Axtarış: 
ATXƏM sədri İlham İsmayılov: “Türk dünyasının mənəvi bütövlüyünü əks etdirmək üçün Özbəkstan və Türkmənstanın da Şura çərçivəsində əməkdaşlığa cəlb olunması lazımdır”
+  -  Çap 
Yerləşdirilib: 20.08.13 | Baxılıb: 3064
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Avqustun 15-16-da Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III zirvə görüşü keçirildi. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov bu görüşün əhəmiyyəti ilə bağlı fikirlərini açıqlamışdır. İlham İsmayılov bu açıqlamasında Türkdilli dövlətlər arasında əlaqələrin genişlənməsinin önəmi, eləcə də, hansı sahələrdə əlaqələrin genişləndirməsinin vacib olduğuna münasibət bildirmişdir.

Türkdilli Dövlətlər arasında əlaqələrin bərpa olunması və genişlənməsi üçün müxtəlif vaxtlarda cəhdlər olunmuşdu. 2009-cu ildə Türk Dövlət başçılarının Naxçıvanda keçirilən zirvə görüşündə Türk Birliyinin qurulması üçün sistemli və uyğun bir mexanizmin yaradılmasına qərar verildi ki, Türk Dövlətləri bütün sahələrdə olan əməkdaşlıq perspektivlərini Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində həyata keçirmək üçün belə bir Şuranın yaradılmasına qərar verdilər. Türk xalqları arasında yaradılmağa çalışılan əlaqələr ölkə başçılarının siyasi iradə göstərərək, təsis etdikləri Türk Konseyi vasitəsilə tənzimləndi və artıq Türk dünyasının gələcəyi ilə bağlı strateji məsələlər bu Konsey daxilində müzakirə olunmaqla yekdil qərarlar verilməkdədir. Qəbələdə keçirilən III zirvə görüşündə də türkdilli ölkələr arasında müxtəlif sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün təşkilatın gələcək fəaliyyət perspektivləri müzakirə olundu. Bu zirvə görüşləri həm də ona görə əhəmiyyətlidir ki, bu görüşlərdə Türk Dövlətlərinin Birliyi üçün yaradılmış bütün qurumlar - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, TürkPA, TÜRKSOY, Türk Akademiyası kimi nüfuzlu qurumlar da burada yüksək səviyyədə təmsil olunurlar və gələcək fəaliyyət strategiyasının həyata keçməsində birgə iştirak edirlər. Türk Konseyinin az vaxt ərzində yaranmasına baxmayaraq, təşkilat ortaq türk tarixi, mədəniyyəti, ənənələri, mənəvi dəyərlərini əhatə etməklə türkdilli xalqların tarixi köklərini qorumaqda və təbliğ etməkdə böyük rol oynamışdır. Bilirik ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına daxil olan ölkələr – Azərbaycan, Türkiyə, Qazaxstan və Qırğızstan zəngin təbii ehtiyatlara malik olan və iqtisadi potensila malik olan ölkələrdir. Hesab edirəm ki, bu qardaş ölkələr arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi Konsey çərçivəsində əsas təməl prinsiplərdən biri olmalıdır. Təbii ki, müxtəlif sahələrdə əməkdaşlığın əhəmiyyətini azaltmadan əsas diqqət iqtisadi əlaqələrin gücləndirilməsinə, qarşılıqlı ticarətin və investisiya axınlarının artırılması, informasiya-kommunikasiya texnologiyalarından istifadə sahəsində əməkdaşlığın genişləndirilməsi, ortaq müəssisələrin yaradılması və birgə layihələrin həyata keçirilməsinə yönəlməlidir ki, məhz III zirvə görüşündə bu məsələlər Konseyin gələcək strateji hədəflərindən olaraq müzakirə olunmuş, əməkdaşlığın əsas prioritet məsələsi olaraq müəyyənləşdirilmişdir. Hesab edirəm ki, Türk dövlətləri arasında böyük iqtisadi layihələrin reallaşması, eləcə də Şura daxilində Türk dünyasının mənəvi bütövlüyünü əks etdirmək üçün Özbəkstan və Türkmənstanın da Şura çərçivəsində əməkdaşlığa cəlb olunması lazımdır. Fikrimcə, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu ölkələrlə əməkdaşlığa cəhd göstərməsi əsas prioritet məsələlərdən olmalıdır. Qəbələdə keçirilən zirvə görüşündə TürkPA, TÜRKSOY, Türk Akademiyası kimi qurumlarla yanaşı, Azərbaycanın təşəbbüsü və dəstəyi ilə Türk Mədəniyyətinə Dəstək və Türk İrsinin Qorunması Fondunun yaradılması Türk xalqlarının inteqrasiyası üçün atılmış mühüm addımlardan biri olacaqdır. Bir vaxtlar Ulu Öndər Heydər Əliyevin Türk Birliyi uğrunda başladığı bu yolun xəyal olduğunu düşünən insanlar artıq bu birliyin tam gücüylə reallaşdığını görməkdədirlər. Məhz Türk Birliyinin hər gün reallığa daha yaxın olduğunu görən və onun gələcəyinə daha nikbin yanaşan Azərbaycan prezidenti cənab İlham Əliyev Türkdili dövlətlərin gələcək əməkdaşlığında iqtisadi əlaqələrin potensial nəticələrini gördüyü üçün hesab edirəm ki, “XXI əsr türk dünyası əsri olmalıdır” fikrini söyləmişdir.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo