Axtarış: 
Salyanda möhtəşəm Türkçülük günü
+  -  Çap 
Yerləşdirilib: 03.05.16 | Baxılıb: 2060
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı ilə Salyan rayonunda “3 May Türkçülük günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rəsmi dövlət nümayəndələri, bir sıra qeyri-hökumət təşkilatlarının numayəndələri, elm adamları, ziyalılar iştirak ediblər.Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini, Türk dünyasının böyük fikir adamı Əli bəy Hüseynzadənin və İstiqlal şairi Xəlil Rza Uluturkün abidələrini ziyarət etmiş, bu dahi şəxsiyyətlərin xatirəsini ehtiramla yad etmişlər. Sonra Salyan rayonunda Türk şəhidliyini və Qaraçala qəsəbəsində Şəhidlər Xiyabanını ziyarət edən tədbir iştirakçıları Qaraçala qəsəbəsində təşkil olunmuş tədbirə qatılıblar.

Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov qeyd edib ki, “Türkçülük günü” bütün Türk dünyasında hər il may ayının 3-də təntənə ilə qeyd olunur. Türk fikir adamı Hüseyn Nihal Adsızın Turançılıq iddiası ilə məhkəmə çəkişməsindən başlayan böyük anım və özünə dönüş günü kimi tarixə çevrilib: "Bu bayram tədbirlərinin ATXƏM tərəfindən ölkəmizdə də keçirilməsi artıq bir ənənə halına çevrilib. Hər dövrdə olduğu kimi bu gün də türklüyümüz, milli dəyərlərimiz daha çox təbliğ edilməli və gənclərin yad düşüncələrin təsirinə məruz qalmasına imkan verilməməlidir. İndi ən vacib məsələ şərqdən-qərbə kimi uzanan böyük türk millətinin ortaq dəyərləri mənimsənilməli və bunlar hər bir türk xalqı arasında ictimailəşdirilməlidir. İlham İsmayılov qeyd edib ki, Türk xalqları ilə əməkdaşlıq məsələləri günü-gündən daha da inkişaf edir və Azərbaycan artıq bu əlaqələrin qurulmasında aparıcı bir mövqeyə sahibdir. “Azərbaycan artıq Türkçülüyün inteqrasiyası istiqamətində ən fəal ölkələrdən biridir. Biz dövlətimizin gələcəyi, inkişafı, millətimizin isə milli birliyinin daha da gücləndirilməsi üçün bütün gücümüzlə mübarizə aparırıq. Azərbaycan türk milliyətçiliyi millətimizin özünü müdafiə instinkti, milli birliyimizin və ədalətin simvolu, Azərbaycan xalqının sülh və əmin-amanlıq şəraitində yaşamasının zəmanətidir. Vaxtilə Nihal Atsız deyirdi ki, bizdən qoparılanları geri almaq ədalətin yenidən bərpası deməkdir. Odur ki, bir millət fədailəri olaraq biz də çalışırıq ki, bir millət olaraq bizdən qoparılmış torpaqların geri qaytarılmasına nail olaq, bu istiqamətdə bütün səylərimizi səfərbər edək”.

Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin xaricdə yaşayan azərbaycanlılarla iş sektorunun müdiri Qafar Əliyev son vaxtlar türk dünyasının birlik və bərabərliyi istiqamətində görülən işlərdən danışıb: “İstər 2006-cı ilin sentyabrında Antalyada keçirilən türkdilli dövlətlərin və topluluqların X dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı, istərsə də 2007-ci ilin dekabrında Bakıda keçirilmiş türkdilli dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı türk dövlətləri arasında birliyin və qarşılıqlı anlaşmanın əldə olunmasına təkan verdi. Məhz bu qurultaylarda əldə edilən qərarların nəticəsi olaraq 2009-cu ildə Türkdilli Ölkələrin Parlament Assambleyasının 1-ci sammitinin Bakıda keçirilməsi və baş katibliyinin Bakıda yerləşməsi, daha sonra 2009-cu ilin oktyabr ayında türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilmiş IX zirvə görüşü türk dövlətlərinin birliyi istiqamətində mühüm addım oldu. Məhz bu zirvə görüşündə əldə olunan razılıq əsasında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradıldı və Qazaxıstanda 2011-ci ildə birinci zirvə görüşü keçirildi. Bütün bunlar türk birliyi yönündə atılmış addımların nə qədər sistemli xarakter aldığını sübut etməkdədir. Biz bu tarixi toplantılara nəzər salsaq görərik ki, Naxçıvanda keçirilən IX zirvə toplantısı öz vacib məqamları ilə daha çox diqqət çəkməkdədir. Bu tarixi günün əhəmiyyəti nəzərə alınaraq, 2010-cu il sentyabrın 16-da İstanbulda Türksoylu ölkələrin dövlət başçılarının sammitində qəbul edilmiş qərara uyğun olaraq 3 oktyabr tarixi rəsmi olaraq Türkdilli Ölkələrin Əməkdaşlıq Günü elan olunmuşdu. Artıq 3 oktyabr tarixi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədə məhz Türkdilli Ölkələrin Əməkdaşlıq Günü kimi qeyd olunur”. Prezident Administrasiyasının rəsmisi bildirib ki, bu gün Azərbaycan və Türkiyə dost və qardaş ölkə kimi bütün səviyyələrdə bir-birinə dəstək durur, eyni mövqedən çıxış edir.

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, son on il ərzində Türk dünyasının birlik və bərabərliyi istiqamətində olduqca mühüm tədbirlər həyata keçirilib. "Biz artıq bir neçə ildir ki, ATXƏM-in “3 may Türkçülük günü”ü ilə bağlı keçirdiyi tədbirlərə qatılırıq. Hesab edirəm ki, bu günün anlamını dərk edərək, türk düşüncə tərzinin kommunizmə dirəniş göstərdiyi bir tarix olduğunu unutmamalıyıq. Məhz həmin tarixi Türk xalqlarının milli kimliyini qəsdə yönəlmiş kommunizmə qarşı qələbəmiz kimi qeyd etməliyik. Çünki bu tarixi həm də türk varlığının qorunması, özünüdərki, milli mücadiləsi kimi dəyərləndirmək olar”.


Milli QHT Forumunun prezidenti Rauf Zeyni, şair Oqtay Rza, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı, Avrasya Mətbuat Fondunun sədri Umud Mirzəyev, DGTYB-nin sədri Əkbər Qoşalı və başqaları da çıxışlarında 3 may-Türkçülük Gününün əhəmiyyətindən danışıb, ATXƏM-in bu istiqamətdəki fəaliyyətini təqdir ediblər. Natiqlər həmçinin bəşəriyyətin tarixi inkişafında böyük rolu olan türk xalqlarının birlik və qardaşlığının möhkəmləndirilməsindən, məhz bu birliyin xalqımızın gələcək inkişafına güclü təkan verə biləcəyindən ətraflı danışıblar.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo