Axtarış: 
İlham İsmayılov: “Əslində sərhədləri açmağa çalışanlar Türkiyəni kürəyindən vurmaq istəyənlərdir”
+  -  Çap 
Yerləşdirilib: 23.02.16 | Baxılıb: 1857
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Türkiyənin İzmir şəhərində Azərbaycan, Türkiyə və Gürcüstanın Qeyri-Hökumət Təşkilatlarının iştirakı ilə yaradılan İşğala, Terrora və Əsassız İddialara qarşı Beynəlxalq Forumunun ikinci toplantısı keçirilib.

Tədbir iştirakçıları Mustafa Kamal Atatürkün abidəsini ziyarət edərək çələng qoyublar, Türkiyə Cümhuriyyətinin yaradıcısını rəhmətlə anıblar.

Forum iştirakçıları daha sonra İsmet İnönü Mədəniyyət Mərkəzində bir araya gəliblər. İctimaiyyət nümayəndələrinin də qatıldığı toplantıda çıxış edən İzmir İğdırlılar Dərnəyinin başqanı Gürsel Özdemir Forumun əsas məqsədlərindən danışıb: “Bu təşkilatın ana mərkəzi Bakıdır. Qapımız açıqdır, hər kəs bu təşkilata üzv ola bilər. Forumun yaradılması Qarabağla bağlıdır. Biz bir yola çıxdıq, bu yolun adı Qarabağdır. Çünki Qarabağ işğal altındadır və işğaldan azad olunub Azərbaycan dövlətinə verilməlidir! Bizim amalımız budur. İkincisi də biz Xocalı soyqırımını dünyaya çatdırmalıyıq. Qarabağ Azərbaycan dövlətinə qaytarılana qədər yolumuza davam edəcəyik”.

QAT sədri Akif Nağı çıxışında xatırladıb ki, dünya Türkiyədə törədilən terroru sükutla qarşılayıb, sərt mövqe bildirməyib: “Ona görə də biz böyük bir Türk toplumu olaraq özümüz özümüzdə güc tapmalı, düşmənlərimizin cavabını verməliyik”.

A.Nağı tədbirdə Qarabağın işğalının gerçək səbəbkarını nişan verib: “Bizim QAT olaraq mövqeyimiz budur ki, Dağlıq Qarabağ məsələsi Rusiya tərəfindən yaradılıb, ondan Azərbaycana, hətta Türkiyəyə qarşı istifadə olunur. Bu gün Azərbaycan haqq savaşında Türkiyəyə arxalanır. Əminik ki, ən kritik məqamlarda Türkiyə həmişəki kimi Azərbaycanın arxasında dayanacaq. Biz bunu Türkiyədən gözləyirik. Amma bu gün Türkiyə hələ düşünür. Düzdür, dəstək var, ölkə rəhbərliyi dəfələrlə bildirib ki, Azərbaycanın dərdi, kədəri bizim dərdimizdir. Artıq bu kimi mövqelərdən qurtarmaq lazımdır. Bu sözlər çox deyilib. Türkiyə artıq “Azərbaycanın savaşı bizm savaşımızdır” deməlidir. Bu söz ortada olarsa, yəni Rusiya bilsə ki, Türkiyə Azərbaycanın arxasındadır, o halda heç Azərbaycanın üzərinə gəlməyə cəsarət etməz”.

QAT sədri onu da bildirib ki, Rusiya-Türkiyə qarşıdrumasında qələbə Türkiyənin olacaq: “Gün gələcək regionun taleyini Türkiyə həll edəcək. Necə ki, ötən əsrin ortalarında Türkiyə öz mövqeyini ortaya qoydu və Qars müqaviləsi ilə hər kəs hesablaşdı. Bu gün də Türkiyə ortaya mövqe qoymalıdır”.

Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev Gürcüstanda yarım milyon türkün yaşadığını dedi və dəstəyini ifadə etdi: “Türk millətinin birliyi üçün hər zaman öz sözümüzü deməyə hazırıq. Gürcüstanin da öz problemləri var, sovet vaxtı Rusiya Gürcüstanın ərazilərini - Abxaziya və Osetiyanı işğal edib. Gürcüstanın da 20 faiz torpağı işğal olunub, ölkənin 350 min qaçqını var. Ukraynada, Moldovada da ərazilər işğal olunub. Ona görə də gərək biz hamımız səsimizi qaldıraq. Ermənistandan 350 min Azərbaycan türkü öz torpağından qaçqın düşüb. Bütün bunların planı Kremldə hazırlanıb. Bu, həm də xristian dünyasının türklüyə qarşı oyunlarıdır”. Ə.Babayev Türkiyədəki terror hadisələrini, Suriya, İraq türkmənlərinə qarşı qətliamları ürək ağrısı ilə qarşıladıqlarını söyləyib: “Türkiyə Gürcüstandan ötrü ən yaxın ölkədir. Gürcüstanın inkişafında birinci yerdə dayanır. Bilin ki, biz harda bir türk var, onu müdafiə edəcəyik. Türk millətinin birliyi var olsun!”

ASEMDAR-ın başqanı Göksəl Gülbəy Forumun məram və məqsədləri barədə danışıb: “Bu gün Türk dünyasının hər tərəfində qətliamlar var. Biz bu qətliamlarla bağlı səsimizi dünyaya çatdıra bilmirik. Suriyada, Şərqi Türküstanda, Bosniyada, Qarabağda, Suriyada, İraqda, Bolqarıstanda törədilən qətliamları dünyaya yaya bilmədik. Düzdür, dərnəklər olaraq açıqlamalar yaydıq, kiminin bayrağınmı, kiminin rəsmini yandırdıq. Amma səsimizi 15-20, ya 100 nəfərlik aksiyalarla yaymağa çalışdıq. Səsimiz daha ucadan yaymalıyıq. Bizim hədəfimiz 7 türk cümhuriyyəti deyil. Hədəfimiz dünyanın bütün türklər yaşayan insanarlını bir araya gətirib onları bu təşkilata üzv etməkdir”. G.Gülbəy bildirib ki, bundan sonra bütün olaylara operativ reaksiyalar olacaq: “Gürcüstanda Əli bəy, Bolqarıstanda Levent bəy, Azərbaycnada Akif bəy, Tatarıstanda Sərraf bəy bu işə məsul oldular. Hansısa olay oldusa, həmin vaxtda əlaqə yaradacağıq, baş verənlərlə bağlı etirazımızı yayacağıq. Bizim dünyanın 100 bölgəsində eyni vaxtda səsimiz çıxacaq. Mətbuatın biri yazmasa da, digəri yazacaq”.

G.Gülbəy ardınca türk düşmənlərindən bəhs edib: “Avropanın harasına gedirsəndə, get, türk pasportu görən kimi qatil kimi qəbul edəcəklər. Bu gün erməniləri “aziz” elan ediblər, yəni xristianların şəhidi. Baxın, ermənilər uşaqlarını necə yetişdirirlər? Erməni uşağına 5 lirə verir, deyir “bala, 2 lirəsini geri qaytar, onu diasporaya verəcəyəm”. Bunu ona görə edirlər ki, uşaq soruşsun “diasporaya niyə para veririk”. O da uşağa diasporanın türklərə qarşı savaşdığı barədə danışır. Beləcə, erməni uşaq ömrü boyu diasporaya para verməyə adət edir. Təəssüf ki, bizim uşaqlarımız nə Qarabağı tanıyır, nə digərlərini”.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) başqanı İlham İsmayılov toplantı işçilərini salamlayıb və könüllü şəkildə bu təşkilata dəstək verənlərə minnətdarlığını bildirib: “Mənim babalarım 1953-cü ildə Ermənistandan sürgün edilib. O zaman bir çox insanlar sürgün edilb. Biz ermənilərlə qonşuyuq və tarix boyu onlar tərəfindən şər-böhtana məruz qalmışıq, bundan sonra da belə davam edəcəklər. Yeganə çıxış yolu türkün birliyindədir”. İ.İsmayılov Türkiyə-Ermənistan sərhədlərinin açılması layihəsini xatırlatdı: “İllər öncə Sürix protokolu imzalanmışdı, əgər mətbuatın, xalqın etirazı olmasaydı, Ermənistanla sərhədlər açılacaqdı. Sonradan məlum oldu ki, əslində sərhədləri açmağa çalışanlar Türkiyəni kürəyindən vurmaq istəyənlərdir”. Təşkilat rəhbəri Rusiya təhdidlərindən də danışdı: “Əgər təyyarə olayı olmasaydı, siz də Rusiyanın kim olduğunu anlamayacaqdınız. Biz Qarabağ döyüşündə 20 mindən artıq şəhid verdik. Bu gün də şəhid veririk, ancaq Atatürk demişkən, biz ölməyəcəyik. İnşallah, bu inam bizi qələbəyə qədər aparacaq”.

Xocalı sakini Cavid Əliyev isə deyib ki, türkün düşməni təkcə erməni işğalçıları yox, onların arxasındakı Rusiyadır: “Bizim ata-babalarımız qədim türk torpaqları olan indiki Ermənistan ərazisindən didərgin düşüb Xocalıya gəlmişdi, 1992-ci ildə də Azərbaycanın içindən Azərbaycanın başqa yerinə köç etməli olduq. Bu toplantılarda bizim hamımızın sözü bir olmalıdır. Ermənilər ona görə Dağlıq Qarabağın erməni icmasını yaradıb ki, beynəlxalq arenaya çıxsınlar, həmsədrlərlə görüşürlər. Biz də öz təbliğatımızı aparmalıyıq”.

C.Əliyev Xocalı dəhşətlərindən danışıb: “Ermənilər tarix boyu türkə qarşı hər cür vəhşilik ediblər. Mən o dəhşətlərin şahidiyəm. Xocalıdan çıxandan sonra da mən könüllü şəkildə döyüşmüşəm, bu gün də foruma həm döyüşçü, həm də şəhid ailəsi kimi qatılmışam. Hər birimiz eyni mövqedən çıxış etməliyik. Belə olarsa, qələbə bizimlə olacaq”.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +8.. +10dəyişkən buludlu yağmursuz
Səhər: +12.. +14aydn yağmursuz
Gündüz: +14.. +16buludlu yağmursuz
Axşam: +12.. +14buludlu yağmursuz
Atm. təziyi: 770
Rütübət: 60 %


free counters

2024 www.atxem.az
Powered by Danneo