Axtarış: 
QHT-Hökumət münasibətləri müzakirə olundu
+  -  Çap 
Yerləşdirilib: 29.05.13 | Baxılıb: 2515
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

ATXƏM sədri İlham İsmayılov Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın adının əbədləşdirilməsini yenidən gündəmə gətirdi

Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumu Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “QHT sektorunun inkişafı məqsədilə ictimai müzakirələrin təşkili” layihəsini həyata keçirir. Layihə çərçivəsində “QHT-Hökumət dialoqunun gücləndirilməsi” adlı tədbir 29 may 2013-cü ildə Beynəlxalq Mətbuat Mərkəzində keçirildi. Tədbirdə Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, QHT və KİV nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan MQF-nin prezidenti Rauf Zeyni iştirakçıları salamladı, layihə haqqında məlumat verdi. R.Zeyni bildirdi ki, Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması istiqamətində müstəqilliyin 20 ilində böyük addımlar atıb. O bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsini xüsusi qeyd edib. R. Zeyni deyib ki, ötən illər ərzində həm Bakıda, həm regionlarda QHT-lərin bilik və bacarıqlarının artırılması, onların inkişaf proqramlarının həyata keçirilməsi, geniş layihələrin reallaşdırılmasında dövlət tərəfindən geniş dəstək göstərilib. O xüsusi olaraq qeyd edib ki, milli maraqların müdafiəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan QHT-ləri əhəmiyyətli layihələr həyata keçiriblər.

Daha sonra çıxış edən Prezident Administrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, QHT-lər Azərbaycan siyasətinə nativ fəaliyyət ortaya qoyan qurumlardır. Onun sözlərinə görə, MQF-nin üzvü olan 600-dən çox QHT nümayəndəsinin Azərbaycan Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləməsinin böyük əhəmiyyəti var. PA rəsmisi 2013-cü il prezident seçkilərinin də tam şəffaf, demokratik keçəcəyinə əminliyini vurğulayıb. Ə. Həsənov Azərbaycanda dövlətin QHT-lərə dəstəyindən danışıb. O qeyd edib ki, hətta bəzi dövlət qurumları var ki, dövlət tərəfindən daima dəstək almır, QHT-lər isə mütəmadi olaraq dövlətdən yardım əldə edirlər. O müxtəlif sahələrdə fəaliyyət göstərən QHT-lərə maliyyə dəstəyinin ayrıldığını vurğulayaraq, ayrı-ayrı nazirliklər tərəfindən də QHT-lərin layihələrinə maliyyə vəsaitinin ayrıldığını deyib. PA şöbə müdiri deyib ki, Azərbaycanın Dağlıq Qarabağ problemi, qaçqın və köçkünlərin problemlərinin beynəlxalq aləmə çatdırılması ilə bağlı da layihələrə qrantların ayrıldığını deyərək bu işdə beynəlxalq qurumların rolunu qeyd edib. O eyni zamanda bəzi beynəlxalq QHT-lərin Azərbaycanla bağlı açıqlamalarının və mövqelərinin subyektiv xarakter daşıdığını və reallığı əks etdirmədiyini vurğulayıb: “Həmin təşkilatlar sanki islam dünyasında xaos yaradılmasına çalışırlar”. Tədbirdə çıxış edən QHT rəhbərləri –MQF İdarə Heyətinin sədri Aydın Kərimov, MQF İdarə Heyətinin üzvləri İradə Rizazadə, Davud Rəhimli, İlham İsmayılov, Aydın Əbilov və digər QHT nümayəndələri Azərbaycanda bu sahənin inkişafı üçün görülmüş işlərdən, qarşıda duran vəzifələrdən söz açaraq öz təkliflərini səsləndiriblər. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov öz çıxışında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərin də Şuranın élan etdiyi layihələrdə iştirakına müsbət yanaşdığını, bu addımın ölkəmizin donor ölkə olaraq beynəlxalq aləmdə nüfuzunun artırılmasına xidmət etdiyini bildirdi. İ.İsmayılov bildirdi ki, bu layihələrin həyata keçirilməsi mexanizmində xarici QHT-lərin yerli QHT-lərlə əməkdaşlıq şəraitində layihəni birgə həyata keçirmələrinə ehtiyac var. İ. İsmayılov 28 may Respublika günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, bildirdi ki, 1918-ci ildə Azərbaycan öz müstəqilliyini élan etdikdən sonra bolşevik-ermeni birləşmələri bu müstəqilliyə qarşı çıxaraq, Azərbaycan xalqına qarşı genişmiqyaslı soyqırımlar törətmişlər. Belə bir zamanda Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa Azərbaycan xalqının köməyinə gələrək, Azərbaycanı erməni-daşnak birləşmələrindən azad etmişdir: “Azərbaycan xalqının taleyində xüsusi rol oynamış Nuru Paşanın adının əbədləşməsi bütün Azərbaycan xalqının arzusu və bu böyük qəhrəmana minnət borcudur. Ümid edirik ki, dövlət rəsmiləri ictimayyət nümayəndələrinin bu arzusunu nəzərə alaraq, Bakının görməli yerlərindən birində ona abidə qoyacaq, onun adına park və küçələrin verilməsinə nail olunacaqdır”. Müzakirələrdən sonra MQF-nin prezidenti bəzi QHT nümayəndələrini Fəxri Fərmanla təltif etdi.Yekun olaraq MQF-nin qarşıdan gələn 2013-cü il prezident seçkilərində prezident İlham Əliyevin prezidentlik postuna namizədliyini dəstəkləyən bəyanatı səsləndirildi.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo