Axtarış: 
ATXƏM-dən möntəşəm bayram tədbirləri
+  -  Çap 
Yerləşdirilib: 07.05.13 | Baxılıb: 3482
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Salyan rayonunda Heydər Əliyevin 90 illik yubileyi və Türkçülük Günü qeyd edildi

Bu günlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi respublikanın bütün bölgələrində geniş şəkildə qeyd olunur. Belə tədbirlərdən biri Salyan rayonunda baş tutub. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Salyan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən 3 may Türkçülük Günü və Heydər Əliyevin anadan olmasının 90 illik yubiley tədbirinin iştirakçıları əvvəlcə Salyan Rayon İcra Hakimiyyətinin binasında rayon icra hakimiyyətinin başçısı Tahir Kərimovla görüşüblər.

Dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Avropa və Türkiyədə fəaliyyət göstərən diaspor rəhbərləri, KİV və QHT nümayəndələrinin daxil olduğu nümayəndə heyətinə rayonda görülən quruculuq-abadlıq işləri barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov ümummilli liderin yubiley tədbirində iştirak etmək üçün Avropa və Türkiyədən belə nümayəndə heyətinin Salyana səfər etməsindən məmnun olduğunu vurğulayıb. İcra başçısı ilə keçirilən qısa görüşdən sonra tədbir iştirakçıları Tahir Kərimovla birlikdə Salyan rayonunun mərkəzində salınmış Heydər parkını ziyarət edib və parkda ümummilli liderin əziz xatirəsinə ucaldılmış abidə önünə əklil qoyublar. İcra hakimiyyətinin başçısı Tahir Kərimov parkda aparılan yenidənqurma işləri barədə məlumat verib və bildirib ki, ümummilli liderin adını daşıyan park yaxın günlərdə yeni formada Salyan ictimaiyyətinin ixtiyarına veriləcək.

Sonra tədbir iştirakçıları görkəmli mütəfəkkir Əli bəy Hüseynzadə, mərhum şair Xəlil Rza Ulutürkün abidələrini ziyarət edib, Salyan rayonundakı türk məzarlığına baş çəkiblər. Daha sonra tədbir Salyan rayonu Qaraçala qəsəbəsində davam edib. Ümumilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi və 3 may-Türkçülük Gününə həsr olunmuş tədbiri giriş sözü ilə açan Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrlə bağlı qısa məlumat verdikdən sonra bildirib ki, ATXƏM-in türk birliyi, türkdilli ölkələrin inteqrasiyası istiqamətində həyata keçirdiyi tədbirlərə artıq bir neçə ildir ki, “Türkçülük günü” də əlavə olunub. Türk xalqları ilə əməkdaşlığın, əlaqələrin getdikcə daha da inkişaf etdiyini vurğulayan ATXƏM sədrinin sözlərinə görə, artıq Azərbaycan bu əlaqələrin qurulmasında aparıcı bir mövqeyə sahib ölkəyə çevrilib. “Bu gün sevindirici haldır ki, Azərbaycan artıq türkçülüyün inteqrasiyası istiqamətində ən fəal ölkələrdən birinə çevrilib. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi olaraq biz də bu ideyaların reallaşması, türkdilli respublikaların bir araya gəlməsi istiqamətində üzərimizə düşən vəzifələri yerinə yetirməyə çalışırıq. Sevindirici haldır ki, son illər ərzində Türk dünyasının birlik və bərabərliyi yolunda mühüm tədbirlər keçirilib və bu tədbirlər günü-gündən daha da artmaqdadır. Bütün bunlar türk birliyi yönündə atılmış addımların nə qədər sistemli xarakter aldığını sübut etməkdədir”.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri ümummilli lider Heydər Əliyevin türk dünyasının birlik və bərabərliyi istiqamətindəki fəaliyyətindən də danışıb. Bildirib ki, Heydər Əliyev deyəndə biz türk dünyası başa düşürük: “Biz türk dünyasının liderlərindən biri kimi Mustafa Kamal Atatürk və Heydər Əliyevi görürük”. İlham İsmayılov deyib ki, Heydər Əliyev hakimiyyətdə olduğu illərdə türk dünyasının inteqrasiyası istiqamətində yorulmaz fəaliyyət göstərib: “Ümummilli lider 1993-cü ildə Türkiyənin İstanbul şəhərində keçirilən türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantısında bildirdi ki, Azərbaycan və digər tükdilli respublikalar böyük enerji yataqlarına malikdirlər və onları mütləq bir araya gətirmək lazımdır. Bundan sonra ümummilli lider Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi təşəbbüsünü qaldırdı və 1994-cü ildə Bakıda “Əsrin müqaviləsi” imzalandı. Həmin dövrdə böyük dövlətlər həm “Əsrin müqaviləsi”nin imzalanması, həm də Bakı-Tbilidsi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilişinə bir xəyal kimi baxırdılar. Ancaq ümummilli lider Heydər Əliyev bu ideyanı öz uğurlu diplomatik gedişləri ilə reallaşdırdı. Bunun nəticəsidir ki, Azərbaycan bu gün getdikcə inkişaf edir, əhalinin sosial rihaf halı yaxşılaşır”. İlham İsmayılov 3 may Türkçülük Günü barədə də danışıb. Bildirib ki, əvvəlki illərdə çox məhdud və dar çərçivədə qeyd edilən 3 may-Türkçülük Günü artıq ölkədə fəaliyyət göstərən əksər təşkilat və cəmiyyətlər tərəfindən geniş şəkildə qeyd olunur.

ATXƏM sədri hər il Türkçülük Günü tədbirlərinə qoşulan insanların sayının da artdığını diqqətə çatdırıb və bunun sevindirici hal olduğunu söyləyib: “3 may-Türkçülük Günü başda Nihal Adsız olmaqla dəyərli türk insanlarının apardığı şərəfli mücadilə nəticəsində qeyd olunmağa başlayıb. Azərbaycanda da hər il bu günü qeyd edirik. Hesab edirəm ki, 3 may tarixi türk birliyinin reallaşmasına müsbət təsir göstərən vasitələrdən biri sayıla bilər. Əgər əvvəlki illərdə bizə 3 may tarixinin nə günü olduğunu sual edirdilərsə, artıq əksəriyyət bu günün tarixini bilir. Bu da sevindirici bir haldır. Eyni zamanda 15 sentyabr tarixi artıq bizlər tərəfindən böyük təntənə ilə qeyd edilir. 1918-ci il, sentyabrın 15-də Qafqaz İslam Ordusu Bakını işğaldan azad etməklə Azərbaycanı bolşevik-daşnak qruplaşmalarının xilas etdi. Həmin dövrdə aparılan döyüşlərdə şəhid olan türk qardaşlarımız Azərbaycanın müxtəlif regionlarında dəfn ediliblər. Sovet üsul-idarəçiliyi və təqiblərə baxmayaraq Azərbaycan xalqı həmin məzarları qoruyub saxlayıb. Çünki sovetlər dönəmində maksimum dərəcədə çalışılırdı ki, Azərbaycanda bir dənə də olsun türk izi qalmasın. Sovetlər dönəminin ideologiyası, siyasəti bundan ibarət idi. Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk də deyirdi ki, türkçülüyün düşmənlərindən biri kommunizmdir. Biz düşmənlərin əlinə fürsət verməmək üçün türk dünyası olaraq bir-birimizlə çiyin-çiyinə olmalıyıq”.

Daha sonra ATXƏM-in ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi və 3 may-Türkçülük Günü ilə bağlı jurnalistlər arasında elan etdiyi yazı müsabiqəsi barədə məlumat verən İlham İsmayılov deyib ki, “Müasir Azərbaycanın inkişafında və türk dünyasının inteqrasiyasında Heydər Əliyevin rolu” mövzusundakı yazı müsabiqəsinə media nümayəndələri tərəfindən böyük maraq olub. Belə ki, təkcə paytaxtda deyil, eləcə də regionlarda işıq üzü görən mətbu orqanların nümayəndələri müsabiqəyə yazı təqdim ediblər. İlham İsmayılovun çıxışından sonra qaliblərə Azərbaycanlıların və digər Tükdilli Xalqların Əməkdaşlıq Mərkəzinin diplom və pul mükafatı təqdim edilib. Millət vəkili Qənirə Paşayeva Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin 3 may-Türkçülük Gününü geniş şəkildə qeyd etməsini təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, bu günü yüksək səviyyədə qeyd etmək olduqca önəmlidir: “Təbii ki, bu günü sadəcə qeyd etməməliyik, eyni zamanda düşünməliyik. Bizim üçün ən önəmli məsələ türk millətinin birliyidir. Biz türk dünyası ilə birliyi, həmrəyliyi gücləndirməliyik. Düşünməliyik ki, türk dünyasının, türk millətinin gələcəyi üçün hər kəs əlindən gələni etməlidir. Çünki türk millətinin, türk dünyasının gələcəyi bu birlikdən keçir. Bu birlik toplumların qaynaşmasından, milli düşüncə, milli birlikdən keçir. Yalnız bu halda türk dünyasının gələcəyi daha uğurlu ola bilər”.

Millət vəkili ümummilli lider Heydər Əliyevin də məhz bu amallar uğurunda çalışdığını və türk dünyasının inteqrasiyası istiqamətində yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb. Bildirib ki, Heydər Əliyevin türk dünyasının inteqrasiyası istiqamətindəki fəaliyyəti bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə münasibətlərindən də söhbət açıb. Bildirib ki, Azərbaycan-Türkiyə arasındakı münasibətlərin, qardaşlığımızın inkişafı türk dünyasının təməlidir: “Bu təməl, türk dövlətləri və toplumlarının birlik modeli əslində Azərbaycan-Türkiyə birliyinin nə qədər güclənməsindən keçir”. Tədbirində Azərbaycan diasporunun inkişafında, ölkəmizin haqq səsinin dünyaya çatdırılmasındakı xidmətlərinə görə bir sıra şəxslər təltif olunub.“OLAYLAR” Informasiya Agentliyi və eyniadlı qəzetdə daim türk dünyasının inteqrasiyası ilə bağlı yazılar dərc edildiyinə, eləcə də türk dünyasının görkəmli şəxsiyyətləri və sərkərdələri ilə bağlı kitablar yazdığına görə yazıçı-publisist Yunus Oğuza ATXƏM-in plaketi ilə təqdim edilib. Mükafata görə təşəkkürünü bildirən yazıçı bildirib ki, bundan sonra da dövlətə, Vətənə, millətə xidmət etməyə hər zaman hazırdır.

Daha sonra Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və diasporumuzun inkişafındakı xidmətlərə görə, İstanbul Azərbaycan-Türkiyə Dərnəyinin sədri Səfər Karakoyunlu, Strasburq Azərbaycan Evinin rəhbəri Mustafa Əlincə və Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, Az.TV-nin “Turan” proqramının aparıcısı Zərnişan Azayeva, Türkiyəli sənətçi Hasan Sağındık, Selçuklu Sosial Güvenlik Eyitim Kültür ve Dayanışma Vakfı Genel başkan yardımçısı Mustafa Toygar ATXƏM-in plaketi ilə təltif olunublar. İstanbul Azərbaycan-Türkiyə Dərnəyinin sədri Səfər Karaloyunlu isə öz növbəsində ATXƏM-ə Azərbaycan və Türkiyə bayraqlarını hədiyyə edib. Ödülləndirilən şəxslər Azərbaycanda 3 may-Türkçülük Gününün geniş şəkildə qeyd olunmasından məmnunluqlarını ifadə ediblər. Bayram tədbirləri incəsənət ustalarının bir-birindən maraqlı ifaları ilə davam edib. Günün ikinci yarısında isə Salyan rayon mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib.


















VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo