Axtarış: 
Macarstanda "Atilla günü" keçiriləcək
+  -  Çap 
Yerləşdirilib: 02.12.14 | Baxılıb: 2610
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycanda səfərdə olan Macar Turan Fondunun sədri Andras Biro bir sıra görüşlər keçirib. Ölkəmizə qısa müddətli səfəri çərçicəsində A.Biro Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov, Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Ümid Mirzəyev və "Birlik" jurnalının baş redaktoru İlqar İlkinlə də görüşüb.

Görüşdə 2015-ci ildə Macarstanda Macar Turan Fondu tərəfindən düzənlənəcək "Atilla günü"nə hazırlıqlarla bağlı müzakirələr aparılıb. A.Biro bildirib ki, gələn ildən başlayaraq hər il avqust ayında Macarstanda "Atilla günü" olaraq böyük bir festivalın təşkili nəzərdə tutulub. Məqsəd bütün Türk xalqları ilə əlaqələrin daha da inkişaf etdirilməsi və Avropada türk xalqlarının tarixlərinin, mədəniyyətlərinin daha yaxından tanıdılmasına nail olmaqdır.

Görüşdə Macar Turan Fondunun sədrinə Azərbaycan Mətbuat Şurası və ATXƏM adından "Türk Dünyasına üstün xidmətlərinə görə" ödül təqdim olunub.

Qeyd edək ki, Macar Turan Fondunun başlatmış olduğu Hun-Türk Qurultayları Avropada yeni bir Hun dalğasının yaranmasına səbəb olub. Hər iki ildən bir keçirilən bu Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyektlər olaraq var olan Avarlar, Başkurtlar, Çuvaşlar, Qaqauzlar, Qaraqalpaqlar, Tatarlar, Tuvalar, Yakutlar, Noğaylar, Moğollar böyük bir nümayəndə heyəti ilə təmsil olunurlar. 8-10 avqust 2014-cü il tarixində sayca V Turan Qurultayı olaraq tarixə düşən növbəti Qurultay Macarstanın Buğacı bölgəsində gerçəkləşib. Qurultayda 27 dövlətdən olmaqla böyük bir nümayəndə heyətləri ilə təmsil olunublar. Avropanın bütün bölgələrindən Qurultaya maraq göstərən ziyarətçilərin sayı isə 250 mindən çox olub.

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« İyul.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo