Axtarış: 
Kıprıs adasında Türklərin gələcəyi
+  -  Çap 
Yerləşdirilib: 28.07.15 | Baxılıb: 659
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Son on ildə Quzey Kıprıs Türk Cumhuriyyətinə iki dəfə getmək şansım olsa da, bu tarixi səfərin gerçəkləşməsinə hər dəfə bir əngəl çıxırdı.

Dünyada yalnız Türkiyənin rəsmi dövlət kimi tanıdığı və "Yavru Vətən" olaraq əzizlədiyi ada türk cumhuriyyətinin Bakı təmsilçisi sayın Səadətdin Topukçunun səfər dəvətini tərəddüdsüz və məmnuniyyətlə qəbul etdim. Bu bir gerçəkdir ki, uluslararası müstəvidə belə bir cumhuriyyətin varlığı gözardına alınsa da, hər bir türk kimliyi daşıyan insan üçün Quzey Kıprıs Türk Cumhuriyyəti (QKTC) bir vətən olaraq görülməkdədir. Dediyimiz kimi yalnız qardaş Türkiyə tərəfindən tanınan, bu gənc ada dövlətinin coğrafi və strateji yerləşimi nə qədər cazib görünsə də, uzun illərdir tətbiq olunan embarqo və təcrid politikası ilə üz-üzə qalması təbii ki, adadakı türkləri pərişan etməkdə, gənc dövləti iqtisadi durumundan maneələrlə üz-üzə qoymaqdadır. Məhz bu səbəbdən bütün türksoylu ölkə və topluluqların rəsmi qurumları QKTC ilə aralarına bəlli bir məsafə qoysalar belə, ən azından bölgənin inkişafı üçün həmin ölkələrin vətəndaşları turizm marşrutlarını seçərkən, nəinki bu qardaş ölkəni tərcih etməkdən çəkinməməli, hətta bu turizm marşurutu təşviq olunmalıdır.

Bu ilin aprel ayının 26-da Quzey Kıprıs Türk Cumhuriyyəti yeni cumhurbaşqanı Mustafa Akınçını seçməklə həm də yeni bir siyasi dönəmin başladığını, xarici siyasətdə fərqli bir yol xəritəsinin izlənəcəyini mesaj verirdi. Seçkilərin həmən ardından cumhurbaşqanı Mustafa Akınçının xarici siyasət kursuna dair ilk açıqlamaları məhz bu tanınmamış ada türk dövlətinin qarantiyaçısı ( – tək rəsmi "nəfəsliy"i rolunu oynayan) Türkiyə ilə bağlı oldu. Həm də bir az siyasi böhrana səbəb olan və sanki Türkiyəyə ittiham tavırları ilə... Əslində, yeni cumhurbaşqanı Mustafa Akınçı "Biz daima “yavru vətən” olaraq qalaqmı, böyüməyəkmi?" sualını verməklə həm də Türkiyənin bütün seçkilərdən sonra gələnəksəl olaraq ilk səfərini bu adaya gerçəkləşdirən Türkiyə rəsmilərinə yeni bir mesaj verirdi. Cumhurbaşqanı Mustafa Akınçı Türkiyə- Azərbaycan ilişkilərində ana xətti təşkil edən "Bir millət, iki dövlət!" prinsipinin Türkiyə-QKTC ilişkilərində də oturuşmasını daha məqbul görürdü.

Görünən odur ki, Kıprıs adasında türk və yunan toplumu arasında barış politikasını xarici siyasətdə əsas götürən yeni hökumət Türkiyənin adanın türk idarəçiliyinə öz vilayətlərindən biri kimi qəbullanmaqla barışmaqdansa, bərabərhüquqlu dövlət münasibətlərinin irəliləməsinin tərəfdarıdırlar. Hər halda xarici media nümayəndələri ilə görüşündə xarici işlər naziri Eminə xanım Çolak da bu məsələni dilə gətirərək, sətiraltı da olsa adada rum kəsiminin və uluslararası təşkilatların basqıları olduğu halda, əlavə basqının olmasını arzulamadıqlarını ifadə etməklə yeni xarici siyasətin konturlarını cızmış oldu. Əslində Kıprıs adasında hər iki toplum arasında barışın sağlanması üçün uzun illərdir bir çox addımlar atılıb. Adada bütün şərtlər Kıprıs türklərinin lehinə olmasa da, bütün zamanlarda onlar barış və birgəyaşamın tərəfdarı olublar. De-fakto Kıprıs quzey və güney olmaqla iki yerə bölünsə də, de-yure adanın hakimi rolunu yunan Kıprısını təmsil edən, BMT və bütün uluslararası aləm tərəfindən tanınan, adanın üçdə iki hissəsinə nəzarət edən “Kıprıs Cumhuriyyəti” – Kıprıs Rum kəsimidir. Təbii ki, heç bir embarqo tətbiq edilməyən, iqtisadi baxımdan rahat bir şəkildə varlığını sürdürən Kıprıs yunanlarından fərqli olaraq, yalnız Türkiyə tərəfindən tanınan və iqtisadi baxımdan sadəcə bu ölkədən yardım ala bilən Kıprıs türkləri barışın və birgəyaşamın hər zaman tərəfdarı kimi çıxış ediblər. Hətta bir neçə dəfə barışın sağlanmasının bir addımlığında da olublar. Ciddi şəkildə adanın birləşdirilməsi ilə bağlı çalışma 2004-cü ildə "Annan planı" olaraq tarixə düşən və hər iki tərəfdə keçirilmiş referendumla ortaya çıxdı. Lakin yunan tərəfi Kıprıs türklərinin barış və birlik içərisində yaşama istəklərinə qarşılıq olaraq, rədd cavabı verərək, türklərin onlara uzatmış olduğu barış əlini geri çevirdi... Sonrakı sürəc göstərdi ki, adanın yunan tərəfi barışa yox desə də, ümidlər tam olaraq ölmədi, birgəyaşamı dəstəkləyən qüvvələr sürəcin davam etdirilməsinə yenidən səy göstərdilər.

2007-ci ilin mart ayında adada tərəflər arasında sınır rolunu oynayan və BMT-nin nəzarətində olan "yaşıl xətt" üzərindəki ( - 32 il ərzində yunan və türkləri ayıran paytaxt Lefkoşadakı) Lokmaçı sınırı yıxıldı. 2008-ci ildə türk və yunan tərəfi rəsmilərinin də qatıldığı bir tədbirlə sınır qapısının açılışı belə gerçəkləşdirildi... ancaq yenə də gözlənilən sonuc hasil olmadı və hələ də adada barışdan danışmaq çox erkəndir. Bəs bu gün nə baş verir ki, Kıprıs türklərinin yeni seçilmiş dövlət başçısı və hökuməti bu barışın əldə olunacağına böyük ümid bəsləyir?

Quzey Kıprıs Türk Cumhuriyyətinin xarici işlər naziri Eminə xanım Çolak keçmişə görə bu gün müzakirələrin davam etdirilməsi üçün daha yaxşı bir ortamın olduğunu və yeni bir atmos¬ferin yarandığı ilə yorumladı. Xanım nazir əminliklə bildirir ki, artıq hər iki tərəfin toplumu bu barış dönəminə hazırdır və bu adanın üzərində onlar öz gələcəklərini birgə inşa etmək istəyirlər. Doğrudur, bu gün adanın türk lideri Mustafa Akınçının və yunan lideri Nikos Anastasiadsın birgə tədbirlərə qatılması xalqa bir barış mesajının işartıları kimi görünməkdədir. Bu addım həm də təbii ki, hər iki tərəf üçün güvənli bir ortamın sağlanmasına hesablanmış addımdır. Lakin türk tərəfinin adada güvənli bir ortam yaratmaq istəyinə, hətta bu ortamı yaratsa belə yunan tərəfinin bu ortama uyacağına şübhələr qalmaqdadır... Çünki adada yunanlardan çox öz rahatlığını istəyən və tarixən bu adaya qarşı müəyyən iddiaları olan, adanı müəyyən dönəmlərdə müstəmləkədə saxlayan bir ingilis varlığı da mövcuddur. Təbii ki, 3500 əsgəri heyətlə adada varlığını sürdürən Birləşmiş Krallıq QKTC-də qarantiyaçı rolunu oynayan 30 minlik Türk əsgərinin var olmasından rahatsızdır. Üstəlik, ingilislərin adaya heç bir aidiyyatı olmadığı halda özlərinin burada var olmasına haqq qazandırarkən, Türk ordusunun qarantiyaçı rolunu görməzdən gələrək, Türkiyənin bu bölgəni işğal etdiyini düşünməkdədirlər. Bu baxış isə yalnız Birləşmiş Krallığın Yüksək Komissarlıq ofisi deyil, həm də Quzey Kıprısda fəaliyyət göstərən Avstraliya Yüksək Komissarlığı Quzey Kıprıs ofisi, Almaniya səfirliyi informasiya ofisi, Kıprıs Fransız Dərnəyi və ABŞ səfirliyinin Quzey ofisinin yanaşmasıdır...

Cumhurbaşqanı Mustafa Akınçı xarici media təmsilçiləri üçün keçirdiyi brifinqdə Kıprıs probleminin həlli ilə bağlı bu rahatsızlıqları dolayı yolla da olsa yorumlamağa çalışdı. Cənab Akınçı hər iki tərəfin gələcəkdə qura biləcəyi Birləşmiş Kıprıs Fedarasiyasında ordu olma¬yacağını, bölgəyə sadəcə federal polis qüvvələrinin nəzarət edə biləcəyini qeyd etməklə, barış üçün qarşı tərəfin və uluslararası güclərin təlaşını bir az yumşaltmaq istədi. Cumhurbaşqanı Akınçı həm də adada barış üçün bu dönəmimin artıq bir son çağrı olduğunu, bir daha belə bir tarixi fürsət şansının olmayacağını özəlliklə vurğuladı. Çünki, Kıprıs türkləri artıq problemin həll olunması üçün apardıqları təktərəfli mücadilədən yorulub, uzun illərdir barış üçün apardıqları mücadilədə dəfələrlə xəyal qırıqlığına uğrayıblar. M.Akınçı Birləşmiş Kıprıs Fedarasiyasında türklərin durumunu yorumlayarkən qeyd edir ki, adada olan türk toplumu gələcəkdə yenidən təhlükəyə girməsin deyə, uluslararası məhkəmələrə düşəcək bir müqaviləni əsla imzala¬ma¬yacaqlar. "İnsan haqlarına qarşı olan heç bir anlaşma istəmirik. İstənilən anlaşma Avropa Birliyi prinsipləri çərçivəsində və insan haqları prinsiplərinə uyğun olmalıdır. Bizim istədiyimiz anlaşmaya görə hər bir bölgə xalqı öz idarəçiliyini özü həyata keçirəcək, hər bir tərəf öz bölgəsində çoxunluğu təmsil edəcək. Bu prinsiplərin gələcəkdə qalıcı olmasını istəyirik, Avropa Birliyi prinsiplərinə görə hər iki tərəf arasında balansın qorunmasını istəyirik". – Bu fikirlərdə əslində Kıpıs türklərinin uluslararası güclərdən dolayı barış üçün tərəddüdlərini sezmək mümkündür...

Təbii ki, Kıprıs probleminin həllində hər iki toplumun fikirləri əsas kimi götürülsə də, qarantiyaçı dövlətlər olan Türkiyə və Yunanstanın uzlaşması da əsas şərtdir. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan cənablarının QKTC-nin 41-ci Barış və Müstəqillik Bayramına qatılması bu anlamda diqqətçəkən məsələlərdən oldu. Mustafa Akınçının cumhurbaşqanı seçildikdən sonra Türkiyə cumhurbaşqanı ilə arasında olan müəyyən fikir ayrılıqlarının olması, R.T.Ərdoğanın adaya səfərini və səfərin sonuclarını daha fərqli göstərirdi. 1974-cü ildə Kıprıs adasına "Ayişə tətilə çıxa bilər!" parolu ilə girən türk ordusu 41 il sonra bu adada təxminən "Ayişə, tətil bitmişdir!" qavramlı bir atmosferdə qarşılanmaqda idi. İlgiçəkici olan məqam da əslində Türkiyə cumhurbaşqanının bu yanaşmaya sərgilədiyi tavrı, onun bütün dünyaya verəcəyi mesaja bağlı idi. Türkiyə Cumhurbaşqanı əsgəri bir törənlə "Tək millət! Tək bayraq! Tək Vətən!" deməklə adadakı Türk varlığının hər şeyin üzərində olduğunu, heç bir embarqonun türk kimliyini əzə bilməyəcəyini qürurla bir daha ifadə etdi. Kıprıs türklərinin bu şüarlara hərarətli münasibəti isə adada türk varlığını heç bir embarqo və təcrid siyasətinin əzə bilməyəcəyinə ən yaxşı cavab oldu..!

Xoşca qal, Kıprıs!

Abşeron yarmadasından Kıprıs adasına mərhabalarla,

İlqar İlkin
"Birlik" jurnalının baş redaktoru
Bakı-İstanbul-Lefkoşa-İstanbul-Bakı

"Olaylar.az", 28.07.2015

VIDEO
Cənubi Koreyada
 
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib
 
İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin nümayəndə heyəti ATXƏM Ictimai Birliyinin qonağı oldular
 
“Bakıda Nuru Paşaya abidə qoyulmasını ölkə başçısından xahiş etmişik”
 
ATXƏM Salyanda Ramazan bayramı münasibətilə tədbir keçirdi
 
ƏFLATUN AMAŞOV-60
 
Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevə həsr olunmuş film təqdim olundu
 
Belçikadakı Türk qeyri-hökumət təşkilatları XOCALI Soyqırımını qınayaraq, dəstək verdilər
 
 Digər xəbərlər

Axtarış
 


Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.

Hazara Türkleri'nin Geçmişi ve Bugünü

Prof. Dr. Mehmet Toplu

Hoca Ahmet Yesevi Uluslararası Türk Kazak Üniversitesi; Doç. Dr. Gazi Üniversitesi İletişim Fakültesi


Hazara Türkleri'nin çoğunluğunun yaşadığı ülke olan Afganistan İslam Cumhuriyeti, Orta Asya’da yer alan ve denizi kıyısı olmayan bir ülkedir. Doğu ve güneyde Pakistan batıda İran, Kuzeyde Türkmenistan, Özbekistan ve Tacikistan, doğuda da ufak bir sınırla Çin ile komşudur. Toplam 652.864 km² lik coğrafi alana sahip olan ülkede, 2014 nüfus verilerine göre 31,822,848 kişi yaşamaktadır. Ülkede yaşayan her 1000 kişiden 23,06'sı mülteci statüsündedir. (Afganistan, 2016). Halkın %99'u Müslüman'dır. Bunların %80'i Sünni ve %19'u Şii'dir. %1'i ise diğer dinlere mensuptur.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2017
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Gecə: +13.. +15dəyişkən buludlu yağmursuz
Səhər: +16.. +18dəyişkən buludlu yağmursuz
Gündüz: +15.. +17aydn yağmursuz
Axşam: +12.. +14dəyişkən buludlu yağmursuz
Atm. təziyi: 763 ìì
Rütübət: 78 %


free counters

© 2017 www.atxem.az
Powered by Danneo