Axtarış: 
“Qafqaz İslam Ordusu-95”
+  -  Çap 
Yerləşdirilib: 14.09.13 | Baxılıb: 2513
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi bu mövzuda tədbir keçirdi

Sentyabrın 14-də Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) “Azərbaycan Xalq Cümhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusu - 95” mövzusunda KİV təmsilçiləri arasında yazı müsabiqəsinin yekunlarına həsr olunan tədbir keçirdi.
Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Əflatın Amaşov 1918-ci ildə Bakıda bolşevik-daşnak birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi soyqırımlara diqqət çəkərək, bu qətliamların qarşısının alınmasında Qafqaz İslam Ordusunun xidmətlərinin əvəzsiz olduğunu bildirib. Ə. Amaşov qeyd edib ki, Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusunun bir neçə aylıq gərgin mübarizəsi 15 sentyabr tarixində tarixi qələbəylə nəticələndi ki, məhz bu qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti real olaraq öz varlığını hiss etdi və Bakı əbədi olaraq Azərbaycanın paytaxtına çevrildi.
ATXƏM-in sədri İlham İsmayılov öz çıxışında bildirdi ki, rəhbərlik etdiyi təşkilat Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnak birləşmələrindən azad etdiyi – 15 sentyabrı hər il xüsusi təntənəilə qeyd edir. “Mərkəzimiz Nuru Paşanın adının əbədiləşdirilməsi ilə bağlı rəsmi qurumlara məktubla müraciət edib. Biz ötən hər ildə 15 sentyabr tarixinin daha geniş ictimai dəstək qazandığını görürük. Lakin bu tarixi günün daha böyük ictimai sferada tanıdılmasında mətbuatın xüsusi bir yeri var. Məhz bunu nəzərə alaraq, təşkilatımız bu il Azərbaycan Mətbuat Şurasına müraciət edərək, Qafqaz İslam Ordusunun 95-ci yubiley ilinin birgə keçirilməsini təklif etdi, Mətbuat Şurası bu məsələyə pozitiv yanaşaraq, bu ilki tədbirin daha da möhtəşəm keçməsinə dəstək verdi. Belə ki, Azərbaycan Mətbuat Şurası və ATXƏM 15 avqust 2013-cü ildən etibarən “Azərbaycan Xalq Cumhuriyyəti: tarixi reallıqlar və şəxsiyyətlər media müstəvisində” layihəsi çərçivəsində “Qafqaz İslam Ordusu-95” mövzusunda KİV-lər arasında yazı müsabiqəsi elan etdi. Layihənin məqsədi Bakının 1918-ci ilin sentyabrında bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdəsi Nuru Paşanın rolunun media vasitəsilə geniş ictimayyətə çatdırılması olmuşdur.
Layihə çərçivəsində elan olunan müsabiqədə Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki roluna dair KİV-lərin materiallarının daha peşəkar tərzdə təqdimatını stimullaşdırmağı, milli mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından mühüm əhəmiyyət kəsb edən mövzunu hər zaman diqqətdə saxlamağı, mövcud istiqamətdə yeni jurnalist araşdırmalarının meydana çıxmasına şərait yaratmağı nəzərdə tutmuşdur”.
Tədbirdə çıxış edən xalq şairi Nəriman Həsənzadə qeyd etdi ki, Azərbaycan xalqı 1918-ci ildə erməni-bolşevik qətliamlarından xilas olduğuna görə Nuru Paşaya mənəvi olaraq borcludur. “Biz bir xalq olaraq bu mənəvi borcu onun adının layiqli bir şəkildə əbədiləşdirilməsi ilə qaytara bilərik. İnanıram ki, bir gün Bakıda Nuru paşanın əzəmətli bir heykəli önündə onun xatirəsini yad edəcəyik”.
Tədbirə Türkiyədən qatılan İstanbul Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu, Qafqaz İslam Ordusunun əsgəri Hüseyn əfəndinin oğlu İhsan Özköseli, Türkiyəli yazar və aydın Abbas Göyce də öz çıxışlarında mövzu ətrafında geniş çıxış edərək, bildirdilər ki, Azərbaycan-Türkiyə arasındakı tarixi münasibətlər yalnız dostluq, qonşuluq münasibətləri deyil, ortaq tarix, mədəniyyət və eyni soykökə bağlılıqla bağlıdır.
“Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli Məclisin deputatı Qənirə Paşayeva,tarixçi-alim Anar İsgəndərli, BDU jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev də öz çıxışlarında Qafqaz İslam Ordusunun tarixi xidmətlərindən danışaraq, Azərbaycan xalqının taleyində xilaskarlıq missiyasını yerinə yetirmiş Nuru paşanın adının əbədləşdirilməsini vacib saydılar. T.Rüstəmxanlı tədbir iştirakçıları adından dövlət başçısı İlham Əliyevə müraciət edilməsinin zəruriliyini vurğuladı. Qafqaz İslam Ordusunun komandanı Nuru paşaya Bakıda abidə ucaldılması, ona Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi, paytaxt küçələrindən birinin Nuru paşa küçəsi adlandırılması barədə təkliflər irəli sürüldü.
Tədbirdə xalq şairi Nəriman Həsənzadənin “Nuru paşa” poemasından nümunələr səsləndirildi.Sonda MŞ və ATXƏM-in elan etdiyi yazı müsabiqədə fərqlənən jurnalistlərə mükafatlar təqdim edildi.

ATXƏM-in Mətbuat xidməti

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo