Axtarış: 
ATXƏM-lə Moldova Ombudsmanı arasında əməkdaşlıq memorandumu imzalandı
+  -  Çap 
Yerləşdirilib: 19.12.13 | Baxılıb: 4149
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Noyabrın 7-də Azərbaycan Mətbuat Şurasında Moldova Ombudsmanı Aureliya Qriqoriu ilə görüş keçirilib.

Toplantını giriş sözü ilə açan MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə moldovalı qonağı salamlayaraq bildirib ki, zaman-zaman Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində problemlər yaşanıb. Xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin təbliğinə ehtiyac duyulub: «Dünyada ikili standartların hökm sürdüyü indiki şəraitdə də bu işin daha məqsədyönlü şəkildə həyata keçirilməsinə ehtiyac vardır. Azərbaycan dövləti, eləcə də müxtəlif qeyri-hökumət təşkilatları fəaliyyətlərini məsələyə mövcud rakusdan yanaşaraq qururlar. Sevindirici haldır ki, haqq işimizi dəstəkləyənlər içərisində etibarlı dostlarımız da var. Bu gün biz onların şəxsində özünün qətiyyəti, peşəkarlığı ilə fərqlənən, Azərbaycan həqiqətlərini, Xocalı faciəsi dəhşətlərini dünyaya bəyan edən bir şəxsi - Moldova Ombudsmanı xanım Aureliya Qriqoriunu görməkdən məmnunuq. Onun Ermənistan parlamentindəki tarixi çıxışı hamımıza yaxşı məlumdur. Bu çıxış ölkəmizin ictimai rəyində, həmçinin işğalçı Ermənistanda son dərəcə böyük rezonans doğurmuşdu. Çünki xanım Qriqoriu ümumilikdə bəşəriyyət üçün vacib olan həqiqətləri qorxmadan, inamlı şəkildə dilə gətirmişdi. Mətbuat Şurasının İdarə Heyəti bütün bunları nəzərə alaraq Moldova Ombudsmanını «Həqiqətə xidmətlərinə görə» mükafatı ilə təltif etmək qərarına gəlib».

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Ombudsman Elmira Süleymanova çıxışında rəhbərlik etdiyi qurumun Moldova Ombudsmanı ilə qarşılıqlı əməkdaşlığından söz açıb. O bildirib ki, hələ 1998-ci ildən əsası qoyulan səmərəli iş birliyi müxtəlif beynəlxalq toplantılarda iştirakdan, fundamental dəyərlər olan insan hüquq və azadlıqlarının müdafiəsinə yönələn təmasların gerçəkləşdirilməsindən keçib. «Aureliya Qriqoriu həmişə özünün prinsipial mövqeyi ilə seçilib. Müxtəlif çıxışlarında ombudsmanların təkcə öz ölkələrin də deyil, ümumən dünyada insan hüquq və azadlıqlarına qiymət verməsinin vacibliyini real faktlarla əsaslandırıb. Onun Azərbaycan həqiqətlərinə yanaşma tərzi də bu mövqeyindən qaynaqlanıb. Məhz bu xüsusiyyətinə görə Azərbaycanda hamının sevimlisinə çevrilib», - deyən E.Süleymanova əlavə edib ki, A.Qriqoriunun iş prinsipi peşəkarlıq tələblərinin real insani dəyərlər müstəvisində uzlaşmasının böyük nümunələrindəndir.
Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında bildirib ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu, müxtəlif beynəlxalq təşkilatların məsələyə münasibətdə birmənalı mövqe tutmadığı bir şəraitdə A.Qriqoriunun tərəddüdsüz obyektivliyi dünya ictimaiyyətinə ünvanlanmış son dərəcə tutarlı mesajdır. O, xanım Qriqoriunun ölkəmizə növbəti səfərlərinin Azərbaycanın qədim mədəniyyət beşiyi olan Şuşa şəhərində baş tutacağına əminliyini vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin dekanı Şamil Vəliyev qeyd edib ki, mətbuat üçün həqiqətlərin qələmə alınması son dərəcə mühüm amildir. Obyektivlik hər bir peşəkar qələm sahibinin ruhundan, daxili aləmindən irəli gəlir: «Aureliya Qriqoriu Ermənistan parlamentindəki çıxışında məhz həmin həqiqəti ifadə etdi. Mövcud səbəbdən onun jurnalistlər üçün dəyəri daha böyükdür. Azərbaycan Mətbuat Şurasının «Həqiqətə xidmətlərinə görə» mükafatının ona təqdim edilməsi bütövlükdə maarifpərvər jurnalistikamızın xanım Qrioriuya ən xoş münasibətinin göstəricisidir».
«Yeni Azərbaycan» qəzetinin baş redaktoru Hikmət Babaoğlu həqiqətləri çatdırmaq bacarığını insanın malik olduğu ən böyük dəyər vahidi kimi ifadə edib. A.Qriqoriunun peşəkar fəaliyyətinə mövcud istiqamətdən qiymət verən baş redaktor eyni zamanda bildirib ki, sülhsevər, səmimi keyfiyyətlərə malik Azərbaycan xalqı onun bütövlükdə insanlıq qarşısındakı xidmətlərini böyük ruh yüksəkliyi ilə qarşılayıb. Hər bir azərbaycanlı Moldova Ombudsmanının şəxsində özünə olduqca doğma olan adamını tapıb.

MŞ İdarə Heyətinin üzvü, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) rəhbəri İlham İsmayılov qeyd edib ki, Mətbuat Şurasında baş tutan toplantı rəhbərlik etdiyi qurumla Moldova Ombudsmanı arasında əməkdaşlıq memorandumunun imzalanması baxımından da əlamətdardır. Sazişin məhz jurnalist cameəsinin, kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə imzalanması böyük ictimai mahiyyət daşıyır.
İ.İsmayılov eyni zamanda məlumat verib ki, memorandumda dünyanın müxtəlif bölgələrində Azərbaycan həqiqətlərinin təbliğini nəzərdə tutan toplantıların təşkili, prosesə qabaqcıl xarici ölkələrin ombudsman təsisatlarının cəlb edilməsinin yolları, ombudsmanın erməni lobbisi tərəfindən təzyiq və təqiblərin qarşısının alınmasında beynəlxalq və diaspora təşkilatlarının səfərbər olunması və digər prioritet hədəflər əksini tapır, geniş iş birliyinin konkret konturları açıqlanır. «Hesab edirəm ki, biz bu yolla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv reallıqların dünyaya daha optimal şəkildə çıxarılmasına nail olacağıq», - deyə o vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsi barədə dünya birliyinin daha çox məlumat almasının vacibliyindən söz açan Moldova Ombusmanı Aureliya Qriqoriu ATXƏM-lə əməkdaşlığın mövcud mənada səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib. Ermənistan parlamentindəki çıxışından sonrakı təzyiqlər mərhələsində Azərbaycan ictimaiyyətindən son dərəcə böyük dəstək gördüyünü deyən xanım Qriqoriu bildirib ki, gələcəkdə reallaşdırılacaq birgə təşəbbüslər eyni zamanda insanlığın rifahı uğrunda aparılan mübarizəyə dəstəkdir və bu səbəbdən də müqəddəsdir.
Çıxışından sonra A.Qriqoriuya Mətbuat Şurasının «Həqiqətə xidmətlərinə görə» mükafatı təqdim olunub. Moldova Ombudsmanı təltifə görə Mətbuat Şurasına, ümumilikdə Azərbaycan jurnalistlərinə təşəkkürünü bildirib.
Görüşdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvləri - «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, BDU-nun jurnalistika fakultəsinin professoru Nəsir Əhmədli, Day.az Media Şirkətinin baş direktor müavini Sevda Həmidova, həmçinin «Xalq qəzeti»nin baş redaktor müavini Tahir Aydınoğlu, «Assa irada» İnformasiya Agentliyinin baş direktoru Fazil Abbas A.Qriqoriunu Azərbaycan ictimaiyyətinə sevdirən cəhətlərdən söz açıblar. Natiqlər xanım ombusmanın fəaliyyətinin təkcə peşəkarlıq deyil, eyni zamanda həssas insanlıq nümunəsi kimi örnək səciyyə daşıdığını vurğulayıblar, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo