Axtarış: 
“Türkdilli ölkələr Azərbaycan üçün bunu edərsə, Qarabağı...”
+  -  Çap 
Yerləşdirilib: 04.05.16 | Baxılıb: 1851
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılovun Publika.az-a müsahibəsi:

- Ötən gün – 3 may türkçülük günü qeyd olundu. Ancaq Azərbaycan cəmiyyətində bu günün rəsmiləşməsi ilə bağlı müxtəlif təkliflər səslənir. Bu məsələ ilə bağlı sizin fikirləriniz nədən ibarətdir?

- İlk növbədə Azərbaycan üçün türkçülüyün nə demək olduğundan danışım. Bu günün tarixinə nəzər salaq. 1944-cü ildə bir qrup ziyalı Türkiyədə geniş yayılmağa başlayan kommunizm ideyalarına qarşı çıxaraq, cəmiyyətə səs sala bilib. Həmin vaxtı Türkiyədəki ziyalılar əsas gətirirdilər ki, kommunizm ideologiyası türkçülüyün məhvinə yönəlib və bu zərərli ideyaları Türkiyə sərhədlərinə buraxmaq olmaz. Bundan sonra həmin ziyalıların bu fəaliyyəti böyük hərəkata çevrildi və cəmiyyət tərəfindən çox müsbət qarşılandı. Bu hadisə türkçülük tarixində ən böyük hərəkatlardan biri idi. Türkçülük günü ilk dəfə 3 may 1944-cü ildə Türkiyədəki Topxana hərbi həbsxanasında məhkum olan Nihal Atsız, Zeki Velidi Togan, Nejdet Sançar, Alpaslan Türkeş və Reha Oğuz Türkkan başda olmaqla 10 nəfər tərəfindən qeyd olunur.

Həmin günün indiyədək Türkiyədə çox geniş şəkildə qeyd olunması onu göstərir ki, bu, milli ideologiyanın və özünüdərkin daim aktual olması dövlətin və milli birliyin güclənməsi üçün çox vacib əhəmiyyət daşıyır.

Bu baxımdan Azərbaycanda da milli ideologiya, Azərbaycançılıq, türkçülük və özünüdərk ideyaları daim yaşadılmalıdır. Bu ideyalar özünü müdafiə, dövlətin və millətin qoruması instinktidir.

Yeri gəlmişkən, bu ilin aprel ayının əvvəllərində cəbhə xəttində gedən hərbi əməliyyatlarda Azərbaycan Ordusunun düşmən üzərində böyük uğur qazanması zamanı gənclərimizin “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə ayağa qalxması məhz türkçülükdən, Türkiyədən gələn ənənədir. Vaxtilə türkçülük və milli ideologiya ilə bağlı bir çox təşkilatlar tərəfindən həyata keçirilən təbliğat işi cəbhədə baş verən aprel əməliyyatları zaman Azərbaycan gəncliyinə müsbət mənada sirayət edib. Bu gün sosial şəbəkələr imkan verir ki, Azərbaycan gəncləri ölkəmizin haqq səsini və mübarizəsini dünyanın hər yerinə çatdıra bilsin.

Hesab edirəm ki, milli birlik, türkçülük və Azərbaycançılıq deyəndə də məhz bu ideyaları, yəni, özünüdərk, özünümüdafiə, özünə və digər millətlərə hörmət, ədalətli mübarizə və sairə başa düşməliyik.

- Azərbaycan və Türkiyənin dövlət rəhbərləri arasında mövcud olan yüksək səviyyəli münasibətlər bu gün işğalçı Ermənistan tərəfindən böyük narahatlıqla qarşılanır. Bu, həmçinin, Azərbaycan-Türkiyə qardaşlığı son vaxtlar “güclü erməni lobbisi” mifini də darmadağın etdi...

- Bilirsiniz, bu ilin mart ayında Ankarada yerləşən “Qızılay” meydanı yaxınlığında baş verən terror aktına görə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri növbəti dəfə təxirə düşdü. Ancaq Ankara terrorundan dərhal sonra cənab Prezident İlham Əliyev Ankaraya səfər edərək, qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirdi. Əslində, bu səfər Türkiyə və türk dünyası üçün böyük jest idi. Cənab Prezidenti belə bir jesti birinci dəfə deyil ki edir. Yadınıza gəlirsə, 2015-ci il aprelin 24-də cənab Prezident İlham Əliyev Praqada “Şərq tərəfdaşlığı” proqramının 5 illiyinə həsr olunan sammitdə də Türkiyənin əleyhinə çıxış edən Ermənistan rəhbərinə “Türkiyə burada yoxdur, mən burdayam” deyə cavab vermişdi. Bütün bunlar bizim Türkiyə ilə güclü və sarsılmaz qardaşlığımızın nümayişi idi.

Eyni zamanda bu nümayiş Azərbaycan və Türkiyə cəmiyyətinə müsbət mesaj idi. Şəxsən mən ictimai təşkilat rəhbəri kimi cənab Prezidentin bu addımını məhz belə qəbul edirəm. Çünki Prezident İlham Əliyev hələ 10 il öncə deyirdi ki, artıq biz hücuma keçməliyik. Hesab edirəm ki, Azərbaycanın ideoloji hücum taktikası məhz həmin vaxtdan başlamışdı.

Daha öncə də ulu öndər Heydər Əliyev demişdi ki, “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”. Hazırda bu sözlər Azərbaycan və Türkiyə xalqlarının əsas şüarına və devizinə çevrilib.

- Türkiyə və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli münasibətlərin digər türkdilli dövlətlərlə qurulmasına nə mane olur?

- Düşünürəm ki, Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq və strateji dostluq münasibətləri digər türkdilli dövlət üçün nümunə olmalıdır. Yəni, bu gün Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Türk PA mövcuddur və onların zirvə toplantıları keçirilir. Ancaq bu fəaliyyət formal olmamalı və kağız üzərində qalmamalıdır. Bu gün Türkiyə və Azərbaycan arasında mövcud olan münasibətlər digər türkdilli dövlətlər üçün də nümunə olmalıdır.

Bu yaxınlarda Türkiyədən səfərdən qayıtmışam. Burada ayrı-ayrı təşkilat rəhbərləri və nümayəndələri ilə görüşlər keçirdim. Həmin görüşlər zamanı da bir daha şahid oldum ki, Türkiyədə bu gün hər kəs Azərbaycanın yanındadır.

Eyni zamanda cənab Prezident İlham Əliyevin Türkiyəyə son səfəri də xalqın, millətin, bütün Türkiyə cəmiyyətinin yanında olması kimi qəbul edilir. Bütün bunlar isə digər türkdilli dövlətlər üçün nümunə sayılacaq hərəkətdir.

- Bu ilin aprel ayının əvvəllərində Azərbaycan bir çox dövlətlərdən, o cümlədən qardaş Türkiyədən lazımı dəstəyi gördü. Bəs gələcəkdə digər türkdilli dövlətlərdən də Azərbaycanı qane edəcək səviyyədə dəstək görə bilərikmi?

- Əslində, hazırda Azərbaycan Ordusunun gücü kifayət qədər böyükdür. Ermənistan ordusu isə Azərbaycan Silahlı Qüvvələrinin qarşısında çox acizdir. Bu gün Ermənistanın dünyada müsbət imici qalmayıb, indiyədək danışdığı yalanlara dünya artıq inanmır.

Son aprel əməliyyatları zamanı da gördük ki, Ermənistanın arxasında dayanan “dövlətlər” bu dəfə neytrallıq nümayiş etdirdi. Ona görə də Qarabağda genişmiqyaslı hərbi əməliyyatlar başladığı təqdirdə, Ermənistan dünya dövlətlərindən lazımı dəstək alacağını düşünmürəm.

Digər tərəfdən isə təbii ki, biz bütün türkdilli dövlətlərin Azərbaycana Türkiyə kimi açıq dəstək verməsini çox istərdik. Ancaq düşünürəm ki, bu da dünyada qütbləşmə kimi qəbul edilər. İndiki gündə türkdilli dövlətlərin Azərbaycana ən böyük yaxşılığı böyük dövlətləri neytrallaşdırmaq olardı. Yəni, heç kəs bu münaqişənin həllinə qarışmasın və Azərbaycan özü öz problemini həll etsin.

Ancaq Qazaxıstan, Türkmənistan, Özbəkistan, digər türkdilli, habelə müsəlman dövlətlərin də Türkiyə və Pakistan kimi Azərbaycana açıq dəstəyindən məmnun olardıq. Bu dəstək açıq olarsa, Ermənistana himayədarlıq edən “dövlətləri” də ən azı ehtiyatla davranmağa məcbur olarlar.

Onu da qeyd edim ki, Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan dövlətlərinin cəmiyyətləri Azərbaycana açıq dəstək verməyə tam razıdırlar. Ancaq siyasi rəhbərliklərin buna nə qədər əməl edəcəyini dəqiqliklə söyləmək olmaz. Ümumiyyətlə, bu dövlətlərin içərisində Qazaxıstanın mövqeyi Türkiyə kimi birmənalıdır. Fikrimcə, Qazaxıstan münaqişənin ədalətli həllində Rusiyanın rolunu artıra bilər.

Vasif Həsənli

VIDEO
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
Xeyirxah tənha qalmaz... - 15.07.2024
 
 El bir olsa,zərbi kərən sındırar. Atalar sözü. - 14.07.2024
 
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Okt.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Gündüz: +21.. +23buludlu yağmursuz
Axşam: +18.. +20dumanlı yağmursuz
Gecə: +17.. +19dumanlı yağmursuz
Səhər: +20.. +22dumanlı yağmursuz
Atm. təziyi: 760
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo