Axtarış: 
100 illik erməni yalanlarına qarşı vahid Türk cəbhəsi
+  -  Çap 
Yerləşdirilib: 31.01.15 | Baxılıb: 967
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Erməni lobbisinin neytrallaşdırılması, yaşadıqları ölkələrdə onların təsir imkanlarının azaldılması üçün Türk xalqlarının diaspor təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinə ehtiyac var

Ermənistan prezidenti Serj Sarkisyanın 2015-ci il, 24 apreldə uydurma “erməni soyqırımının 100 illiyi” tədbirləri münasibətilə Türkiyə Prezidentini rəsmən Ermənistana dəvət etməsi gözlənilən olmasa da, beynəlxalq aləmdə bu səfərin baş tutub-tutmaması müzakirə olunmağa başladı. Türkiyə Prezidentinin beynəlxalq təzyiq altında bu dəvəti qəbul edəcəyini istisna etməyənlər də var idi. Ermənistan uydurma “soyqırımının 100 illiyi”ndə Türkiyənin yüksək heyətlə təmsil olunmasına çalışmaqla, əslində bu “soyqırımı”nın Türkiyə tərəfindən dolayısı ilə tanınmasını təmin etmiş olardı. Bunu Ermənistan prezidentinin “Türkiyə Prezidentini rəsmən 24 aprel 2015-ci il tarixində Ermənistana və erməni soyqırımının ifadəli faktları ilə üz-üzə durmağa dəvət edirəm”, - deyərək qeyd etməsi də göstərirdi. Təbii ki, S.Sarkisyanı R.T.Ərdoğanın hələ Türkiyənin Baş naziri olarkən 24 aprel ərəfəsində bəyanatla çıxış edərək “XX əsrin əvvəlində həyatından məhrum olan” ermənilərin sonrakı nəslinə başsağlığı verməsi də ilhamlandırmışdı.

Lakin ermənilərin bu siyasi həmləsi önündə rəsmi Ankara ötən əsrin əvvəlində Osmanlı Türkiyəsində baş verən hadisələrin araşdırılıb qiymət verilməsi üçün tarixçilərdən ibarət komissiya yaratmağı təklif etməklə, sadəcə inkar etmə siyasəti ilə yetinmədi. Bu ilin yanvar ayında Azərbaycan Prezidenti İlham Əliyevlə Ankarada görüşən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanı pat vəziyyətində qoyacaq bir açıqlama ilə çıxış etdi. Türkiyə Prezidenti bütün dünya ermənilərinin uzun illər cidd-cəhdlə hazırlaşdığı 24 aprel uydurma “erməni soyqırımı”nın 100 illiyi günündə Türkiyədə Çanaqqala zəfərinin 100 illiyinin beynəlxalq səviyyədə keçirilməsinə qərar verdi. Azərbaycan Prezidenti İlham Əliyevin bu qərarı dəstəkləməsi və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə təşəkkür etməsi bir daha təsdiqlədi ki, Ermənistana qarşı yürüdülən bu siyasət iki dost-qardaş ölkənin birlik və bərabərliyinin real göstəricisidir. Üstəlik, Ermənistan prezidenti Serj Sarkisyanla yanaşı, bütün dünya liderlərinin İstanbulda keçiriləcək bu “Sülh sammiti”nə dəvət olunması məntiqlə 24 apreldə kimin yanında olacağını müəyyənləşdirmək üçün həmin dövlət başçılarını dilemma qarşısında qoymuş oldu. Dünyanın aparıcı dövlətləri Türkiyə və Azərbaycanın birgə atdığı bu addım qarşısında artıq öz seçimlərini etmək məcburiyyətində qalmaqdadır. Bir neçə gün öncə Almaniya hökumətinin 1915-ci il hadisələri ilə bağlı verdiyi bəyanat bu mənada diqqət çəkəndir. Almaniya hökumətinin bəyanatında qeyd olunur ki, 1915-ci il hadisələrinin araşdırılması ilk olaraq Türkiyə və Ermənistanın məsələsidir: “Almaniya hökuməti hadisələrin araşdırılması üçün tarixçilərdən ibarət komissiyanın qurulmasının tərəfdarıdır”. Almaniya hökumətinin bu mövqeyi Türkiyənin mövqeyi ilə üst-üstə düşür. Qeyd edək ki, neçə illərdir, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün tarixçilərdən ibarət ortaq komissiyanın yaradılması təklifi ilə çıxış etsə də, Ermənistan hökuməti Ankaranın bu təklifinə hələ də cavab verməyib. Çünki ermənilər arxivlərin açılacağı və araşdırılacağı təqdirdə heç bir soyqırımının olmadığının sübut ediləcəyi qorxusu ilə yaşayırlar.

Təbii ki, erməni lobbisi və diaspor təşkilatları özləri tərəfindən uydurulmuş “erməni soyqırımı”ndan əsla vaz keçməyəcəklər. Uzun illərdir hazırlaşdıqları “soyqırımı”nın 100 illiyində ABŞ, Fransa, Rusiya və dünyanın digər ölkələrindəki erməni lobbisi vasitəsilə Türkiyəyə təzyiqləri daha da artıracaqlar. Batmaqda olan və regionda bütün transmilli layihələrdən kənarda qalmış Ermənistanın bu bataqlıqdan çıxmaq üçün yeganə ümidi uydurma “soyqırımı”n tanıdılmasıdır. Məqsədləri də tam aydındır. Ermənilər dünyanın aparıcı ölkələrinin siyasi təzyiqlərindən istifadə edərək, Türkiyəni əvvəlcə məcburi qaydada sərhədlərin açılmasına və uydurma “soyqırımı”nı tanımağa məcbur etmək, daha sonra isə “soyqırımı qurbanları”nın törəmələrinə maddi təzminat tələb etmək və Türkiyəyə qarşı yeni ərazi iddiaları irəli sürmək istəyir.

Göründüyü kimi, erməni lobbisinin və diaspor təşkilatlarının Türkiyəyə qarşı hazırlamış olduğu 4T (təbliğat, tanınma, təzminat, torpaq) planı uzun illərdir ki, fəaliyyət göstərməkdədir. Təbii ki, erməni lobbisinin təzyiq mexanizmlərini işə salmaları üçün ən təsiredici ölkə ABŞ-dır. Hər il 24 apreldə bütün gözlər məhz bu ölkəyə dikilərək, ABŞ prezidentinin “soyqırımı” ifadəsini işlədəcəyinə yönəlməkdədir. Amma unutmamalıyıq ki, kimliyindən asılı olmayaraq, istənilən ABŞ prezidenti “erməni məsələsi”ndə ABŞ Konqresinin 1975, 1984, 2006 və 2010-cu illərdə qəbul etdiyi qətnamələrə dayanaraq, erməni xalqına hər il müraciət edir. Belə ki, hələ 1975-ci il 24 aprel tarixində ABŞ-da “Genosid qurbanları olmuş erməni əsilli ABŞ vətəndaşlarının anım günü” elan edilib. Erməni lobbisi də ABŞ prezidentlərindən hər il məhz bu qətnamələrə uyğun olaraq, əsrin əvvəllərində Osmanlıda baş verdiyini iddia etdikləri hadisələri “böyük faciə” yox, məhz “soyqırımı” adlandırmağı tələb edir.

Faktdır ki, Ermənistanın var olması, dünyanın bir çox dövlətləri tərəfindən dəstək alması, hətta maliyyələşməsi erməni lobbisinin və diaspor təşkilatlarının hesabına mümkün olub. Onların neytrallaşdırılması, yaşadıqları ölkələrdə təsir imkanlarının azaldılması üçün Türk xalqlarının diaspor təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinə də ehtiyac var. Doğrudur, son illər Azərbaycan və Türkiyə diaspora təşkilatlarının ümummilli məsələlərdə birlik nümayiş etdirdiklərinə də rast gəlmək mümkündür. Lakin bütün bunları yetərli saymaq olmaz. Erməni lobbisinin dünyada uydurma “soyqırımı”nın 100 illiyinə hazırlaşdıqları məqamda diaspor təşkilatlarımız daha sıx birləşməli və birgə mübarizə aparmalıdırlar. Ancaq bu birləşmə modeli nədən ibarət olmalıdır, onlar hansı istiqamətdə birgə mübarizə aparmalıdırlar? Hesab edirəm ki, ortaya konkret bu məsələ qoyulmalıdır.

Bunun üçün ilk növbədə beynəlxalq hüquq səviyyəsində Ermənistanın işğalçılıq faktını təsdiqləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin dörd qətnaməsinin icra edilməsi və ya onun daim gündəmdə saxlanması üçün birgə fəaliyyətimiz olmalıdır.

Qondarma “erməni soyqırımı” iddialarının qarşısına tutarlı bir fakt qoyulmalıdır ki, bu da ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı faktları ola bilər. Biz bununla ermənilərin soyqırımına məruz qalan deyil, məhz soyqırımı törədən bir xalq olduğunu dünyaya göstərməliyik. Qondarma dediyimiz “erməni soyqırımı”nın uydurma olduğunu tarixi mənbələr ifşa edir. Tarixi mənbələrdə bu qondarma “soyqırımı” iddiasını təsdiqləyən hər hansı bir dəlil yoxdur. Məhz bunu nəzərə alaraq biz önəmli addım kimi tarixi mənbələrin açılmasını vacib hesab edərək, Ermənistanı öz arxivlərini beynəlxalq araşdırmaçılar üçün açmağa məcbur etməliyik. Əslində, Türkiyə dövləti hər zaman tarixi mənbələrin, arxivlərin açılmasına tərəfdar olduğunu bəyan edir. Biz də vətəndaş cəmiyyəti institutları, diaspor təşkilatları olaraq tarixi arxivlərin açılması təşəbbüsünü reallaşdırmaq üçün ermənilərin üzərinə getməliyik. Təbii ki, ermənilər və Ermənistan dövləti “soyqırımı” iddiasının uydurma olduğunun üzə çıxacağından ehtiyatlanaraq, hər zaman bu məsələdən yayınır və yayınmağa da davam edəcəkdir. Biz Türk xalqlarının diaspor təşkilatları olaraq, beynəlxalq miqyasda fəaliyyətimizi daha da aktivləşdirib tarixi arxivlərin açılmasına çalışmalıyıq. Nəhayət, Azərbaycan və Türk diaspor təşkilatlarının daim birgə fəaliyyət göstərməsi zərurət olmalıdır. Məlum olduğu kimi, iki ay əvvəl Türkiyədə yenidən Ermənistanla sərhədlərin açılması ilə bağlı yeni təşəbbüslər ortaya çıxdı və bununla bağlı geniş bir konfrans da keçirildi. Türkiyə ilə Ermənistan arasındakı sərhədin açılmasına çalışan qüvvələr daim hərəkətdədirlər. Bütün diaspor təşkilatları hər zaman Türkiyəyə sərhədin bağlanmasına səbəb olan üç əsas amili (Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, Türkiyəyə qarşı ərazi iddialarından və uydurma “soyqırımı” yalanlarından vaz keçməlidir) xatırlatmalıdır. Bu günə qədər Ermənistan həmin üç əsas səbəbi nəinki aradan qaldırmayıb, hətta o istiqamətə doğru yaxınlaşmaq belə istəməyib. Həmin səbəblər aradan qaldırılmayana qədər Ermənistanla sərhədin açılması məsələsi gündəmə gəlməməlidir. Azərbaycan və Türk diasporlarının birliyi yalnız tədbirlərdə səslənən şüarlarla olmamalıdır. Eyni zamanda, əməli işdə də birliyimizi tam formalaşdırmalıyıq.

İlham İsmayılov,

Azərbaycanlıların və digər
Türkdilli Xalqların Əməkdaşlıq
Mərkəzinin sədri

"Yeni Azərbaycan" qəzeti, 31.01.2015

VIDEO
Cənubi Koreyada
 
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib
 
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin nümayəndə heyəti ATXƏM Ictimai Birliyinin qonağı oldular
 
“Bakıda Nuru Paşaya abidə qoyulmasını ölkə başçısından xahiş etmişik”
 
ATXƏM Salyanda Ramazan bayramı münasibətilə tədbir keçirdi
 
ƏFLATUN AMAŞOV-60
 
Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevə həsr olunmuş film təqdim olundu
 
Belçikadakı Türk qeyri-hökumət təşkilatları XOCALI Soyqırımını qınayaraq, dəstək verdilər
 
 Digər xəbərlər

Axtarış
 


Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.

Hazara Türkleri'nin Geçmişi ve Bugünü

Prof. Dr. Mehmet Toplu

Hoca Ahmet Yesevi Uluslararası Türk Kazak Üniversitesi; Doç. Dr. Gazi Üniversitesi İletişim Fakültesi


Hazara Türkleri'nin çoğunluğunun yaşadığı ülke olan Afganistan İslam Cumhuriyeti, Orta Asya’da yer alan ve denizi kıyısı olmayan bir ülkedir. Doğu ve güneyde Pakistan batıda İran, Kuzeyde Türkmenistan, Özbekistan ve Tacikistan, doğuda da ufak bir sınırla Çin ile komşudur. Toplam 652.864 km² lik coğrafi alana sahip olan ülkede, 2014 nüfus verilerine göre 31,822,848 kişi yaşamaktadır. Ülkede yaşayan her 1000 kişiden 23,06'sı mülteci statüsündedir. (Afganistan, 2016). Halkın %99'u Müslüman'dır. Bunların %80'i Sünni ve %19'u Şii'dir. %1'i ise diğer dinlere mensuptur.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gecə: +12.. +14dəyişkən buludlu yağmursuz
Səhər: +16.. +18buludlu yağmursuz
Gündüz: +17.. +19dəyişkən buludlu yağmursuz
Axşam: +15.. +17buludlu yağmursuz
Atm. təziyi: 763 ìì
Rütübət: 71 %


free counters

© 2017 www.atxem.az
Powered by Danneo