Axtarış: 
Qubada V Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix konfransı keçirildi
+  -  Çap 
Yerləşdirilib: 20.12.15 | Baxılıb: 3024
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycanlıların və digər Türk Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Türkiyə Gastreonteroloji Vakfının (TGV) birgə təşkilatçılığı, Quba rayon İcra Hakimiyyəti, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə dekabrın 18-19-da Quba rayonunda "V Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı" keçirilib.

Konfransdan əvvəl Quba rayon İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədov Türkiyəli qonaqlarla görüşüb, bu cür tədbirlərin regionlarda keçirilməsinin əhəmiyyətindən danışıb. Qonaqlara Azərbaycanda tibb sahəsinin inkişafı istiqamətində aparılan işlər, yeni tikilən və əsaslı təmir olunan tibb müəssisələri barədə ətraflı məlumat verilib. Çıxış edənlər iki qardaş ölkə həkimlərinin birgə əməkdaşlığının əhəmiyyətindən danışıblar.

Sonra Qubadakı Heydər Əliyev Mərkəzində keçirilən konfransa Türkiyədən gəlmiş 40-a yaxın alim və həkimlərlə yanaşı, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarından olan həkimlər də qatılıb.

Konfransın açılışında iştirak edən Quba rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidov, ATXƏM-in sədri İlham İsmayılov, TİKA-nın Azərbaycandakı proqram koordinatoru Mustafa Haşim Polat, TGV başkanı prof.dr. Ali Özden və Milli QHT Forumunun prezidenti Rauf Zeyni tədbirin əhəmiyyətindən danışaraq, iki ölkə həkimləri arasında bu cür təcrübə mübadiləsinin vacibliyini vurğuladılar.

Daha sonra Konfrans zamanı Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Xızı rayonlarından olan tibb işçiləri Türkiyənin Ankara, İstanbul, İzmir və başqa şəhərlərindən gələn alim-uzman həkimlərlə gastreonteloji, ağciyər, böyrək xəstəlikləri və digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Konfrans çərçivəsində iştirakçılar şimal bölgəsinin bir sıra xəstəxana və tibb müəssisələrində olub, burada çalışan həkimlərlə təcrübə mübadiləsi aparıblar.

"V Azərbaycan-Türkiyə Beynəlxalq Akademik Tibb və Tarix Konfransı"nın Azərbaycanın şimal bölgəsində keçirilməsi region həkimlərinin gastreonteloji, ağciyər, böyrək xəstəlikləri və s. məsələlərlə bağlı Türkiyənin Ankara, İstanbul, İzmir və s. şəhərlərindən gəlmiş alim-uzman həkimlərlə təcrübə mübadiləsi aparmaları üçün şans yaratmaqla bərabər, gələn nüfuzlu qonaqların Respublikamızın inkişafı, bölgələrdə aparılan abadlıq-quruculuq işləri, Qubada aşkarlanmış kütləvi soyqırım məzarlığının tanıdılması baxımından da əhəmiyyətli olmuşdur.

Belə ki, konfrans iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini və ərazidəki kütləvi məzarlığı da ziyarət ediblər. Onlara ermənilərin ötən əsrin əvvəllərində törətdikləri soyqırımı haqqında ətraflı məlumat verilib.

Diqqətə çatdırılıb ki, Qubadakı kütləvi məzarlıq 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları kütləvi məzarlıqda geniş tədqiqat işləri aparıblar. Tədqiqatlar zamanı müəyyən olunub ki, məzarlıqda erməni cəlladlarının 1918-ci ildə yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımının qurbanları basdırılıb.


Konfrans iştirakçılarına məlumat verilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışı 2013-cü il sentyabrın 18-də olub. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, habelə o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar nümayiş etdirilir. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ötən əsrdə respublikamızın müxtəlif bölgələrində ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı aktları barədə bir neçə dildə məlumat yer alıb.

Konfransın ikinci oturumu Türk dünyası üçün vacib olan tarixi hadisələrə həsr olunub. Prof.dr. Güllü Yoloğlu "Türk dilinin dünəni, bu günü və sabahı", Tarixçı Elxan Məmmədov isə "Quba soyqırımı - 1918" mövzusunda məruzə ilə çıxış ediblər.

Qeyd edək ki, ATXƏM-lə TGV daha öncə 2008-ci ildə Gəncə və Bakı şəhərlərində, 2010-cu ildə Naxçıvanda, 2014-cü ildə isə Qarabağ bölgəsində Azərbaycan-Türkiyə Akademik Tibb və Tarix mövzusunda beynəlxalq konfrans həyata keçirmişdir.

ATXƏM-in Mətbuat xidməti

VIDEO
Azərbaycan türk coğrafiyasında etibarlı tərəfdaş və regional aktor kimi çıxış edir - 05.01.2026
 
  Kərkükün türk dünyası məkanına daha sıx inteqrasiyasını təmin etmək zəruridir - 12.12.2025
 
 Kərkükdə Füzuli Mədəniyyət Mərkəzində
 
ATXƏM sədri İlham İsmayılov və Şəmistan Əlizamanlı Kərkükdə Buğday Xatun Türbəsini və digər müqəddəs yerləri ziyarət etmişlər - 09.12.2025
 
İraq Türkman Tayfaları və Görkəmliləri Məclisi - 09.12.2025
 
Iraqda silsilə tədbirlər keçirilmişdir  - 08.12.2025
 
Forum Türk dünyasının vətəndaş cəmiyyətləri arasında inteqrasiyanı gücləndirəcək - 24.11.2025
 
Xalq şairi Vahid Əzizin 80 yaşı tamam olur - 23.11.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Yan.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Gecə: +7.. +9dumanlı yağmursuz
Səhər: +6.. +8dumanlı yağmursuz
Gündüz: +6.. +8dumanlı yağmursuz
Axşam: +5.. +7dumanlı yağmursuz
Atm. təziyi: 757 μμ
Rütübət: 80 %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo