Axtarış: 
Türk araşdırmaçı-yazarın kitabı təqdim olundu
+  -  Çap 
Yerləşdirilib: 13.05.15 | Baxılıb: 2314
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan Mətbuat Şurasında Türkiyəli araşdırmaçı-yazar Selman Akın "Hasret mektubları" kitabının təqdimatı keçirilib. Kitabda 1918-ci ildə Azərbaycanın xilasına gəlmiş Qafqaz İslam Ordusunun keçdiyi ağır yol, göstərdiyi şücaət sənədlərlə təqdim olunub.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tədbiri açaraq bildirib ki, bu kitab real həyat hekayələrindən ibarət olduğundan o dövrün gerçəkliklərini göstərmək baxımından olduqca əhəmiyyətlidir: "Kitab Qafqaz İslam Ordusunun tərkibində Azərbaycana gəlmiş və müharibədən sonra taleyinə qürbətdə ömür sürmək yazılmış bir türk əsgərinin xatirələrini canlandırır. Bu xatirələr əsasında biz o dövrün gerçəkliklərini daha yaxından izləyə bilirik. Əslində kitabdakı hekayələr bu bir nəfər əsgərin həyatını anlatsada, biz bu döyüşçünün çəkdiyi acıların timsalında həm də xalqımızın üzləşdiyi o ağır tarixi dövrləri yaxından izləyə bilirik.Kitab bu baxımdan o dövrün araşdırmaçıları üçün də olduqca əvəzsiz bir tarixi mənbə rolunu oynayır".

Azərbaycanlıların və Digər Türk Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov çıxışında bildirib ki, 1918-ci ildə Nuru Paşanın komandanlığı altında Azərbaycana gələn Qafqaz İslam Ordusunun tarixi missiyasını, əvəzsiz xidmətlərini anladan bilgilər olsa da, bu tarixi gerçəkliklər geniş ictimayyətə hələ tam olaraq çatdırılmayıb: "Doğrudur, bir çox araşdırmaçılar o dövrün reallıqlarını konkret faktlarla göstərən araşdırmalar aparıblar. Selman Akın "Hasret mektubları" da bunlardan biri, eyni zamanda həmin dövrün reallıqlarına işıq tutan əsərdir. Bu cür əsərlərin yazılması, araşdırmaların aparılması Azərbaycan-Türkiyə münasibətlərinin daha inkişaf etdirilməsində, ortaq türk tarixinin öyrənilməsində də əvəzsiz rola malikdir".

Azərbaycan Mətbuat Şurasının sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu, MŞ İdarə Heyətinin üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev, MŞ-nın icraçı katibi Rəhim Hüseynzadə çıxışlarında əsərin oxucular üçün layiqli bir töhfə olduğunu vurğulayıblar.

Araşdırmaçı-yazar Selman Akın "Hasret məktubları"na göstərilmiş diqqət üçün Mətbuat Şurasına təşəkkürünü bildirib: "Bu kitabı yazmaq üçün uzun illərdir ki, Azərbaycan və Türkiyədə araşdırmalar aparmışam. Sizin mənə verdiyiniz bu dəstək, göstərmiş olduğunuz etimad məndə əminlik yaradır ki, mən bu araşdırmalarımı aparmaqda davam etməliyəm. O dövrün hələ işıq üzü görməyən, tarixdə gizli qalan çoxlu sənədlər mövcuddur. Bundan sonrakı fəaliyyətimdə onla üzərində araşdırmalarımı davam etdirəcəyəm".

Tədbirin sonunda Azərbaycan Mətbuat Şurası və ATXƏM adından araşdırmaçı yazara Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında göstərmiş olduğu xidmətlərə və "Hasret mektubları" kitabına görə diplom təqdim olunub.

VIDEO
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr çoxşaxəli tarixi, mədəni və siyasi əsaslara malikdir - 17.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Dek.2025»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Gündüz: +5.. +7dumanlı yağmursuz
Axşam: +4.. +6dumanlı yağmursuz
Gecə: +2.. +4dumanlı yağmursuz
Səhər: +4.. +6dumanlı yağmursuz
Atm. təziyi: 766 μμ
Rütübət: 78 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo