Axtarış: 
“Mənim arzuma Murad çatdı” – Aprel savaşının qəhrəmanı haqqında bilmədiklərimiz
+  -  Çap 
Yerləşdirilib: 24.05.16 | Baxılıb: 2097
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Xəbər verdiyimiz kimi, Azərbaycan Mətbuat Şurası, Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə birgə “Milli Ordumuzun aprel sınağı: vətənpərvərliyin Qarabağ vəhdəti və yeni qəhrəmanlıq salnaməsi” mövzusunda kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında yazı müsabiqəsi elan edib.

Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov Publika.az-a geniş müsahibəsində “dördgünlük müharibə”də qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin zabiti, polkovnik-leytenant, qohumu, Milli Qəhrəman Murad Mirzəyev haqqında danışıb.

- İlham müəllim, mümkünsə, bu müsabiqə haqqında ətraflı məlumat verərdiniz...

- Müsabiqənin keçirilməsinin təşəbbüskarı və təşkilatçısı ATXƏM, dəstəkləyən isə Azərbaycan Mətbuat Şurasıdır. Çünki bu sahədə Mətbuat Şurasının böyük təcrübəsi var. Müsabiqəyə təqdim olunan yazılara peşəkar qiymət veriləcək.

Müsabiqədə əsasən “aprel müharibəsi” və yüksək hazırlıqlı peşəkar zabit və əsgərlərin xidməti, “aprel müharibəsi”nin Milli Qəhramanları Murad Mirzəyev, Samit İmanov və Şükür Həmidovun həyat və döyüş yolu, “aprel müharibəsi”nin beynəlxalq ictimai rəydə təzahürü, “aprel müharibəsi”nin Azərbaycan cəmiyyətində doğurduğu ab-hava, “aprel müharibəsi” və Qarabağ münaqişəsinin həlli ilə bağlı perspektivlər və sairə mövzuları əhatə edən yazılara üstünlük veriləcək. Biz istəyirik ki, “aprel müharibəsi” zamanı şəhid olan Milli Qəhrəmanlarımızın həyatı və döyüş yolu geniş işıqlandırılsın.

Ötən həftə rəhmətlik Murad Mirzəyevin qırx mərasimində mən də iştirak edirdim. Orada tez-tez deyirdilər ki, rəhmətlik filan yerlərdən filan fərqlənmə diplomu alıb və sairə. Əslində, “alıb” bir kəlmə sözdür. Həmin adları necə, hansı zəhmətlərlə alıb, qarşısına hansı məqsədləri qoyub, bax bütün bunları dərk etmək lazımdır. Çox istərdim ki, bu müsabiqədə hərbi sahədə yazan jurnalistlər də fəal iştirak etsinlər. Çünki biz peşəkar zabitdən danışırıqsa, onun peşəkarlıq səviyyəsini hərbi jurnalist daha yaxşı bilir.

Digər tərəfdən isə mərhumun ömür yolu ilə yanaşı, onun keçdiyi hərbi təhsil yolunu da dərindən araşdırmaq məqsədə uyğun olacaq.

Rəhmətlik Murad Mirzəyev ABŞ, Türkiyə, İordaniya və Avropa ölkələrinin ən güclü xüsusi təyinatlılar hazırlayan çətin kurslarını müvəffəqiyyətlə keçib. Həmçinin, Türkiyədə 600 nəfər arasında ən yüksək göstəriciyə nail olub, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl tərəfindən “Qılınc” mükafatı ilə təltif olunub. Bütün bu adlar heç kəsə yalnız dostluğa və ya yaxşı münasibətlərə görə verilmir. Mütləq xüsusi fərqlənmə olmalıdır.

Bütün şəhidlər bizim üçün əzizdir. Şəhidlərimizin hər birinin bu torpaq, dövlət və millət üçün xidmətləri var. Bu ilin aprel ayında təmas xəttində baş verən hərbi əməliyyatlarda təkbaşına uğur qazanmaq və düşmənə sarsıdıcı zərbələr vurmaq asan iş deyil idi. Ancaq bu əməliyyatı hazırlayan xüsusi təyinatlı Murad Mirzəyev idi. O, öz əsgərlərini canı bahasına xilas edərək, şəhid olub.

Müsabiqədə iştirak edəcək bütün jurnalistlərdən əsas xahiş və istəyim odur ki, rəhmətlik Murad Mirzəyevin doğulub, böyüyüb başa çatdığı şərait və mühitə, zəhmətkeş ailəyə nəzər salsınlar.

Bu gün Murad Mirzəyev kimi minlərlə zabitimiz, gənzimiz var ki, onlar da qəhrəmanlıq nümayiş etdirmək üçün məqam gözləyirlər. Hesab edirəm ki, aprel hadisələrində şəhid olan qəhrəmanlarımız gənc nəsil üçün yaxşı örnək olacaq.

Eyni zamanda Murad Mirzəyevin müavini olmuş mayor Samit İmanov haqqında da bu fikirləri söyləmək olar. Hər ikisi eyni döyüşlərdə şəhid olublar. Rəhmətlik Samit İmanovda öz komandirinə böyük bağlılıq olub. Şahidlər danışır ki, rəhmətlik Murad Mirzəyev Samit İmanova əmr verib ki, o buradan getsin. Ancaq Samit İmanov öz komandiri Murad Mirəzyevin əmrindən imtina edərək, onun yanında sonadək döyüşüb və hər ikisi şəhid olublar. İndi jurnalistlərin araşdırması zamanı bütün bunların hamısı digər insanlara da bəlli olacaq.

Biz vaxtilə təhsil alan zaman İkinci dünya müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşmüş Sovet qəhrəmanları haqqında kitablar, yazılar oxuyardıq. Bizə sərbəst mövzular verilirdi ki, qəhrəmanlıq nədir və sairə? Biz də deyirdik ki, 1942-ci ilin 19 oktyabrında faşist ordusu hissələrinin hücumlarını dəf edərkən Qafur Məmmədov şəxsən düşmənin 13 avtomatçısını və bir minomyot heyətini məhv edib. Həmin döyüşdə o, öz komandirini düşmən atəşindən müdafiə edərkən, özü həlak olub. Belə Sovet qəhrəmanları çox idi. O qəhrəmanlar Sovet İttifaqı uğrunda döyüşürdülər. Ancaq indi müstəqil Azərbaycan dövləti var. Azərbaycan müstəqillik qazandıqdan bəri torpaqlarımız erməni işğalına məruz qalıb. Ermənistanın işğalçılıq siyasəti hələ də davam edir.

Bu gün Azərbaycanın vətənpərvər gəncliyi yetişib. Aprel hadisələri zamanı bir bunun bir daha şahidi olduq. “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı ilə insanlar küçələrə çıxaraq, torpaqlarımızın azadlğı uğrunda hər han döyüşə atılmağa hazır olduqlarını bəyan etdilər. Lakin bizim Sovet dövründə yaşamış insanların bir çox hələ də köhnə ideologiyanın təsiri altındadırlar. Buna baxmayaraq, sevindirici hal odur ki, gənclərimiz yeni ruhda tərbiyə alıb, böyüyürlər.

Son hadisələr dünyada mövcud olan 50 milyondan çox Azərbaycan türklərinə və Türk dünyasına mesaj oldu ki, 25 illik müstəqillik təcrübəsi olan Azərbaycan ordusunun böyük döyüş bacarıqları var. Bu gün Azərbaycan ordusunun psixoloji vəziyyəti də çox yüksəkdir.

Aprel hadisələri bir daha göstərdi ki, ötən illər ərzində qazanılan təcrübə, alınan silahlar və texnikalar hədər deyil. Bu hadisələrə qədər ermənilər hər zaman xəyallarında düşünürdülər ki, ötən sərin 90-cı illərində olduğu kimi, indi də istədikləri zaman gəlib torpaqları işğal edə bilər. Ermənilərin bütün bu düşüncələri aprel əməliyyatları zamanı alt-üstə oldu. Ermənistan cəmiyyətində böyük təşviş və çaxnaşma əmələ gəldi. Ancaq biz dönə-dönə deməliyik ki, bütün bu qələbəni və sevinci bizə Murad Mirzəyev, Samit İmanov kimi milli qəhrəmanlar bəxş etdi. Müsabiqədə yazılacaq məqalələr də bütün bu məsələləri əhatə etməlidir. Yəni, jurnalistlər həmin insanların şəhid olan ana qədər keçdiyi yolu işıqlandırmalı və obyektiv şəkildə insanlara çatdırmalıdır. Bu adi və sıran hadisə deyil idi, təkcə sağ ol deməklə kifayətlənək. Bu, Azərbaycan dövlətinin və xalqının qələbəsi, böyük qələbəyə gedən uğur yol idi. Bu baxımdan da bu müsabiqənin elan olunması mühüm əhəmiyyət kəsb edir.

Müsabiqənin nəticələri 26 iyun Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü açıqlanacaq.

- Şəhid Murad Mirzəyev sizin yaxın qohumunuz olub. Onu necə xatırlayırsınız?

- Rəhmətlik Murad Mirzəyev mənim qohumum olub. Mən onun ailəsini, valideynlərini yaxşı tanıyıram. Mən Muradı daha çox uşaq vaxtı tez-tez görürdüm. Sonradan mən Bakıda yaşadığım üçün, Muradla xeyir-şərdə görüşürdük. Sonra eşitdim ki, Murad hərbi məktəbə daxil olub. Rəhmətlik çox utancaq və sakit birisi idi. Hətta, o qədər etikalı idi ki, adam görəndə mütləq ayağa qalxıb görüşərdi. Mən rəhmətlik Murad Mirzəyevi bu cür tanımışam.

Sonra eşidirdim ki, rəhmətlik Hərbi Akademiyada hərbi təhsil alır, gedib-gəlir və sairə. Şəhid olana qədər mən Murad Mirzəyevi Azərbaycanda adi, normal xidmət keçən hərbi zabitlərdən biri kimi bilirdim. Düşünürdüm ki, yəqin Murad da hamı kimi öz xidmətini edir. Ancaq bu insanın daxilində özünəinam çox yüksək imiş ki, həmin əməliyyatda gedib iştirak edib. Bəlkə də bu gün Murad kimi minlərlə zabit oğullarımız var ki, sadəcə məqam gözləyirlər. İstəyirəm ki, bu cür övladların sayı daha da çox olsun. Məndə vaxtilə birinci Qarabağ müharibəsində iştirak etmişəm, bizim könüllü batalyonumuz var idi. Hər zaman özümə şəhid olmağı arzu etmişəm, ancaq bu arzumu Murad əldə etdi. Hətta, mən buna görə rəhmətliyə qibtə edirəm. Şəhidlik çox şərəfli ölümdür.

Çox vaxtı insanların nəyə qadir olduğu lazım olan anda üzə çıxır. Başqa vaxtı isə yalnız “dil pəhləvanları” meydan sulayırlar. Bəzən Murad Mirzəyev kimi şəhid qəhrəmanlarla yanaşı, küçələrdə “avtoşluq” və xuliqanlıq edən avaraları görəndə, düşünürsən ki, görün Allah bu cür igid oğulları həyatdan köçürdü, ancaq cəmiyyət üçün yararsız, lazımsız olan bu adamlar hələ də yaşayır.

Rəhmətliyin atasının, babalarının gəldiyi bir yol var. Onun babaları 1948-1953-cü illərdə ermənilər tərəfindən Qərbi Azərbaycandan deportasiya olunub. Muradın babası olmuş rəhmətlik Fərzalı kişi Sovet dövründə öz doğma yurd-yuvasından məcburi şəkildə köçürülüb. Fərzalı kişi mənim də əmim olub. Rəhmətlik Muradın atası Telman Mirzəyev isə burada dünyaya gəlib. Murad Mirzəyev hələ uşaq yaşlarından erməni haqsızlığı ilə üzləşib. Mən Muradın hələ uşaq yaşlarından hiss edirdim ki, sanki bu gəncin daxilində genetik qisasçılıq hissləri mövcuddur.

Onun ən çox əziyyətini çəkən onun zəhmətkeş valideynləri olub. Onlar bu gün düşünməlidir ki, Murad kimi övlad böyütdükləri üçün böyük şərəfli iş görüblər. O valideynlər hər zaman cəmiyyətdə ən yüksək və başıuca insanlardır.

Mənim Azərbaycan və Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi adlı təşkilatı yaratmağım, türkçülüyü və dövlətçiliyi təbliğ etməyim, ermənilərə qarşı daim mübarizə aparmağımın da kökündə bəlkə də həmin nəsildən olmağım dayanır. Çünki biz hələ uşaqlıqdan ermənilərin zaman-zaman türklərə qarşı soyqırımlar törətməsini, imkan düşən kimi arxadan zərbələr vurmasını, “dənizdən dənizə dövlət” yaratmaq iddialarını dərk etmişik və bununla bağlı mübarizə aparmışıq.

Bilirsiniz, adətən evdə, ailədə verilən tərbiyə insanların yaddaşında silinmir. Biz də ailədə hər zaman Xocalının, Göyçənin, Zəngəzurun qisasını ermənilərdən alacağımızla tərbiyə olunmuşuq. Gələcəkdə də ermənilərin mənfur planlarının qarşısını almaq üçün Murad Mirzəyev kimi oğlanlara böyük ehtiyac var. Belə bir deyim var ki, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan.

Mən avtomobildə harasa gedib-gələn zaman yolda hərbiçi görəndə, saxlayıb götürürəm. Bu yaxınlarda da Bakıdan Salyana gələndə, yolda 2 nəfər hərbiçi götürdüm. Bunlardan soruşdum ki, Milli Qəhrəman Murad Mirzəyevi tanıyırsınız? Təsadüfən, bu hərbiçilər rəhmətlik Muradın əsgərləri çıxdılar. Onlar mənə dedilər ki, Murad Mirzəyev nümunəvi zabit olub və hazırda hərbi hissədə onun böyük fotosu vurulub. Biz əsgərlər hər gün o fotonun qarşısında hərbi salam verərək, onun intiqamını alacağımıza söz veririk.

Müharibəyə hazır olmaq üçün isə Murad Mirzəyev kimi peşəkar və yüksək vətənpərvərlik ruhunda olan zabitlər olmalıdır.

Aprel hadisələrində şəhid olan insanlar müstəqil Azərbaycan dövlətinin hərbi tarixində dönüş yaratdılar. Bu müsabiqənin də keçirilməsində əsas məqsədlərdən biri bütün bunlar unudulmamsıdır. Çox istərdik ki, bütün bunlar gələcəkdə dərsliklərə də salınsın. Bizim növbəti layihələrimizdən biri rəhmətlik Muradın təhsil aldığı məktəbdə olacaq.

Bundan əlavə, biz gələn il üçün rəhmətlik Murad və onun silahdaşları ilə bağlı peşəkar sənədli film çəkməyi planlaşdırırıq.

Müsabiqəyə təqdim olunacaq yazıların da gələcəkdə kitab halına salınaraq çap edilməsi gözlənilir.

Vasif Həsənli

publika.az, 24.05.2016

VIDEO
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
Xeyirxah tənha qalmaz... - 15.07.2024
 
 El bir olsa,zərbi kərən sındırar. Atalar sözü. - 14.07.2024
 
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Okt.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Gündüz: +21.. +23buludlu yağmursuz
Axşam: +18.. +20dumanlı yağmursuz
Gecə: +17.. +19dumanlı yağmursuz
Səhər: +20.. +22dumanlı yağmursuz
Atm. təziyi: 760
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo