Axtarış: 
ATXƏM sədrinin Moldova Ombudsmanı Aureliya Qriqoriye məktubu
+  -  Çap 
Yerləşdirilib: 15.08.13 | Baxılıb: 2857
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Ermənistanda keçirilən Ümumavropa konfransı zamanı Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi və Xocalı soyqırımını ermənilərin törətməsi barədə çıxışınız Sizin insan hüquqlarına nə qədər hörmətlə yanaşdığınızı və Ombudsman İnstitunun əsas prinsiplərinin siyasi maraqlardan üstün tutduğunuzu təsdiqləmiş oldu.

Təəssüflər olsun ki, ermənilərin Xocalıda törətdikləri soyqırım aktından 20 ildən artıq vaxt keçməsinə baxmayaraq, bu qətliamlara dünyanın insan hüquqları ilə məşğul olan təşkilatları, bu hadisələrə fəaliyyət göstərdikləri ölkələrin siyasi maraqları çərçivəsində və ya erməni lobbisinin təsirləri altında yanaşıblar. Bu yanaşma isə özlüyündə insan hüquqları təşkilatlarına inamsızlıq mühiti yaratmaqla, İnsan hüquqları üzrə müvəkkillərin iş prinsipinə də təsir göstərmişdir. Azərbaycanın ərazi bütövlüyünün Ermənistan Respublikası tərəfindən işğal olunması və Xocalı başda olmaqla, ümumilikdə Dağlıq Qarabağ bölgəsində silsilə soyqırım aktları törətmiş ermənilərə qarşı İnsan hüquqları təşkilatlarının loyal münasibəti bunları deməyə əsas verir. Lakin Sizin Azərbaycanın işğal altında olan torpaqları və Xocalı soyqırımı ilə bağlı səsləndirdyiniz açıq fikirləriniz dünyada xiristian amilindən yararlanmağa cəhd edən Ermənistan və erməni lobbisinə qarşı olan loyal münasibəti və "toxunulmazlıq" statusunu zəiflətmiş oldu. İnanırıq ki, Sizin hüququn aliliyini əsas götürərək insanlığın xilasına hesablanmış cəsarətli çıxışınız digər insan hüquqları müvəkkillərinə də örnək olacaqdır.

Hörmətli xanım Aureliya Qriqoriu!

Məlumat üçün bildirirəm ki, rəhbəri olduğum Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) bütün dünyada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatları ilə əməkdaşlıq edərək, Xocalı soyqırımının tanıdılması və Dağlıq Qarabağ probleminin ədalətli həlli istiqamətində fəaliyyət göstərməkdədir. Mərkəzimiz hər il Avropanın siyasi mərkəzi olan Strasburq şəhərində Xocalı soyqırımı ilə bağlı davamlı olaraq mitinqlər təşkil edir, bu soyqırımın tanınması üçün İnsan hüquqları təşkilatları ilə müxtəlif görüşlər keçirir. Keçirdiyimiz çoxsaylı görüşlərdə, eləcədə, Brüsseldə Dağlıq Qarabağ problemi ilə bağlı keçirdiyimiz beynəlxalq konfransda bizə aydın olur ki, Avropada fəaliyyət göstərən təşkilatların bir çoxu ya Dağlıq Qarabağda olan dəhşətli hadisələrdən xəbərsizdir, ya da ki, ermənipərəst mövqe tutaraq hadisələrə real qiymət verməkdən çəkinirlər. Lakin müşahidə etmişik ki, keçmiş postsovet məkanı ölkələri bu problemləri daha yaxşı qavraya bilir və nəticələrinin region üçün nə qədər ağır nəticələr verdiyini dəqiqliklə hesablaya bilirlər. Biz keçmiş postsovet məkanında olan münaqişə bölgələrinə nəzər salsaq görərik ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Gürcüstanın Abxaziya və Osetiya bölgəsi, eləcə də Moldovanın Dnestryanı bölgəsi eyni münaqişə mərkəzlərindən yaradılan və idarə olunan konflikt bölgələridir. Bütün bu bölgələrin bizə verdiyi "töhvə" yalnız xalqlarımızın əziyyət çəkməsi və ölkələrimizin azad bir şəkildə inkişafına mane olan əsas məsələdir. Hesab edirəm ki, biz ölkələrimizin ərazi bütövlüyünün təmin olunmasına və insan haqlarının tam şəkildə bərqərar olunması, demokratik mühütün yaradılması üçün sağlam bir şəkildə əməkdaşlığımızı genişləndirməliyik. Biz Sizin timsalınızda xalqımızın çox böyük dostu olduğuna inanaraq, Sizinlə əməkdaşlıq etməkdən məmnunluq duyardıq.

İlham İsmayılov

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri



Во время проведения Всеевропейской конференции в Армении, Ваше выступление об оккупированных Арменией Азербайджанских земель и Ходжалинском геноциде, подтверждает, как Вы с уважением относитесь к правам человека и отдаете предпочтение основным принципам Института Омбудсмана, нежели политическим интересам. К сожалению, несмотря на то, что прошло более 20-ти лет после того, как армяне совершили акт геноцида в Ходжалы, всемирные организации по правам человека отнеслись к этим событиям под влиянием политических интересов своих государств или же армянского лобби.

Такой подход создает атмосферу недоверия к организациям по правам человека, в свою очередь, влияет на принцип работы уполномоченных по правам человека. Лояльное отношение организаций по правам человека к оккупации Азербайджанских земель Арменией, в результате которого были совершены Ходжалинская трагедия и целый ряд актов геноцида армянами в Нагорном Карабахе доказывает вышеуказанное.
Но Ваше открытое заявление об оккупированных азербайджанских землях и Ходжалинском геноциде, ослабил статус «неприкосновенности» и лояльного отношения к армянскому лобби, которое старается извлечь выгоду от христианского фактора. Мы верим, что ваше мужественное выступление, основанное на высших правах и рассчитанное на спасение человечества, станет примером для других уполномоченных по правам человека.

Уважаемая г-жа Аурелия Григориу!

Хотелось бы проинформировать Вас о том, что руководимая мною Организация Сотрудничества Азербайджанцев и других Тюркских Народов, тесно взаимодействующая с азербайджанской и тюркской диаспорами во всем мире, делает все возможное в направлении признания Ходжалинского геноцида и справедливого решения Нагорно-Карабахского конфликта. Наша организация каждый год проводит ряд митингов в Страсбурге, который является политическим центром Европы и для признания этого геноцида проводит встречи с организациями по правам человека.
В проводимых нами многочисленных встречах, в том числе на международной конференции в связи с Нагорно-Карабахским конфликтом в Брюсселе, становится ясно, что большинство организаций, действующих в Европе или не подозревают о страшных событиях в Нагорном Карабахе, или же придерживаясь проармянской позиции избегают оценивать события с реальной точки зрения.Тем не менее, мы наблюдали, что постсоветские страны осознают эти проблемы лучше и видят, на сколько последствия могут быть тяжелыми для региона. Если взглянуть на конфликтные зоны в постсоветских странах, Нагорный Карабах в Азербайджане, Абхазия и Осетия в Грузии, а также Приднестровья в Молдове, то можно увидеть что все эти конфликты имеют схожие причины и последствия. Последствия этих конфликтов по сей день негативно влияют на взаимодействие и свободное развитие наших стран. Я полагаю, что мы должны для обеспечения территориальной целостности наших стран, восстановления прав человека в полном объеме и создания спокойной обстановки в регионе расширять наше с вами сотрудничество. Мы Вас считаем большим другом нашего народа и были бы рады в дальнейшем сотрудничать с вами.

Ильхам Исмаилов

Председатель Центра Сотрудничества Азербайджанцев и других Тюркских Народовsi v

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Gündüz: +14.. +16dumanlı yağmursuz
Axşam: +12.. +14dumanlı yağmursuz
Gecə: +12.. +14dumanlı yağmursuz
Səhər: +15.. +17dumanlı yağmursuz
Atm. təziyi: 770 мм
Rütübət: 76 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo