Axtarış: 
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirildi
+  -  Çap 
Yerləşdirilib: 24.06.13 | Baxılıb: 2612
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

İyunun 21-də Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin I Forumu keçirilib.
44 ölkədən 550 nəfərin iştirak etidiyi forum iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anmış, məzarı önünə əklil qoyublar. Tədbir iştitrakçıları görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini anaraq onun da məzarı qarşısına əklil qoyublar. Daha sonra forum iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin qarşısına əklil qoyublar. Nümayəndə heyəti 1918-ci ildə Bakının bolşeviklərdən və daşnaklardan azad edilməsi uğrunda döyüşlərdə şəhid olmuş cəsur türk əsgərlərinin xatirəsinə ucaldılan abidənin qarşısına da əklil qoyublar.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstanın diaspor təşkilatlarının təmsilçiləri, dövlət və hökumət rəhbərləri, QHT nümayəndələri, elm və mədəniyyət xadimlərinin qatıldığı Türkdilli Dövlətlər və Azərbaycan diasporunun fəaliyyətindən bəhs edən “Birliyimiz yenilməzdir” sənədli filminin nümayişi ilə başlayıb. Forumu açan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Halil Akıncı tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O bildirib ki, sovetlər birliyi dağıldıqdan sonra türkdilli dövlətlər arasında əməkdaşlıq güclənməyə başlayıb. Türkdilli ölkələrin beynəlxalq səviyyədə tanıdılması, onların problemlərinin həlli istiqamətində diaspor təşkilatları mühüm rol oynayır. Tədbir iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Forumun işinə uğurlar arzulayıb və bildirib ki, Türk dünyasının siyasi coğrafiyası müstəqillik qazanan türkdilli dövlətlərin hesabına genişlənib. Azərbaycanın hər zaman hər zaman Türk dünyasının birliyi ideyasına böyük önəm verdiyini qeyd edən Nazim İbrahimov ümummilli lider Heydər Əliyevin arzusu olan bu ideyanın artıq gerçəkləşməyə başladığını deyib və əlavə edib ki, Prezident İlham Əliyevin dəstəyi və nəzarəti ilə türk dünyasında ardıcıl addımların atılmasına başlanılıb. N.İbrahimov bildirib ki, bu gün dünyada türk diasporunun milyonlarla nümayəndəsi vardır və türk xalqları arasında birliyin, həmrəyliyin möhkəmləndirilməsi qarşıda duran əsas məsələlərdən biridir. Dövlət Komitəsinin sədri Türk dünyasının qarşısında böyük perspektivlərin açıldığı bir vaxtda keçirilən bu forumun türk xalqlarının birliyinə, dünyaya inteqrasiyasına öz töhfələrini verəcək və diaspor təşkilatlarının əməkdaşlığı türk dünyasının gücünə güc qatacaq.
Sonra Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov Prezident İlham Əliyevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Forumda, həmçinin Türkiyə, Qazaxıstan və Qırğızıstan prezidentlərinin də iştirakçılara təbrik məktubları səslənib. Ümumdünya Qazaxlar Assosasiyasının İdarə Heyəti sədrinin birinci müavini Talqat Mamaşov Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətini yüksək qiymətləndirib. T.Mamaşov bütün türk xalqlarını ortaq bir tarix, mədəniyyət və incəsənət birləşdirdiyini deyib: “Forum bu gün türk xalqlarının həyatında xüsusi əhəmiyyətə malikdir. Bakıda keçirilən bu tədbirin türkdilli dövlətləri arasında daha da sıx birliyin yaranmasına səbəb olacağına əminlik ifadə edən T.Mamaşov xaricdə yaşayan türkdilli nümayəndələrin öz vətənləri ilə əlaqə yaratması üçün diaspora təşkilatlarının da əhəmiyyəti barədə iştirakçılara məlumat verib. Qırğızıstan Respublikasının Əmək, Miqrasiya və Gənclər naziri Alisbek Alımkulov Forumun təşkilinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Dünyada yaşayan türkdilli xalqların birliyinin vacibliyini diqqətə çatdıran qırğızıstanlı nazir Bakı Forumunun bu istiqamətdə böyük rol oynayacağına ümidvar olduğunu deyib. O, türkdilli dövlətlərin birliyinin vətəndən xaricdə yaşayan həmvətənlilərimizin qarşılaşdığı problemlərin həll edilməsində, həmçinin ölkələrimizin beynəlxalq arenadakı nüfuzunun daha da artmasında da böyük əhəmiyyət kəsb edə biləcəyindən danışıb. A. Alımkulov bugünkü gənclərin əcdadlarımızın yolunu uğurla davam etdirməsini qürurverici hal olaraq qiymətləndirib. Türkiyə Respublikası Nazirlər Kabineti yanında Xaricdə yaşayan Türklər və Əqraba İcmaları Departamentinin sədri Kemal Yurtnaç Bakı Forumunun türkdilli xalqların vahid birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində böyük rol oynadığını qeyd edib. Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətindən danışıb. TÜRKSOY-un baş katibi türkdilli ölkələrin diasporlarının təşkilatlanması və s. işlər barədə tədbir iştirakçılarına məlumat verib. Forumda çıxış edən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katib Ramil Həsənov xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb. TÜRKPA sədri Bakıda keçirilən bu Forumun türkdilli xalqların yaxınlaşması prosesinin sürətlənməsində mühüm rol oynayacağına əminliyini bildirib. Daha sonra Forumda çıxış edən Türk Akademiyasının Prezidenti, Kokşetau Dövlət Universitetinin rektoru, akademik Şakir İbrayev, Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer-İsmailova, Türkdilli Xalqların Assambleyasının sədri Mustafa Camgöz, Dünya azərbaycanlıları Gənclər birliyinin sədri Ramin Məmmədov və başqaları Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərlərinin birinci Forumunun əhəmiyyətindən danışıb, tədbirin yüksək səviyyədə təşkilinə görə dövlətimizin başçısına və Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürlərini bildiriblər. Forumun yekununda Bakı Bəyannaməsi və Azərbaycan prezidenti İlham Əliyevə, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə, Qırğızıstan prezidenti Almazbek Atambayevə və Türkiyə prezidenti Abdulla Gülə müraciət qəbul olunub. Bəyannamədə türk xalqlarının birliyinin möhkəmləndirilməsinin regionda sülhün və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyətə malik olduğu vurğulanır. Sənəddə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olan ölkələrin diaspor təşkilatlarının doqquz istiqamətdə fəaliyyətinin koordinasiya olunması tövsiyə edilir. Bildirilir ki, Forum iştirakçıları türkdilli ölkələrin diasporlarının təşkilatlanma prosesinə dəstək verilməsi, türkdilli diaspor təşkilatlarının, icma və qurumlarının fəaliyyətinin koordinasiya olunması məqsədilə regional mərkəzlərin yaradılmasını, eləcə də dünya ictimaiyyətinin türk dünyasının tarixi, mədəniyyəti, müasir həyatı barədə ətraflı məlumatlandırılması istiqamətində tədbirlərin görülməsini vacib hesab edir. Dövlət başçılarına müraciətdə isə qeyd olunur ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin diaspor təşkilatları rəhbərləri dövlət başçılarını əmin edir ki, türkdilli xalqların vahid birliyinin təmin olunması, maraqlarının qorunması, onların haqq səsinin dünyaya çatdırılması istiqamətində üzərlərinə düşən vəzifələrin böyük məsuliyyət və yüksək peşəkarlıqla yerinə yetirilməsi üçün var güclərini əsirgəməyəcək, bu istiqamətdə səylərini daha sıx birləşdirəcəklər.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo