Axtarış: 
Müsabiqə elanı
+  -  Çap 
Yerləşdirilib: 15.08.13 | Baxılıb: 2476
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

Mətbuat Şurası 15 avqust 2013-cü ildən etibarən ATXƏM ilə birgə reallaşdırdığı “Azərbaycan Xalq Cumhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusu-95” mövzusunda KİV-lər arasında yazı müsabiqəsi keçirir.

I. Müsabiqənin məqsədi


Ötən əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi həyatında baş verən proseslər fonunda milli özünüdərkin geniş vüsət alması yekunda Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə nəticələndi. İki ilə yaxın mövcud olmuş respublikanın istər təşəkkül tapmasında, istərsə də varlığının qorunmasında dövrün görkəmli şəxsiyyətlərinin, o cümlədən dost və qardaş ölkə olan Türkiyənin tarixində mühüm rola malik tanınmış simaların xidmətləri ilə də bağlıdır. Bu mənada ilk növbədə paytaxtımız Bakının 1918-ci ilin sentyabrında bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdələrindən sayılan Nuru paşanın rolunu xüsusi vurğulamaq lazımdır. Bu kimi tarixi şəxsiyyətlərin şərəfli ömür yoluna, ictimai-siyasi baxışlarına, onların türk dünyasına xidmət missiyalarına əhatəli yanaşmaq hər zaman qarşıda duran mühüm vəzifələrdəndir. Müddətsiz olaraq reallaşdırılacaq “Azərbaycan Xalq Cumhuriyyəti; tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsinin də əsas hədəfi budur. Layihənin hər mərhələnin AXC ilə bağlı konkret hadisəyə və şəxsiyyətlərə həsr olunması nəzərdə tutulur.

Layihə çərçivəsində elan olunan müsabiqə isə Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki roluna dair KİV-lərin materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmağı, milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından mühüm əhəmiyyət kəsb edən mövzunu hər zaman diqqət saxlamağı, mövcud istiqamətdə yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmağı nəzərdə tutur.

II. Müsabiqə şərtləri

Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Müəlliflər mövzuya yanaşma baxımından da sərbəstdirlər.

Müsabiqəyə təqdim olunmuş yazılarda üstünlük veriləcək:

1.Materialların mövzunu əhatə etmə səviyyəsi;

2.Faktlardan istifadə xüsusiyytələri;

3.İfadə vasitələrinin zənginliyi;

4.Oxucu üçün informasiyalılıq dərəcəsi.

Müsabiqəyə 2013-cü ilin avqust ayının 15-dən sentyabr ayının 10-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında gedən yazılar buraxılacaq.

Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;

Yazıda “Yazı Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdili Xalqların Əməkdaşlıq Mərkəzinin “Qafqaz İslam Ordusu-95” mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur” qeydi olmalıdır.

Qeyd: Yazı müəllifinin müsabiqə üçün təqdim edəcəyi materialı çalışdığı KİV-də verməsi şərt deyil.

III. Yazıların təqdim edilməsi

Təqdimat zərfinə yazı təqdim edən şəxsin konkret kütləvi informasiya vasitəsində işlədiyini təqdiqləyən sənədin surəti, onun əlaqə vasitələri əlavə olunmalıdır.

Müsabiqə üçün verilmiş yazının getdiyi qəzet və jurnalın nüsxəsi, informasiya saytında verilibsə, bunu təsdiqləyən çap olunmuş print-skrin variant təqdim edilməlidir.

Material yazılı formada 3 nüsxədə (A4 formatlı kağız vərəqində), həmçinin elektron formada (diskdə, Times New Roman şriftində) müəllifin adı qeyd olunmamaqla şəxsən təqdim edilməlidir. Müsabiqə materialı informasiya saytında gedibsə, elektron təqdimata (diskə) yazının linkinin göstərildiyi ayrıca fayl yerləşdirilməlidir.

Yazılı formada (A4 formatlı kağız vərəqində) təqdim olunmuş 3 nüsxənin hər birində, habelə elektron formatlı (diskdə, Times New Roman şriftində) təqdimatda materialın müsabiqə üzrə müəyyənləşdirilmiş hansı istiqamətə uyğunluğu ayrıca qeyd edilməlidir.

Yazılar 2013-cü ilin avqust ayının 15-dən sentyabr ayının 10-dək hər gün saat 10.00-dan 17.00-dək Bakı şəhəri, Teymur Əliyev küçəsi 38 ünvanında (Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.

IV. Mükafatlandırma

Müsabiqədə 1 birinci, 2 ikinci və 3 üçüncü yer, həmçinin 10 həvəsləndirici mükafat nəzərdə tutulub. I yer - 800 manat; II yer - 500 manat; III yer - 300 manat.

Həvəsləndirici mükafat – 100 manat

Müsabiqə laureatlarının adları sentyabr ayının 15-dək açıqlanacaq.

Əlaqə telefonu: rma

II. Mü





1.Materialları

2.Faktlardan istifadə

3.İ

4.Oxucu ü

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo