Axtarış: 
İstanbul Türkiyə Azərbaycan Dərnəyi böyük heyətlə Azərbaycana gəldi
+  -  Çap 
Yerləşdirilib: 17.09.14 | Baxılıb: 2155
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 96-cı ildönümü münasibəti ilə İstanbul Türkiyə Azərbaycan Dərnəyi (İTAD) böyük nümayəndə heyətilə sentyabrın 11-16-da Azərbaycanda rəsmi səfərdə olublar. Səfər çərçivəsində Türkiyə nümayandə heyəti Azərbaycanın bir sıra bölgələrində rəsmi görüşlər keçirib, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM), “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai birliyinin birgə təşkil etdiyi bir sıra tədbirlərə qatılıblar.

Səfər çərçivəsində qonaqlar ilk öncə Gəncə şəhərində olub, Azərbaycan- Türkiyə qardaşlığına həsr olunan ədəbi-bədii gecədə iştirak ediblər. Gecədə İstanbul-Türkiyə Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlunun rəhbərlik etdiyi 18 nəfərlik nümayəndə heyəti və Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov başda olmaqla bir qrup Kəlbəcər ziyalısı da iştirak edib. İlk öncə Kəlbəcər rayon icra Hakimiyyətinin başçısı Aqil Məmmədov qonaqları salamlayaraq tədbirin təşkilatçılarına dərin təşəkkürünü bildirib. Aqil Məmmədov qeyd edib ki, Qafqaz İslam Ordusu Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının təməlini qoyub: "Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi bizim üçün böyük tarixi və xüsusi əhəmiyyət kəsb edir. 15 sentyabrda Bakının düşmənlərdən azad edilməsinin Azərbaycanın müstəqilliyi qədər böyük tarixi əhəmiyyəti vardır. Biz inanırıq ki, Türkiyə-Azərbaycan birliyi bundan sonra daha da möhkəmlənəcək və bu münasibətlər əbədi olacaqdır. Bu gün Azərbaycan-Türkiyə dostluğu yüksələn xətlə inkişaf edir. Türkiyə Respublikasının Prezidenti cənab R.T.Ərdoğanın Azərbaycana səfəri çərçivəsində möhtərəm prezidentimiz cənab İlham Əliyevlə keçirdiyi yüksək səviyyədə görüşlər bu qardaşlıq, dostluq münasibətlərinin möhkəm təməllər üzərində qurulmasının bariz nümunəsidir".

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov isə çıxışında bildirib ki, tarix boyu ermənilər Azərbaycanlılara qarşı soyqırım siyasəti aparıb: "Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, bir milyondan artıq vətəndaşımız öz evlərindən, ata-baba yurdundan didərgin düşüb. 1993-cü ilin aprelində qardaş Türkiyə tarixi Azərbaycan torpağı olan ata yurdum Kəlbəcərin işğalının ardından Ermənistanla sərhədləri bağlayıb. Belə taleyüklü məsələdə Türkiyə və Azərbaycan dövlətlərinin ortaq mövqe ortaya qoyması Ermənistanı çıxılmaz vəziyyətə salıb. Qarabağ problemi həll olunmayana qədər sərhədlərin açılmayacağını dəfələrlə bəyan edən Türkiyə müxtəlif siyasi təzyiqlərə baxmayaraq Azərbaycanın yanında olduğunu bu gün də göstərir".

Türkiyənin Gəncəyə yeni təyin olunan Baş konsulu Orhan İşık isə çıxışında fəaliyyətinin ilk gününün belə bir möhtəşəm tədbirlə başladığını gələcək uğurlarının təməli hesab etdiyini söyləyib. O, Türkiyə-Azərbaycan qardaşlığının bundan sonra da ən yüksək səviyyədə olacağına əminliyini ifadə edib.

Daha sonra tədbirdə İstanbul-Azərbaycan Dərnəyinin sədri Səfər Karakoyunlu çıxış edib. O bildirib ki, rəhbərlik etdiyi təşkilatın əsas məqsədi Türkiyə və Azərbaycan arasında mövcud olan dostluq, qardaşlıq və həmrəylik bağlarını daha da gücləndirməkdir:
"İstanbul Türkiyə Azərbaycan Dərnəyi 2011-ci ildə “Bir millət, iki dövlət” şüarı ilə qurulub. Fəaliyyətimiz çərçivəsində Dərnəyimizin təsisçiləri, yazıçılar, sənətçilər və iş adamları ilə birgə bir həftəlik Azərbaycanda səfərdə olacağıq. Məqsədimiz Azərbaycanın tarixi yerlərini və mədəniyyət abidələrini ziyarət edərək onları Türkiyə və dünya ictimaiyyətinə tanıtmaq, Azərbaycanın Türkiyə və Dünya dövlətləri ilə olan əlaqələrinin güclənməsinə töhfə verməkdir. Azərbaycanın Dünyada əsas səslərindən biri olmaq bizim müqəddəs məqsədlərimizdən biridir".


***


Daha sonra qonaqlar sentyabrın 13-də Salyan rayonu Qaraçala qəsəbəsində ATXƏM-in təşkil etdiyi bayram tədbirinə qatılıblar. Tədbirdən öncə Qaraçala qəsəbəsindəki şəhid məzarlığı ziyarət olunub. Qaraçala qəsəbəsində Qafqaz İslam Ordusunun Azərbaycanı erməni daşnak birləşmələrindən azad olunmasının 96-cı ildönümünə həsr olunmuş bayram tədbirinə qatılan qonaqlar, Azərbaycan-Türkiyə arasında olan tarixi qardaşlıq bağlarına diqqət çəkərək, bu əlaqələrin daha sıx şəkildə inkişaf etdirilməsinə çalışacaqlarını bildiriblər.

Sentyabrın 14-də isə qonaqlar Qubada aşkar olunmuş kütləvi soyqırım məzarlığını ziyarət etmişlər. Türkiyə nümayəndə heyətinin üzvləri qeyd etmişlər ki, bu toplu məzarlıq dünyada sözdə erməni yalanlarına qarşı ən təsirli bir sübutdur və ermənilərin 2015-ci ildə hazırlaşdıqları yalançı "erməni soyqırımı"na qarşı bu təbliğat daha da gücləndirilməlidir. Bunun üçün Azərbaycan-Türkiyə diaspora təşkilatları da birgə strateji xətt yürütməli, bu toplu məzarlığın tədqiq olunmasına beynəlxalq ekspertləri cəlb etməlidirlər.


***


Daha sonra İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin üzvləri Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçiriblər. Qonaqları Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev qəbul edib.

Görüşdə Türkiyədəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. V.Hacıyev xalqlarımız arasında qardaşlıq əlaqələrinin Türkiyədəki Azərbaycan diasporunun fəaliyyətinə həlledici təsir göstərən amillərdən biri olduğunu vurğulayıb. O, bu cür səfərlərin qarşılıqlı əlaqələrin gücləndirilməsində mühüm rola malik olduğunu qeyd edib. İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin sədri S.Qaraqoyunlu isə bildirib ki, ölkələrimiz arasında qardaşlıq münasibətlərini daha da inkişaf etdirmək, Türkiyədəki soydaşlarımız arasında bağların qopmamasını təmin etmək, vaxtilə Türkiyəyə köçüb getmiş azərbaycanlıların böyüməkdə olan gənc nəslinə Azərbaycanı tanıtmaq, göstərmək, adət-ənənələrimizi yaşatmaq məqsədilə qarşılıqlı səfərlər böyük əhəmiyyət daşıyır.

Dövlət Komitəsinin Aparat rəhbəri Nəriman Qurbanov isə 2015-ci ildə bütün dünyadakı Azərbaycan diaspor təşkilatları kimi Türkiyədəki diaspor qurumlarının da üzərinizə düşən vəzifələrdən danışıb. O, bildirib ki, diaspor təşkilatlarımız gələn il ilk dəfə olaraq Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsindən faydalanaraq Azərbaycanın tanıdılması, təbliği istiqamətində aktiv fəaliyyət göstərməlidir. N.Qurbanov qondarma "erməni soyqırımı"nın ifşa olunması istiqamətində diaspor təşkilatlarının əməkdaşlığının gücləndirilməsinin vacib olduğunu deyib.

Görüşdə, həmçinin İstanbulda Azərbaycan kitabxanasının açılması təklifi irəli sürülüb və yaxın vaxtlarda belə bir kitabxananın yaradılması məsələsinə baxılacağı bildirilib.

ATXƏM-in Mətbuat xidməti

VIDEO
 
 
 
 
İctimai nəzarət saatında ATXƏM İB sədri İlham İsmayılov və Ləman Ələşrəfqızı LAFTV-də ilə müzakirə
 
Haaqada
 
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi  - 21.10.2023
 
“Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Apr.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
2930     

Gecə: +15.. +17aydn yağmursuz
Səhər: +20.. +22aydn yağmursuz
Gündüz: +22.. +24aydn yağmursuz
Axşam: +16.. +18aydn yağmursuz
Atm. təziyi: 754
Rütübət: 41 %


free counters

2024 www.atxem.az
Powered by Danneo