Axtarış: 
«Qafqaz İslam Ordusu - 97» mövzusunda konfrans keçirilib
+  -  Çap 
Yerləşdirilib: 15.09.15 | Baxılıb: 2223
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Sentyabrın 14-də Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM), Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun birgə təşkilatçılığı ilə «Qafqaz İslam Ordusu - 97» mövzusunda konfrans keçirilib.

Konfransı giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq bildirib ki, Bakının daşnaq-bolşevik birləşmələrindən azad olunmasının il dönümlərinin qeyd edilməsi xoş ənənəyə çevrilib. 97 il öncə sentyabrın 15-də baş vermiş hadisənin Azərbaycan tarixindəki rolundan söz açan MŞ sədri onun gerçəkləşməsinin bütövlükdə türk dünyası üçün böyük əhəmiyyət daşıdığını əsaslandırıb. O qeyd edib ki, Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu bu gün müstəqil dövlət kimi varlığını sürdürən Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan qəhrəmanlıq salnaməsidir. «Hesab edirəm ki, hər iki ölkənin ictimai institutları, o cümlədən media qurumları məsələyə daha ciddi önəm verməlidirlər. Mətbuat Şurasının, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin və Milli QHT Forumunun birgə tədbiri də məhz bu önəmdən qaynaqlanır», - deyə MŞ sədri vurğulayıb.

ATXƏM sədri, MŞ İdarə Heyətinin üzvü İlham İsmayılov Bakının bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və onun görkəmli sərkərdəsi Nuru paşanın rolunun media vasitəsilə geniş ictimayyətə çatdırılmasının vacibliyindən söz açıb. O bildirib ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli-mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyır. Buna görə də mövzu hər zaman diqqətdə saxlanılmalıdır.

Millli QHT Forumunun rəhbəri Rauf Zeyni istər 15 sentyabr tarixinin, istərsə də ona aparan yolun bir ibrət səhnəsinə şahidlik etdiyini dilə gətirib. Bu səhnənin ortaq türk mənafelərini rəhbər tutduğunu vurğulayan R.Zeyni belə önəmli hadisələrin bütövlükdə türk dünyasına çatdırılması istiqamətində işlərin aparılmasının zəririliyini vurğulayıb.

"Azər-Türk" Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında Qafqaz İslam Ordusunun missiyasının bir sıra kütləvi informasiya vasitələrində bilərəkdən təhrif olunmasından narahatlığını ifadə edib. «Bu ordunun mübarizəsi bizim qurtuluşumuz olub. Ona görə də onun tarixi ciddi şəkildə araşdırılmalıdır. Təəssüf ki, Qafqazda rus mövqeyini möhkəmləndirmək istəyənlər var. Belələrinin fəaliyyəti təəssüf doğurur. Hesab edirəm ki, Azərbaycan ictimaiyyəti, o cümlədən mediası məsələyə həssas yanaşmalıdır. Qafqaz İslam Ordusu işğalçı bir ordu deyildi. Gənclərimizin bunu məhz belə qəbul etməsi lazımdır», - deyə T.Rüstəmxanlı fikrinə aydınlıq gətirib.

Türk Dünyası Araşdırmalar Vəkfinin təmsilçisi Gökmən Kılıcoğlu Bakının daşnaq-bolşevik birləşmələrindən azad olunmasında müstəsna xidmətləri olan Ənvər paşa ilə bağlı Türkiyə cəmiyyətində formalaşmış baxışların mübahisəli olduğuna diqqət çəkib. Ancaq natiq əlavə edib ki, belə yanaşmalar heç bir halda Ənvər paşanın tarixi xidmətlərini kölgələmək üçün əsaslar vermir.

Milli QHT Forumunun elmi mərkəzinin rəhbəri Nüşabə Məmmədli Qafqaz İslam Ordusunun xidmətlərinin müxtəlif aspektlərindən ətraflı bəhs edib. Ötən əsrin əvvəllərindən beynəlxalq siyasi həyatın xüsusiyyətlərindən söz açan N.Məmmədli Qafqaz İslam Ordusunun yerinə yetirdiyi missiyanın cəmiyyətdə təbliğinə ehtiyacın duyulduğunu vurğulayıb.

MŞ İdarə Heyətinin üzvü, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı Qafqaz İslam Ordusunun fəaliyyətinin Azərbaycan və Türkiyənin müştərək hərb tarixinin şanlı səhifəsi kimi dəyərləndirib. 97 illik tarixin bir sıra maraqlı məqamlarına diqqət çəkən baş redaktorun böyük mütəfəkkir Əli bəy Hüseynzadənin Qafqaz İslam Ordusu barədə söylədikləri fikirləri səsləndirməsi maraqla qarşılanıb.

Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, «Paralel» qəzetinin baş redaktoru Tapdıq Abbas, «Türküstan» qəzetinin baş redaktoru Aqil Camal, Türkiyə Universitetləri Məzunları İctimai Birliyinin sədri Çingiz Bayramov və başqaları Qafqaz İslam Ordusunun tarixdəki rolu, hazırkı dövrdə ona münasibətlə bağlı müxtəlif məqamlardan söz açıblar.

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gündüz: +9.. +11buludlu yağmursuz
Axşam: +5.. +7dumanlı yağmursuz
Gecə: +4.. +6dumanlı yağmursuz
Səhər: +5.. +7aydn yağmursuz
Atm. təziyi: 764 ìì
Rütübət: 90 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo