Axtarış: 
Heydər Əliyev diasporumuzu azərbaycançılıq ideyası ətrafında birləşdirdi
+  -  Çap 
Yerləşdirilib: 20.06.16 | Baxılıb: 2059
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayında qarşıdakı strateji hədəfləri dəqiqliklə göstərdi

Dünya azərbaycanlılarının mühüm nəticələrlə yadda qalmış IV qurultayı Azərbaycanda həyata keçirilən diaspor və lobbi quruculuğu siyasətinin ardıcıl xarakter daşıdığını, yeni dünya nizamının geosiyasi reallıqlarına cavab verdiyini göstərir. 49 ölkədən 500-dən çox diaspor nümayəndəsinin və qonağın iştirak etdiyi bu ali tədbir eyni zamanda azərbaycanlıların vahid və monolit qüvvə kimi təşkilatlanması prosesinin respublikanın xarici siyasətində prioritet istiqamətlərdən birinə çevrildiyini növbəti dəfə təsdiqləyir.

Tədbirin yekunları fonunda, demək olar ki, ölkənin sosial-iqtisadi və mədəni-intellektual inkişafının hazırkı mərhələsində Azərbaycan diasporunun qarşısında duran vəzifələri düzgün müəyyənləşdirməklə xaricdə fəaliyyət göstərən təşkilatları milli məqsədlər naminə səfərbər etmək, bədnam erməni lobbisinə qarşı effektiv əks-hücumun təşkilinə nail olmaq, respublikamıza qarşı ikili standartlara qarşı səmərəli mübarizə aparmaq bu gün üçün aktual məsələlər olaraq qalır. “Biz müdafiədə deyil, hücumda olmalıyıq!” deyən Azərbaycan Prezidenti cənab İlham Əliyev ötən illərdə sistemli şəkildə həyata keçirdiyi diaspor quruculuğu siyasəti ilə bu məqsədin reallaşdırılmasına nail olmuşdur.

Qurultayın gedişində səslənən faktlar göstərir ki, Azərbaycan dövləti son 23 ildə dünya azərbaycanlılarının potensial imkanlarını cəmləmək, müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həllinə yönəltmək, daha sıx əlaqələr yaratmaq, milli birliyə nail olmaq istiqamətində ardıcıl və sistemli iş aparır. 1993-cü ilin 15 iyununda Azərbaycan Ali Sovetinin Sədri seçilən ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının konkret milli ideya ətrafında sıx birləşdirilməsi ideyasını irəli sürərək onların təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlamış, tarixi vətənlə əlaqələrinin genişlənməsinə çalışmışdır.

Azərbaycan xalqının milli ideologiyasının vahid sistem halına gətirilməsi məhz ulu öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Ümummilli lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür.

Milli həmrəylik nümayişinin yüksək zirvələrindən biri də 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi üçün şərait yaratmışdır.

Ulu öndərin diaspor quruculuğu siyasətini son 13 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev hələ 27 iyul 2004-cü ildə ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi geniş tərkibli müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirmiş, bu fəaliyyətin daha da gücləndirilməsi vacibliyini önə çəkmişdir. Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə 2006-cı il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayı, eləcə də dövlət dəstəyi ilə 2006-cı ilin iyun ayında Dünya Azərbaycanlı Ziyalılarının Forumu, 2007-ci ilin mart ayında Avropa Azərbaycanlıları Konqresinin II Qurultayı keçirilmişdir.

Azərbaycana strateji müttəfiq olan Türkiyə ilə diaspor quruculuğu və lobbiçilik sahəsində fəaliyyətin əlaqələndirilməsi də xüsusi diqqət mərkəzində olmuşdur. 2007-ci ilin mart ayında Bakıda Azərbaycan və türk diaspor təşkilatlarının I forumunun keçirilməsi, habelə Türk dövlət və cəmiyyətlərinin XI dostluq, qardaşlıq və əməkdaşlıq qurultayının, türkdilli ölkələrin dövlət başçılarının zirvə toplantılarının təşkili birgə əməkdaşlıq sahəsində yeni imkanlar açmışdır. 2008-ci ildə Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının Bakıdakı iclasında qəbul olunmuş “Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası” diasporun fəaliyyətinin başlıca istiqamətlərini müəyyən edən konseptual sənəd kimi qiymətləndirilməlidir. Sənəddə Azərbaycan xalqının tarixi, etnogenezi, milli özünüdərk prosesi, özünəməxsus xüsusiyyətləri, milli-mənəvi dəyərləri və müasir inkişaf səviyyəsi təhlil edilmiş, soydaşlarımızın yaşadıqları ölkələrin cəmiyyətlərinə inteqrasiyası, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, qondarma erməni soyqırımı iddialarının ifşası və digər məsələlərlə bağlı diasporun üzərinə düşən vəzifələr əksini tapmışdır.

Nəhayət, dövlət rəhbərinin müvafiq sərəncamları ilə 2011-ci ildə Dünya Azərbaycanlılarının III Qurultayı və 2016-cı ildə - cəmi bir neçə gün əvvəl IV qurultayı keçirilmişdir. Sonuncu qurultay təsdiqləmişdir ki, görülən uğurlu işlərə baxmayaraq, xaricdəki Azərbaycan diasporunun imkanlarından geniş istifadə olunması, ölkə həyatının müxtəlif sahələrində meydana çıxan problemlərin həllində onun fəal iştirakının gerçəkləşdirilməsi yolunda hələ xeyli iş görülməlidir. IV qurultay bu vəzifələrin uğurla reallaşdırılması baxımından əhəmiyyətli olmuşdur. Qurultayın yekunları göstərir ki, ötən illərdə xaricdə yaşayan azərbaycanlıların konsolidasiyası istiqamətində uğurlu nəticələr əldə olunmuş, diaspor təşkilatları arasında əvvəllər mövcud olmuş dərin fikir ayrılıqları, ziddiyyətlər, demək olar ki, aradan qalxmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyev qurultaydakı dərin məzmunlu çıxışında bununla bağlı demişdir: “Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur”. Dövlət başçısı İlham Əliyev sonuncu qurultayda bütün sahələrdə dinamik inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirmişdir. Son illər Cənubi Qafqazda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ çox iş görülməli, erməni lobbisinin, bütövlükdə antiazərbaycançı şəbəkənin ölkəmizə qarşı apardığı əks-təbliğatın qarşısı daha müasir, səmərəli vasitələrlə alınmalıdır. Azərbaycan Prezidenti İlham Əliyev çıxışında ermənilərin ifşası baxımından tarixi faktlara istinad olunmasını vacib məsələlərdən biri kimi müəyyənləşdirmişdir: “Bu gün onlar müxtəlif ölkələrdə Azərbaycana qarşı eyni üsulla çirkin kampaniya aparırlar. Biz isə həqiqətləri çatdırmalıyıq. Çatdırmalıyıq ki, birincisi, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Ermənilər Dağlıq Qarabağa Şərqi Anadoludan və İrandan XIX əsrin əvvəllərində köçürülmüşdür. Nəyə görə köçürülmüşdür? Biz hamımız bunu yaxşı bilirik. Hətta 1978-ci ildə Dağlıq Qarabağda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illik yubileyini təsvir edən abidə də ucaldılmışdır. Müharibə zamanı ermənilər özləri o abidəni dağıtdılar ki, bu, tarixdən silinsin”.

Sonuncu qurultayın mühüm qərarlarından biri də budur ki, Azərbaycan və türk diaspor təşkilatlarının birgə fəaliyyəti daha da gücləndirilməlidir. Çünki bu gün bədnam erməni lobbisi xüsusilə də Avropa ölkələrində Türkiyəyə və Azərbaycana qarşı fəal iş aparır. Almaniya Bundestaqının bir neçə gün əvvəl qondarma erməni soyqırımını tanımaq barədə qərəzli və əsassız qərarı da bunun bariz nümunəsi olmuşdur. Göründüyü kimi, bədnam erməni lobbisi və diaspor təşkilatları Türkiyəyə qarşı hazırladıqları “4T” (təbliğat, tanınma, təzminat, torpaq) planını müxtəlif vasitələrlə həyata keçirməyə çalışırlar. Onların neytrallaşdırılması, yaşadıqları ölkələrdə təsir imkanlarının azaldılması üçün türk xalqlarının diaspor təşkilatlarının fəaliyyətlərinin genişləndirilməsinə ciddi ehtiyac var. Bunun üçün ilk növbədə Ermənistanın işğalçılıq siyasətini beynəlxalq hüquq səviyyəsində təsdiqləyən BMT-nin 4 məlum qətnaməsinin icrası gündəmdə saxlanılmalıdır.

Fikrimizcə, qondarma erməni soyqırımı iddialarına ən tutarlı cavab həm də ermənilərin 1992-ci ilin fevralında Xocalıda törətdikləri soyqırımı faktlarının dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasıdır. Biz bununla ermənilərin “soyqırımına məruz qalan” deyil, soyqırımı törədən bir xalq olduğunu dünyaya göstərməliyik. Bu baxımdan ictimai əsasda fəaliyyət göstərən Heydər Əliyev Fondunun son 12 ildə milli həqiqətlərin, ilk növbədə Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər digər qeyri-hökumət təşkilatları üçün də örnək sayıla bilər.

Ümumilikdə dövlət başçısının IV qurultaydakı çıxışını Azərbaycan diasporunun uzunmüddətli dövr üçün fəaliyyət proqramı kimi dəyərləndirmək lazımdır. Cənab İlham Əliyev çıxışında ölkə iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqini; azərbaycanlıların yaşadıqları ölkələrin ictimai-siyasi, iqtisadi həyatında fəal iştirakını, habelə qanunverici və icra orqanlarında təmsilçiliyini; azərbaycançılıq məfkurəsini, ana dilini, tariximizi, mədəniyyətimizi, adətlərimizi dərindən mənimsəmələrini; diaspor təşkilatlarımız arasında sağlam rəqabət və əməkdaşlıq mühitinin möhkəmləndirilməsini, ziddiyyətli məqamların tamamilə aradan qaldırılmasını; bədnam erməni lobbisinə qarşı əks-təbliğat işinin gücləndirilməsini prioritet məsələlər kimi önə çəkmişdir.

Dövlət başçısının xarici mətbuatla işin müasir tələblər səviyyəsində qurulması ilə bağlı tövsiyələri də yeni dövrün reallıqları ilə şərtlənir. Cənab İlham Əliyevin bununla bağlı fikirləri perspektiv üçün diaspor işinin əsas hədəflərindən biri olmalıdır: “...Xarici media qurumları ilə işimiz o qədər də yaxşı qurulmayıb. Biz bu istiqamətdə işimizi daha da təkmilləşdirməliyik. İlk növbədə media ilə iş aparılmalıdır. Çalışmalıyıq ki, azərbaycanlı jurnalistlər təbəqəsi yetişsin və onlar müxtəlif media orqanlarında təmsil olunsunlar”.

Diasporumuzun güclənməsində, ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan və işləyən gənclərin də potensialından istifadə etməliyik. Respublikanın Avropaya inteqrasiya yolu seçməsi xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclərin sayının ildən-ilə artmasına imkan yaratmışdır. Bu isə gələcəkdə güclü diasporun formalaşması üçün etibarlı bünövrə rolunu oynayır.

Xüsusi vurğulanmalıdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizin diaspor təşkilatlarının təmsilçilərinin gərgin əməyini daim yüksək dəyərləndirir. Sonuncu qurultay zamanı ölkə başçısının müvafiq sərəncamları ilə “Tərəqqi” medalına layiq görülənlər və Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasına üzv təyin olunanlar sırasında olduğumu dərin minnətdarlıq hissi ilə vurğulamaq istərdim. Bu yüksək etimad ictimai təşkilat olaraq Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) məsuliyyətini daha da artırır. Bu təltifi gələcək fəaliyyətimiz üçün mənəvi stimul kimi qəbul edərək, ölkə başçısının müəyyənləşdirdiyi hədəflər çərçivəsində diaspor və lobbi quruculuğu işinə öz layiqli töhfələrimizi verməyə, səylərimizi daha da gücləndirməyə çalışacağıq.

Onu da bildirək ki, ATXƏM hər il Xocalı soyqırımı ərəfəsində Avropanın müxtəlif şəhərlərində etiraz aksiyaları təşkil edərək erməni lobbisinə qarşı fəal iş aparır. Artıq bir neçə ildir ki, təşkilatımız “Xocalıya ədalət!” layihəsi çərçivəsində Avropanın siyasi mərkəzlərindən olan Fransanın Strasburq şəhərində Azərbaycan və Türkiyə diaspor təşkilatlarının iştirakı ilə yürüş-mitinqlər təşkil edir. Soyqırımının 25 illiyi ilə əlaqədar bu etiraz tədbirlərini 2017-ci ildə Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində - Avropa Parlamenti önündə keçirmək niyyətindəyik.

Sonda vurğulamaq istərdik ki, Dünya Azərbaycanlılarının III Qurultayından ötən beş il müddətində Azərbaycan inkişaf etmiş, Prezident İlham Əliyevin rəhbərliyi ilə hüquqi, siyasi, iqtisadi, struktur islahatlarının keçirilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, xalqın rifahının yaxşılaşdırılması istiqamətində əsaslı işlər görülmüşdür. Bu müddətdə, təbii ki, Azərbaycan diasporu da inkişaf etmiş, təşkilatlanmış, birləşmək, “çəkici bir yerə vurmaq” istiqamətində nailiyyətlər qazanmışdır. Cənab İlham Əliyevin bu sahədə ardıcıl və qətiyyətli, prinsipial siyasəti deməyə əsas verir ki, yaxın illərdə Azərbaycan diasporu daha da güclənəcək, ölkənin taleyüklü problemlərinin həllində daha yaxından iştirak edəcəkdir.

İlham İSMAYILOV,
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvü

"Azərbaycan" qəzeti, 15 İyun 2016

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo