Axtarış: 
Görkəmli Azərbaycan şairi Şəhriyarın 110 illik yubileyi qeyd edilib
+  -  Çap 
Yerləşdirilib: 10.11.16 | Baxılıb: 2892
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.

Tədbir Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) birgə təşkilatçılığı ilə reallaşıb. "Eurasia Diary" xəbər verir ki, yubiley tədbirində şairin həyatından bəhs edən videoçarx nümayiş olunub.

AYB-nin sədri, Xalq Yazıçısı Anar tədbirdə böyük söz ustadının yaradıcılığından söhbət açıb. Bildirib ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.

AYB-nin şöbə müdiri Sayman Aruz XX əsr Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan M.H.Şəhriyarın zəngin və çoxcəhətli yaradıcılığından danışıb. Onun Azərbaycan ədəbiyyatına dünya şöhrəti gətirən, poeziyada müstəsna mövqeyi olan qüdrətli sənətkar olduğunu bildirib.

Tədbirdə çıxış edən Mili Məclisin deputatı Qənirə Paşayeva Şəhriyarın bütün türk dünyasının şairi olduğunu söyləyib. O, ümumxalq məhəbbəti qazanmış şairin qələmindən çıxan şeirlərin, poemaların bədii qüdrəti ilə Azərbaycanın və dünya oxucusunun qəlbini həyəcana gətirdiyini, dillərdə əzbər olduğunu bildirib.

Şəhriyarşünas alim Esmira Fuad, iranlı qonaq Məhəmməd Rza Rəhmani və digər çıxış edənlər Şəhriyarın xalq yaradıcılığından bəhrələnərək ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını əks etdirən əsərlər yaratdığını söyləyiblər. XX əsrin sonlarında Azərbaycan ədəbiyyatında M.H.Şəhriyar qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin olmadığını bildiriblər.

Tədbirdə çıxış edən BAMF sədri Umud Mirzəyev isə Şəhriyar şeirindəki millilik, özünəməxsusluq elementlərinin onun bütün xalqımıza sevdirən cəhətləri kimi vurğulayıb və belə ədəbi–məclislərin təşkil edilməsinin vacibliyini vurğulayıb.

Qeyd edilib ki, Şəhriyarın dərin məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub, hələ sağlığında bir çox dünya xalqlarının dillərinə tərcümə edilərək yayılıb. Təkcə Azərbaycanın milli-mənəvi varlığını, yaşam tərzini, tarixi keçmişini özündə əks etdirən “Heydərbabaya salam” poeması dünyanın 80 ölkəsində yayılaraq müəllifinə şöhrət gətirib. Vurğulanıb ki, Nizamidən, Füzulidən, Nəsimidən gələn böyük poeziya örnəkləri Şəhriyar yaradıcılığında özünə yeni nəfəs qazanıb.
Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev çıxışında Şəhriyarın yaradıcılığına geniş toxunaraq, bidirdi ki, şairin Azərbaycan dilində yazmış olduğu şerləri cənubda dillər əzbəri olduğu kimi bizim tərəfimizdən də həmişə sevilə-sevilə oxunub."Şəhriyar hər iki qardaş ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsində bir körpü rolunu oynayıb. Bu gün "Heydərbabaya salam" poeması xalqlarımız arasında yaxınlaşma, bir-birinə sevgi və hörmətin göstərilməsini bizə təlqin edir. Buna görədir ki, onun sadə və xalq dili ilə yazılmış şerləri hər iki tərəfdə də böyk rəğbətlə oxunur".

Tədbirdə şairin şeirləri oxunub, incəsənət ustalarının ifasında onun şeirlərinə yazılmış mahnılar səsləndirilib.
Şairin oğlu Hadi Behcət Təbrizi tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda ədəbiyyat, mədəniyyət və incəsənət xadimlərinə Mədəniyyət və Turizm Nazirliyinin və AYB-nin təsis etdiyi “Şəhriyar” ədəbi diplomu hədiyyə edilib.

VIDEO
Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri bu gün Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində olublar. - 14.09.2023
 
Qərbi Azərbaycan İcmasında QHT rəhbərləri ilə görüş keçirilib -  31.07.2023
 
İlham İsmayılov: “Xaçaturyanın aqibətini Zori Balayan da yaşamalıdır” -  01.08.2023
 
İlham İsmayılov: “Beynəlxalq Qırmızı Xaç Komitəsi dərhal etiraz bildirilməlidir”- 11 may 2023 il
 
Dağüstü parkda atəşfəşanlıq — 28 May 2023
 
QHT təmsilçiləri Kahramanmaraşda  - 12 may 2023 il
 
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Vəqflər Baş İdarəsində növbəti görüş keçirilib -11 May 2023 il
 
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Sen.2023
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +21.. +23aydn yağmursuz
Səhər: +23.. +25aydn yağmursuz
Gündüz: +24.. +26dumanlı yağmursuz
Axşam: +23.. +25dumanlı yağmursuz
Atm. təziyi: 766 ìì
Rütübət: 44 %


free counters

© 2023 www.atxem.az
Powered by Danneo