməyi bacarır. O, tarixi romanlar yazarkən çoxlu axtarışlar, araşdırmalar aparmaq məcburiyyətində qalıb. Ona görə də mən Yunus Oğuza minnətdarlığımı bildirirəm”. Rəhim Hüseynzadə qeyd edib ki, Yunus Oğuzun yazıçı kimi bir müsbət cəhəti də onun dahi sərkərdələr, dövlətçilik ənənələri olan şahlar barədə romanlar yazmasıdır. Azərbaycan Mətbuat Şurasının rəsmisi Yunus Oğuzu tarixi romanlar müəllifi olmaqla yanaşı, yaxşı şair kimi də xarakterizı edib. Bildirib ki, onun çox yaxşı şerləri var: “Yunus Oğuz elə şerlər yazır ki, onun şerləri asanlıqla yadda qalır. Bir maraqlı cəhət də odur ki, Yunus Oğuz eyni zamanda dodaqdəyməz də yazır. Dodaqdəyməz yazmaq isə çox çətin işdir”. Elçin Hüseynbəylinin də gözəl yaradıcılığının olduğunu deyən Rəhim Hüseynzadə yazıçının qələmə aldığı əsərlərin oxunaqlı olduğunu, oxucuları yormadığını söyləyib. Rəhim Hüseynzadə hər iki yazıçıya yaradıcılığında yeni-yeni uğurlar arzulayıb.

Görüşün sonunda hər iki yazıçı Salyan Rayon Mərkəzi Kitabxanası, eləcə də Salyan rayon Ziyalıllar Birliyinə qələmə aldıqları kitablardan hədiyyə ediblər.

Salyan ictimaiyyəti ilə keçirilən görüşdən sonra yazıçı-publisist Yunus Oğuz və Elçin Hüseynbəyli, eləcə də onlarla birgə Salyana təşrif buyurmuş qonaqlar rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovla görüşüblər. İcra başçısı Tahir Kərimov Salyan rayonunda görülən işlər, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər, eləcə də yeni infrastuktur layihələr barədə məlumat verib. Daha sonra qonaqlar rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovla birlikdə Salyan Ziyalıllar Birliyinin ofisini ziyarət ediblər.

Süleyman İsmayılbəyli

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo