Axtarış: 
Moldova Ombudsmana təzyiqlər davam edir
+  -  Çap 
Yerləşdirilib: 15.08.13 | Baxılıb: 3271
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter

Bütün Azərbaycan və Türk diaspora təşkilatları Aureli Qriqorinin müdafiəsinə qalxmalıdır

Dünyada elə insanlar var ki, onların əməllərindən təkcə bir millət və ya xalq deyil bir neçə millət və xalq faydalanır. Belə insanlardan biri də Moldova ombudsman Aureli Qriqoriudur. O, 2013-cü ilin iyulun 4-də Ermənistan parlamentində keçirilən ümumavropa konfransında “Dondurulmuş münaqişə zonalarında insan hüquqlarının qorunması” adlı məruzə ilə çıxış edərkən deyib: “Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və azərbaycanlılara qarşı soyqırım törədib… Xocalıda soyqırımı da ermənilər törədib və bu, beynəlxalq ictimayyətin tanıdığı faktdır”.(Bax:”Şərq” qəzeti,6 iyul 2013-cü il, ¹120,səh.4.). Mən siyasi prosesləri izləyən bir şəxs kimi son 20 ildə ilk dəfə olaraq 2013-cü ilin iyulun 4-də Ermənistan Parlamentində bir xristian mənşəli Moldova vətəndaşı, Moldovada və eləcə də başqa ölkələrdə insan haqlarının qorunması üzrə məsul olan bir şəxsin - Moldova Ombudsmanı Aureliya Qriqoriunun səsləndirdiyi bu fikirləri eşidəndə bir daha əmin oldum ki, dünyada haqq-ədalət heç vaxt ölmür, gec-tez haradasa üzə çıxır. Sadəcə bir az səbirli olmaq və haqq-ədalət uğrunda vuruşmaq, döyüşmək lazımdir. Heç kəsin gözləmədiyi halda Yerevanda bir Moldovan qadın ombudsman həqiqətin və ədalətin müdafiəsinə qalxaraq Ermənistanın törətdiyi zorakılıq və terror faktlarını onların üzünə beynəlxalq konfransda sadaladı və bəyan etdi ki, Xocalı soyqırımını ermənilər törədiblər və bu, beynəlxalq ictimaiyyət tərəfindən tanınmış faktdır. O, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf rayonlarında baş verən həqiqətlərin əsl mahiyyətini də konfrans iştirakçılarına anlatdı. Ermənistan parlamentində cəsarətli çıxışından sonra onu Ermənistandan buraxmırdılar, ölümlə hədələyərək təcrid vəziyyətində saxlayır, ondan rəsmi şəkildə üzr istəməsini tələb edirdilər. Lakin Moldovan ombudsman heç kəsdən üzr istəmədən məğrur şəkildə Ermənistanı tərk etdi. Təsəvvür etmək çətin deyildir ki, o, məlum çıxışını etdikdən sonra qısa müddətdə qonaq kimi dəvət olunduğu ölkədən - Ermənistandan Gürcüstan və Rumıniyanın Ermənistandakı səfirliklərinin köməyi ilə Yerevan aeroportuna gəlincə və Moskvaya uçunca hansı mənəvi sarsıntılar keçirib və nə qədər təzyiqlərlə üzləşib. Dünyada özünü demokratik ölkə kimi qələmə verməyə çalışan Ermənistanda əvvəlcə ombudsmanın çıxışını yarımçıq kəsiblər, ondan öz çıxışına görə üzr istəməsi tələb olunub. Buna nail olmadıqda onlar köməksiz xanımı aeroporta qədər yola salmayıblar və ona bildiriblər ki, onun təhlükəsizliyinə heç bir qarant verilmir. Ombudsmanın “Facebook” ünvanına hədələr gəlib. Oteldə qaldığı nömrəyə zəng edib deyiblər ki, onu saçlarından tutub sürüyəcəklər və onunla haqq-hesab çəkəcəklər. Onun ailəsinin ünvanına da hədələr göndəriblər. Bu, dünyada özünü “əzabkeş” və “demokratik ölkə” kimi qələmə verən, lakin işğalçı və təcavüzkar olan bir dövlətin “qonaqpərvərliyini”sübut edən və gözlənilən hərəkətlər idi və heç kəsi təccübləndirmir. Ancaq məni başqa bir məsələ çox təəccübləndirir və narahat edir; həmişə Azərbaycana gələrkən Azərbaycan Respublikasının ərazi bütövlüyünü müdafiə etdiyini bəyan edən Moldova rəsmiləri nə səbəbə görə həmin fikirləri Ermənistan parlamentində səsləndirən öz vətəndaşını və ombudsmanını müdafiə etmirlər və bəyan edirlər ki, orada səsləndirilən fikirlər Moldova dövlətinin rəsmi mövqeyi deyil, ombudsmanın şəxsi mövqeyidir. Onlar başa düşməlidirlər ki, bu addımı ilə Moldovan ombudsman təkcə özünün deyil, bütün Moldova dövlətinin və xalqının sülhsevər və ədaləti müdafiə edən bir xalq və dövlət kimi imicini dünyada qaldırdı. Hansı insanlar belə hesab edirsə ki, Moldavalı ombudsman diplomatik normaları pozub, Ermənistan-Moldova münasibətlərinə zərər gətirib, Moldovanın imicinə zərbə vurub, həmin insanların ümumiyyətlə, siyasət, demokratiya və insan haqları, beynəlxalq münasibətlər haqqında, mənəvi-əxlaq normaları haqqında və bir çox digər ümumbəşəri dəyərlər haqqında elementar təsəvvürləri belə yoxdur.Ona görə ki, belə fikirləri söyləyənlər quru siyasi və diplomatik terminlərlə əsl həqiqəti danır, onun üstünü pərdələyir və dolayısı ilə Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını, bir milyondan artıq insanların hüquqlarının pozulduğunu, Xocalı soyqırımını və digər hadisələrin və faciələrin törədildiyini etiraf və təsdiq etmək istəmirlər, bununla da təcavüzkarın əməllərinə qarşı laqeyd qalırlar ki, bu da həmin şəxslər tərəfindən Azərbaycan Respublikasına qarşı dostluq münasibətləri bəsləndiyini şübhə altına almış olur. Bəşəriyyətin bəlaları belə insanlar iş başına keçən zamanlarda baş verir. O ki qaldı, Aureliya Qriqoriuyə, fiziki baxımdan da olduqca gözəl və cazibədar olan bu xanıma Allah çox böyük cəsarət və ədalət hissi, tükənməz mənəvi aləm, təmiz əxlaq, ruh və digər bir çox başqa ümumbəşəri dəyərlərlərə hakim olan bir ürək verib. Allah onu, onun övladlarını, yaxın və doğma qohum əqrabalarını, bütün dost və qardaş Moldova xalqını xöşbəxt eləsin. Bildiyimiz kimi, 2013- cü ilin iyulun 7-dən bu günədək Moldova Respublikasının paytaxtı Kişinyov şəhərinə qayıdaraq orada yaşayan Moldova ombudsmanı Aureliya Qriqoriuya qarşı təzyiqlər davam edir. Onun çıxışından dərhal sonra Moldovada və başqa yerlərdə yaşayan ermənilər dərhal hücuma keçdilər. Moldovada məlumatlar yayıldı ki, guya onun anasının evində antisanitariya hökm sürür, halbuki orada Aureli yox, onun anası ilə birlikdə bacısı yaşayır.Yayılan məlumatlara görə Moldovanın baş prokuroru ərazi prokuroruna 2013-cü ilin avqustun 15-dək məsələni araşdırıb həll etmək barədə tapşırıq verib. Aureliya Qriqori dövlətdən heç bir dəstək görmədiyini soyləyib. O deyib: “Dövlətdən heç bir dəstək almıram. Mənə qarşı informasiya müharibəsi aparılır, sanki məndən xalq düşməni obrazı yaratmaq istəyirlər. Məni Ermənistanda tək qoyan şəxs qəhrəman, mən isə xalq düşməni oldum.Vəziyyətin belə davam edəcəyi halda ölkəni tərk etmək, ya da yaşayış yerinin dəyişdirilməsinin mümkünlüyü barədə danışan moldovalı ombudsman bildirib ki, artıq bu barədə fikirləşir. Aureli Qriqorinin sözlərinə görə, payızda onun ombudsman mandatı bitir. Bir çox QHT-lər ona dəstək verir və onun namizədliyinin yenidən irəli sürülməsinə çalışırlar. 2013-cü ilin sentyabrında Moldovada parlament vəkilləri ilə bağlı qanuna dəyişikliklərin qəbul edilməsi gözlənilir. Dəyişikliklə deputatlar yalnız bir parlament vəkilini saxlamaq istəyirlər və təbiidir ki, parlamentdə hazırda mandatı 2015-ci ildə bitəcək vəkil-ombudsman qalacaq. Ondan sonra yeni seçkilər keçiriləcək. Payızda keçiriləcək seçkilər ərəfəsində və ondan sonra da ciddi təzyiqlərlə üzləşən bu xanım ombudsman öz ölkəsindən əlavə, dünyada insan hüquqlarının pozulduğu digər ölkələr üçün də çox lazımlı bir insan və hüquq müdafiəçisidir. Ədalətli və cəsarətli mövqeyinə görə Azərbaycan diasporu Aureli Qriqoriuya ciddi arxa durmalı, ona kömək etməli, lazım gələrsə, o, Azərbaycan Respublikasının və bir çox başqa dost dövlətlərin dövlət mükafatlarına, orden və medallarına layiq görülməli, hətta Nobel sülh mükafatına namizəd kimi irəli sürülməlidir. Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan tərəfi yaranmış vəziyyəti ciddi müşahidə edir və ona çalışır ki, Aureliya Qriqoriuya qarşı represiyalara yol verilməsin. Bu hadisədən dərhal sonar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) Elmira Süleymanova Moldova ombudsmanı Aureliya Qriqoriunun hüquqlarının pozulması ilə bağlı bəyanat verib. Bəyanatda qeyd olunurdu ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan şəxsin xüsusilə də xarici ölkə vətəndaşının və xarici ölkənin rəsmi nümayəndəsinin sivil ölkələrdə azad fikir meydanı kimi qəbul edilən parlamentdə dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş tarixi faktları və həqiqətləri söylədiyinə görə Ermənistanda təzyiqlərə məruz qalması və hüquqlarının məhdudlaşdırılması bu ölkənin hüququ,demokratik dövlət olmadığını bir daha sübut etdi. Bir qrup azərbaycanlı “facebook”-da Aureliya Qriqoriuya dəstək səhifəsi açıb.Azərbaycanda fəaliyyət göstərən bir çox qeyri-hökümət təşkilatları da onun müdafiəsinə qalxmışdır. Bütün bünlarla bərabər, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən azərbaycanlıların, türklərin və digər dost ölkələrin diaspor təşkilatlardan bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlara ardıcıl şəkildə müraciətlər ünvanlanmalı, bütün dünyanın diqqəti bu məsələyə yönəldilməlidir. Mən bütün dünya azərbaycanlılarını, Azərbaycan və türk təşkilatlarını, dünyanın bütün sülhsevər və tərəqqipərvər insanlarını Moldavan ombudsman Aureliya Qriqoriunun müdafiəsinə qalxmağa, mümkün vasitələrlə onun təqib olunmasına imkan verməməyə, onun namizədliyini Nobel sülh mükafatına irəli sürməyə çağırıram.

Qafar Məmməd oğlu Əliyev

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri,
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo