Axtarış: 
İlham Əliyev yenidən “Jurnalistlərin dostu” seçildi
+  -  Çap 
Yerləşdirilib: 19.12.13 | Baxılıb: 4472
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci dəfə “Jurnalistlərin dostu” seçilmişdir. Noyabrın 24-də bu münasibətlə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) sədri, Mətbuat Şurası İdarə Heyətinin üzvü İlham İsmayılov da iştirak etmişdir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bütün media işçiləri adından Prezident İlham Əliyevi ikinci dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təbrik etmişdir. Bildirmişdir ki, 1997-ci ildə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi bu mükafata 2002-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyev layiq görülmüşdür. Komitənin bu ilin sentyabrında keçirdiyi sorğuda ölkədə ictimai fikrə təsir göstərən 30 gündəlik, 15 həftəlik, 4 bölgə qəzeti, 6 jurnal, 11 informasiya agentliyi, 12 xəbər portalı, 7 telekanal, 4 radio və 11 jurnalist təşkilatının rəyləri öyrənilmişdir.

Sorğunun nəticələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 89 faiz səslə növbəti dəfə “Jurnalistlərin dostu” elan edilmişdir.

Əflatun Amaşov bildirmişdir ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində milli mətbuatın 135 illiyi yüksək səviyyədə keçirilmiş, dövlətimizin başçısının sərəncamları ilə yüzlərlə media işçisi fəxri adlara layiq görülmüşdür. Mütəmadi olaraq media işçiləri ilə görüşən Prezident İlham Əliyev jurnalistlərn sosial-məişət problemlərinin həlli istiqamətində tarixi addımlar atmış, 156 mənzilli bina jurnalistlərin ixtiyarına verilmişdir. Bu gün ölkə mediasının keyfiyyət dəyişiklikləri dövrünü yaşadığını deyən Mətbuat Şurasının sədri son illərin mühüm yeniliklərindən birinin də mediaya dövlət dəstəyinin artırılması ilə bağlı olduğunu demişdir.

Sonra Mətbuat Şurasının sədri Əflatun Amaşov “Jurnalistlərin dostu” mükafatını Prezident İlham Əliyevə təqdim etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev yenidən “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi münasibətilə təşəkkürlərini çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, ölkəmizdə azad jurnalistikanın yaradılması və inkişafı istiqamətində 1980-ci və 1990-cı illərdə xeyli iş görülüb, 1998-ci ildə ulu öndər Heydər Əliyevin xidmətləri sayəsində ölkədə senzura ləğv edilib və bu da azad mətbuatın inkişafı istiqamətində mühüm addım olub.

O vaxtdan bu günə qədər mətbuatın inkişafı ilə bağlı ölkədə önəmli qərarların qəbul olunduğunu deyən Prezident İlham Əliyev indi demokratik cəmiyyətin qurulması istiqamətində azad mətbuatın böyük rol oynadığını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, bu prosesə təkan verən mühüm amil dövlət siyasətidir və bu da Azərbaycanda vardır. Bu gün Azərbaycanın demokratik inkişaf baxımından heç bir ölkədən geri qalmadığını deyən Prezident İlham Əliyev ölkədə söz və mətbuat azadlığının təmin olunduğunu, hazırda Azərbaycanda internet istifadəçilərinin sayının 70 faizi keçdiyini, yaxın vaxtlarda bölgələrdə genişzolaqlı internet şəbəkəsinin genişləndiriləcəyini, media nümayəndələrinin məişət problemlərinin həllində Azərbaycanın öncül yerlərdə durduğunu diqqətə çatdırdı.

“Azərbaycanda dinamik inkişafı təmin etmək üçün ictimai sabitlik vacibdir. Bunu son prezident seçkilərinin nəticələri də göstərdi. Bir daha məlum oldu ki, Azərbaycan cəmiyyəti sabitdir, müstəqillik, dövlətçilik və müasirlik prinsipləri bizim üçün üstünlük təşkil edir”, - deyən Prezident İlham Əliyev bu gün ölkəmizin siyasi və iqtisadi müstəqilliyinin təmin olunduğunu, xarici siyasət sahəsində Azərbaycanın mövqelərinin möhkəmləndiyini bildirdi. “Biz xoşbəxt xalqıq ki, bu gün ölkəmiz müstəqil siyasət aparır”, - deyən dövlətimizin başçısı vurğuladı ki, güclü dövlət quruculuğu prosesində demokratik prinsiplərin təmin olunması xüsusi yer tutur və Azərbaycan rəhbərliyində demokratiyanın inkişafı ilə bağlı güclü iradə vardır.

Hazırda erməni lobbisinin ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdiyini deyən Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünyaya çatdırılmasında media nümayəndələrini daha fəal olmağa çağırdı. Bildirdi ki, Azərbaycan informasiya blokadasından çıxıb və bu sahədə mübarizə davam etdirilməlidir. Bəzi xarici dairələrin ölkəmizin uğurlu inkişafını qəbul etmək istəmədiyini, Azərbaycanın müstəqil xəttinin və bir çox məsələlərlə bağlı barışmaz mövqeyinin bəzi dairələri hərəkətə gətirdiyini və onlarda narahatlıq yaratdığını deyən dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan hər zaman bu kimi hallara tutarlı cavab verir. Çünki Azərbaycan cəmiyyəti reallıqları bilir. “Biz bütün bunlardan qorunmaq üçün daha da güclü olmalıyıq və bütün bu proseslərdə medianın rolu böyükdür”, - deyən Prezident İlham Əliyev ölkəmizlə bağlı xaricdə yayılan informasiyaların dövlət maraqlarına xidmət etməsində medianı həmrəy olmağa səslədi. Bununla yanaşı, cəmiyyətdəki problemlərin işıqlandırılmasında mətbuatın rolunu yüksək qiymətləndirən dövlətimizin başçısı media işçilərinə yenidən onu “Jurnalistlərin dostu” seçdiklərinə görə təşəkkür etdi.

Sonra Əməkdar Jurnalist, Milli Məclisin deputatı Aqil Abbas, Əməkdar Jurnalist, professor Şirməmməd Hüseynov, Mətbuat Şurasının nəzdində fəaliyyət göstərən “Ahıl” Jurnalistlər Məclisinin sədri Yusif Kərimov, “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu və “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək azad mətbuatın inkişafı ilə bağlı son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında görülən işlərdən danışmış, mətbuatın inkişafı ilə bağlı təkliflərini səsləndirmişlər.

Görüşə yekun vuran Prezident İlham Əliyev jurnalistika fakültəsinə qəbul zamanı qabiliyyət imtahanlarının verilməsi, yerli telekanallar üçün serialların çəkilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinin əbədiləşdirilməsi, ahıl jurnalistlərə dövlət dəstəyinin artırılması, qəzet satışına daha geniş imkanların yaradılması ilə bağlı səslənən təkliflərə müsbət yanaşdığını və onların reallaşdırılması istiqamətində tədbirlərin görüləcəyini bildirmişdir. Dövlətimizin başçısı cəmiyyətdə müsbət meyillərin bərqərar olması, nikbin əhval-ruhiyyənin qorunub saxlanması üçün xəbər balansının qorunması ilə bağlı öz təkliflərini vermiş, ölkəmizdə yaşlı nəslə, o cümlədən ahıl jurnalistlərə diqqət və qayğının bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkmişdir.

Müstəqillik tariximizlə bağlı əsərlərin yaradılmasına böyük ehtiyac olduğunu deyən Prezident İlham Əliyev bu mövzunun hər zaman gündəmdə saxlanmasının zəruri olduğunu demişdir.

Prezident İlham Əliyev bir daha mükafata görə minnətdarlığını bildirmiş, jurnalistlərə fəaliyyətlərində uğurlar arzulamışdır.

Sonda xatirə şəkli çəkdirilmişdir.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo