Axtarış: 
Macarıstanda Böyük Turan Qurultayı keçirildi
+  -  Çap 
Yerləşdirilib: 18.08.16 | Baxılıb: 2501
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Avqustun 12-15-də Macar Turan Fondunun təşkilatçılığı, bütün türkdilli ölkələrin nümayəndələrinin iştirakı ilə Macarıstanın Buğac bölgəsində növbəti Hun-Türk Qurultayı keçirilib.

Hər iki ildən bir təşkil olunan Qurultayının məqsədi Turk xalqlarının və onların diaspora təşkilatları arasında birliyinin yaranması üçün böyük işlər görməkdədir. Bu il keçirilən Qurultada 26 ölkədən 270 nümayəndə iştirak edib.

Turan (hun və türk) xalqlarının yığıncağı sayılan Qurultay Macarıstanın Kiçik Kumaniya bölgəsinin Bugac şəhəri yaxınlığındakı “Kişkunşaq” milli parkında keçirilib. Əsası 1975-ci ildə qoyulan park YUNESKO tərəfindən çöl ekosistemin toxunulmaz nümunələrini qoruyan biosfer qoruğu elan edilib. Möhtəşəm bayrama Azərbaycan, Türkiyə, Macarıstan, Rusiya, Rumıniya, Bolqarıstan, Moldova, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Çin, Monqolustan, Ukrayna və digər dövlətlərdən olan xalqların və türkdilli ölkələrin təqribən 300 mindən çox iştitakçısı qatılıb. Tədbirin əsas məqsədi türk dünyası nümayəndələrinin bir araya gətirilməsi və onların milli mədəniyyət nümunələrinin nümayiş etdirilməsidir.

Qurultayda Azərbaycan da böyük nümayəndə heyətilə təmsil olunurdu. Bu qurultayda Azərbaycanı Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev, millət vəkilləri Əflatun Amaşov, Qənirə Paşayeva, Beynəlxlaq Avrasia Mətbuat Fondunun sədri Umud Mirzəyev, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, ictimai qurumların təmsilçilərindən, Samir Turan, Gülnarə Xəlilova, Aygün Hüseynli, Şəmil Sadıq də daxil olmaqla ümumilikdə 26 nəfər iştirak edirdi. Nümayəndə heyətinin tərkibində ictimai və incəsənət xadimləri də olub. Mədəniyyət və Turizm nazirliyinin nəznində olan Qədim Musiqi alətləri dövlət ansamblının kollektivi və sənətçilər Nuriyyə Hüseynova, Şəmistan Əlizamanlının qurultay müddətində bir neçə dəfə geniş auditoriya qarşısında çıxış etməsi, Azərbaycan musiqisini təbliğ etməsi böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri bir sıra xarici ölkələrin nümayəndə heyətləri ilə də görüşlər keçiriblər. Görüşlərdə əsas müzakirə mövzusu birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirmək və qısa müddətdə ortaq maraqlara uyğun birgə fəaliyyətə başlamaq məsələləri olub.

Macar Turan Fondunun sədri Andros Zsolt Biro:


"Doğu Türküstan və Qarabağ problemi hamımızın ortaq bir probleminə çevrilməlidir"


Qurultay ənənəvi olaraq Budapeştdə Macarstan Parlamentində keçirilən görüşlə rəsmi olaraq açılır. Macar Turan Fondunun sədri Andros Biro Parlamentdə çıxış edərək, bildirib ki, qədim macarlar hunların birbaşa nəslindəndir və bu, Atillanın nəslindən olan Arpad xanın IX əsrin sonunda məğlubedilməz ordusu ilə bu torpaqlara gəlişi ilə bağlıdır. Buna görə də macarlar öz dövlətçiliklərinin və Arpad kral sülaləsinin başlanğıcını 896-cı ildən hesablayırlar. Macar etnogenezin mühüm mərhələrindən biri Şmali Qafqazın ətəyində, indiki Dağıstan, Çeçenistan, Kabardin-Balkar və Qaraçay-Çərkəz ərazilərini də əhatə etməklə baş verib. Macar tayfa ittifaqının bir hissəsi (savard-madyarlar) Cənubi Qafqaz torpaqlarına köçərək indiki Azərbaycan və Cənubi Azərbaycan (İranın şimal bölgəsi) ərazilərində yerləşib. Andros Biro çıxışında Türk xalqları və əqraba topluluqları arasında əlaqələrin əsaslı bir şəkildə bərpa olunmasının vacibliyinə diqqət çəkərək, qeyd edib ki, bu gün Türk dünyasında mövcud olan Doğu Türküstan və Qarabağ problemi hamımızın ortaq bir probleminə çevrilməlidir..

PA rəsmisi Qafar Əliyev:


" Biz bu platform çərçivəsində təsirli bir lobbi fəaliyyəti göstərməklə, ölkəmizin həqiqətlərini daha geniş bir arealda təbliğ etməyə çalışmalıyıq".


Tədbiri və keçirilən görüşləri şərh edən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, qurultayı təşkil edən Macar Turan Fondu Türk xalqları və onların diaspora təşkilatları arasında birliyinin yaranması üçün böyük işlər görür. Dünyanın dörd bir tərəfindən yüzlərlə təşkilat və diaspor təşkilatlarının rəhbərlərinin qatıldığı bu Qurultay həm də Azərbaycan həqiqətlərinin tanıdılması və müxtəlif xalqların diaspora təşkilatları arasında ikitərəfli əlaqələrin qurulması baxımından olduqca əhəmiyyətlidir. "Biz bu platform çərçivəsində bütün Türk xalqları, eləcə də onların Avropada fəaliyyət göstərən diaspor təşkilatları vasitəsilə təsirli bir lobbi fəaliyyəti göstərməklə, ölkəmizin həqiqətlərini daha geniş bir arealda təbliğ etməyə çalışmalıyıq".

Millət vəkili Əflatun Amaşov:


"Turan Qurultayı ortaq türk dəyərlərinin nəhəng, bənzərsiz təbliğat plasdarmıdır"


Millət vəkili Əflatun Amaşovun sözlərinə görə isə, əksər türk xalqları 70 il ərzində türk milli kimliyini ortaya qoymaq imkanından məhrum halda yaşayıb: “Bu günün özündə də türk milli kimliyi məsələsində problemlər yox deyil. Ancaq Turan Qurultayı bütün mənfi stereotiplərə sözün yaxşı mənasında meydan oxumaq əzmindədir. 300 minə qədər iştirakçının qatıldığı qurultay müasir dövrdə türk xalqlarının konsolidasiyasını nəzərdə tutan ən müxtəlif tədbirlərin mərkəzində dayanmağa layiqdir." Türkdilli xalqların yaşadıqları areal kifayət qədər böyükdür. Sakit okean sahillərindən Avropanın mərkəzlərinədək. Bu arealda yaşayan türklərin qarşılıqlı əməkdaşlıq şəraitində yaşaması onların qloballaşan dünyaya inteqrasiyasını, heç şübhəsiz, sürətləndirir. İnteqrasiya prosesi istər-istəməz adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları formalaşdırır və möhkəmləndirir. Nəzərə alaq ki, türk toplumları zaman-zaman bir-birinə zidd ictimai-siyasi formasiyalarda yaşamalı olmuşlar. Hazırkı dövrdə də onlar ayrı-ayrı müstəqil dövlətlərin tərkibindədirlər. Lakin dəyərlər prinsip etibarilə vahid təbiətə malikdir. Turan Qurultayı ortaq türk dəyərlərinin nəhəng, bənzərsiz təbliğat plasdarmıdır. Turan Qurultayı hər bir türk toplumunun öz həqiqətlərinin dünyaya bəyan etməsi baxımdan da mühüm meydandır. Bu mənada Azərbaycan üçün də gözəl şans var. Azərbaycan qurultayın ən böyük dəstəkçisi Macarıstan dövləti ilə bütün sahələrdə sıx əməkdaşlığa malikdir. Ölkəmiz müasir dövrdə türk dünyasının mühüm mərkəzlərindən biri kimi çıxış etməklə Macarıstanla münasibətlərdəki tərəfdaşlıq xəttini bir qədər də genişləndirmək imkanına malikdir".

Millət vəkili Qənirə Paşayeva:


"Hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır”


Millət vəkili Qənirə Paşayeva isə Qurultay zamanı bütün iştirakçılara çağırış edərək türk xalqlarını birlik və bərabərliyini gücləndirməsinin çox önəmli olduğunu deyib və vurğulayıb ki, bu günkü dünyada bütün türk xalqlarının bu birliyə və gücə ehtiyacı var. O, Macar və Türk dünyası ictimai xadimlərini, elm adamlarını Azərbaycana gəlməyə, görməyə və öz toplumlarına daha geniş anlatmağa dəvət edib.

Azərbaycan-Macarıstan münasibətlərindən danışan millət vəkili Qənirə Paşayeva Azərbaycanın və Türk dünyasının böyük şəxsiyyətlərindən Əli bəy Hüseynzadənin macarlara ithafən 19-cu əsrin sonlarında yazdığı "Turan" şeiri barədə danışıb və iki qardaş xalqın ortaq köklərini xüsusi vurğulayıb. Azərbaycanın ümumilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Macarıstanla əməkdaşlığın inkişafına verdiyi önəmdən danışan millət vəkili bu istiqamətdə əldə olunana uğurlar barədə də söz açıb və əməkdaşlığımızı daha da genişləndirmək üçün böyük potensial olduğunu vurğulayıb.

Azərbaycanda müxtəlif xalqlar və dini icmalar arasında çox gözəl münasibətlər olduğunu deyən millət vəkili Qənirə Paşayeva ölkəmizdə multikulturalizmə verilən böyük önəmdən də danışıb, Dağlıq Qarabağ problemi, Ermənistanın işğal etdiyi torpqlarımız barədə məlumat verib, tədbir iştirakçılarını Azərbaycanın ədalətli mövqeyini dəstəkləməyə çağırıb. "Hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün çalışmalıdır. Qarabağ probleminin həlli, qondarma erməni soyqırımı iddialarına qarşı sərt mübarizə harada doğulub yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Bir türk xalqının, toplumunun problemi, bütün türk xalqlarının ortaq problemidir. Ona görə də türk dünyasıyla bağlı məsələlərdə bir-birimizə hər zaman böyük dəstək olmalıyıq".

ATXƏM sədri İlham İsmayılov:


"Öz tarixini, milli kimliyini dərk etmək və onu yaşatmağa çalışmaq o tarixin özünü yenidən yazmağa bərabərdir "


ATXƏM sədri İlham İsmayılov bildirib ki, bu Qurultay həm də böyük bir əməkdaşlıq platformasıdır və Azərbaycan nümayəndə heyəti də çalışdı ki, bu imkandan yararlansın."Ortaq tarixi, ortaq mədəniyyəti paylaşan ata-babalarımızın ruh, gen və qan qardaşlığını yenidən canlandıran Qurultay Biz türk və hun əqraba topluluqlarının gələcəyini birgə qurması anlamını daşımaqdadır. Kürəsəl mədəniyyət aşınmasının sürətlə baş verdiyi dünyada öz tarixini, milli kimliyini dərk etmək və onu yaşatmağa çalışmaq o tarixin özünü yenidən yazmağa bərabərdir. Bu baxımdan Macar Turan Fondu bu gün qədim Hunların, bütün Türk xalqlarının tarixini, yaşam tərzini yenidən canlandırmaqla, həm də gələcək nəsillərin ruhunda öz keçmişinə rəğbət və sevgi oyatmaqdadır.

BAMF sədri Umud Mirzəyev:


"Avropada Azərbaycanın haqlı tərəf olduğuna inananlar kifayət qədərdir".


Tədbir haqqında fikirlərini bölüşən Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin sözlərinə görə, onun rəhbərlik etdiyi təşkilat son illər mütəmadi olaraq Macarıstanda keçirilən Turan Qurultayının tədbirlərində iştirak edir. Bu il isə ilk dəfə olaraq Azərbaycanın Macarıstandakı səfirliyi ilə birlikdə koordinasiya işlərini həyata keçirib. Umud Mirzəyev Macar Turan Fondu və onun sədri Androş Biro haqqında da xoş sözlər işlədərək, onu Azərbaycanı sevən birisi adlandırıb: "Macar Turan Fondu Azərbaycan həqiqətlərinin təbliğ olunmasında da əvəzsiz xidmətlər göstərir. Birgə çəkdiyimiz "Atəşkəs" filmi Avropa insanında Qarabağ problemi haqqında dolğun informasiya və təəssürat yaradır. Belə filmlərin təsiridir ki, artıq Avropada Azərbaycanın haqlı tərəf olduğuna inananlar kifayət qədərdir". Xatırladaq ki, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Macar Turan Fondu və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə istehsal etdiyi "Atəşkəs" sənədli filmi 2016–cı ildə geniş ictimaiyyətə təqdim olunub. Azərbaycan və Macarıstandan olan jurnalistlərin birgə fəaliyyəti nəticəsində hazırlanan filmdə Cənubi Qafqazda Ermənistanın Azərbaycana qarşı işğalçılığının tarixi mərhələləri haqda məlumatlar yer alıb. Avropalı ekspertlərin də iştirak etdiyi filmdə bütövlükdə Cənubi Qafqazda baş verən hadisələr öz əksini tapıb.

Qurultaya qatılan qonaqlar arasında Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev də olub. Qurultayın geniş kütlələrə çatdırılmasında göstərdiyi dəstəyə görə Azərbaycanın Macarıstandakı səfiri xüsusi mükafata da layiq görülüb. Tədbirin sonunda Azərbaycan nümayəndə heyətinin bütün üzvləri qurultayın təşkilatçılığını həyata keçirən Macar-Turan Fondunun rəhbəri Andraş Biroya xüsusi təşəkkürlərini çatdırıblar. O isə öz növbəsində Azərbaycan nümayəndə heyətinin Turan Qurultayına qatılmasını tarixi hadisə adlandırıb. Qurultay günlərində türk dünyasının sənət adamları açıq havada 30-dan çox konsert veriblər. Əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlının çıxışları böyük coşqu ilə qarşılanıb.Üç gün ərzində davam edən Qurultayda qonaqlara şamanların çıxışı, atçılıq-idman yarışı, kamandan oxatma yarışı, qılınc döyüşləri də təqdim olunub.

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo