Axtarış: 
Nuri Paşanın 67 il sonra qılınan cənazə namazı...
+  -  Çap 
Yerləşdirilib: 07.11.16 | Baxılıb: 3339
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın yenicə bərpa edilən qəbirüstü abidəsinə Azərbaycan torpağı səpildi

İstanbulun Ədirnəqapı məzarlığında Nuri Paşanın (Nuri Killigil) və 27 iş yoldaşının dəfn edildiyi məzarlar xeyriyyəçi iş adamı Zəki Yılmaz tərəfindən bərpa edilib. Əvvəlcə, Nuri Paşa üçün cənazə namazı qılınıb. Türkiyədən və Kiligil ailəsinin vətəni olan Kastamonu vilayətinin Bozkurt qəsəbəsindən, eləcədə Bakıdakı şəhidlikdən götürülmüş torpaqlar Nuri Paşanın məzarına səpilib.

Anım mərasimində çıxış edən İstanbul Metropol Bələdiyyəsi muzeylər və kitabxanalar müdiri Ramazan Mindər “Türklük öz tarixinin önəmli günlərindən birini yaşayır. Qafaz İslam Ordusunun komandanı Nuri Paşanın məzarının yenidən yapdırılması və keçirdiyimiz bu mərasim iki ölkə arasındakı qardaşlıq duyğularının daha da güclənməsinə xidmət edəcək. Biz müştərək keçmişimizi öyrəndikcə orada bu günümüz üçün lap çox ortaq nöqtələr tapacaq, bir-birimizə daha çox sarılaraq gələcəyə doğru daha inamlı şəkildə irəliləyəcəyik ”- deyə vurğulayıb. Şərqin ilk cümhuriyyətinin ilk hökumətinin baş naziri Fətəli xan Xoyskinin qardaşı, general Hüseynqulu xan Xoyskinin nəvəsi Kərim Məhmətzadə isə deyib: ”Nəslimiz Gəncəni qəhrəmancasına müdafiə etmiş Cavad xanın sülaləsindən gəlir. Anamın doğma əmisi Fətəli xan ilk milli hökumətimizin baş naziri olub, 3 hökuməti əmim qurub. Milli dövlətimiz işğalçılar tərəfindən süquta uğradılandan sonra əmimi ermənilər Tiflisdə qətlə yetiriblər. Nuri Paşa ilə babam Hüseynqulu xanın yaxın əlaqələri olub, uşaq olanda babamın evində toplandıqlarını xatırlayıram. Nuri Paşanın Yıldız səmtində iqamətgahı vardı, babam da onlara tez-tez gedərdi. Mərhum anamın Nuri Paşa barədə çox xatirəsi vardı.
Nuri Paşanın əsgərləri Gəncəyə gedəndə onları babamın komandalığı altındakı zabitlər qarşılayıb. Bakının azad edilməsində Nuri Paşanın ordusuna babamın komandanlığı altındakı əsgər və zabitlər dəstək verib. Bu, bizim üçün şərəfli tarixdir, duyğulanıram, bu mərasimə gələnlərə ürəkdən təşəkkür edirəm”.

“Nuri Killigil” kitabının müəllifi Atilla Oral əsərin üzərində 17 il çalışdığını, Nuri Paşanın həyatının yeni səhifələrini açdıqca onun nə qədər böyük adam olduğunu gördüyünü bildirib. Atilla Oral, Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın simvollarından birinin Nuri Killigil olduğunu vurğulayıb. Atilla Oral qeyd edib ki, hal-hazırda üzərində işlədiyi yeni kitabında Nuru Paşanın Qafqaz İslam Ordusunun komutanı kimi Azərbaycandakı fəaliyyətinə daha geniş yer ayıracaqdır.


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da Nuri Paşanın tarixi rolundan danışıb, onun hər iki ölkənin tarixində önəmli yer tutduğunu vurğulayıb: "Bir neçə il əvvələdək Nuru Paşanın fəaliyyəti ilə bağlı toplumda çox az məlumatlar var idi. Neçə illərdir ki, Azərbaycan və Türkiyə cəmiyyətinin aktiv təbəqəsi olaraq apardığımız fəaliyyətlər nəticəsində hər iki ölkədə Qafqaz İslam Ordusunun komutanı Nuru Paşa haqqında tam dolğun məlumatlar formalaşıb. Artıq bu əfsanə qəhramanı hər kəs tanıyır və onun adının əbədiləşdirilməsini istəyirlər. Biz tariximizə nəzər salanda görürük ki, erməni-daşnak birləşmələrindən xalqımızın xilas olunmasında Nuru Paşanın əvəzsiz xidmətləri olub. Biz erməni vandalizmindən xilas olduğumuza görə həm də onlara borcluyuq və onun adının əbədiləşdirilməsi gələcək nəsillərə örnək olmaq üçün əsl nümunə olardı".

Millət vəkili Qənirə Paşayeva isə Bakıdakı Türk şəhidliyindən danışıb. O bildirib ki, Azərbaycan müstəqil olandan sonra ulu öndər Heydər Əliyev Bakıda Türk əsgərlərinin xatirəsini əbədiləşdirmək üçün şəhidlik tikdirdiyini xatırladıb.”İstər Bakıdakı şəhidlik, istərsə də Nuri Paşanın buradakı məzarı bizim üçün çox dəyərlidir. Biz bu dəyərlərə müştərək şəkildə sahib çıxsaq, gələcəyə birgə addımlayacağıq. Birlikdə olsaq, öhdəsindən gələ bilməyəcəyimiz heç bir iş olmayacağı kimi, bizi məğlub edəcək heç bir qüvvə də olmayacaq ”- deyə, Q. Paşayeva vurğulayıb.



Nuri Paşanın qardaşı nəvəsi Arzu Ənvər Əroğan Killigil ailəsinin tarixi barədə məlumat verəndən sonra babasının və ulu əmisinin adlarını daima ən yüksəkdə tutmaqdan şərəf duyduqlarını vurğulayıb. Arzu Ənvər Əroğan, bundan sonrakı mərhələdə babasının və ulu əmisinin Türkiyədə daha yaxşı tanıdılması üçün çalışmağa davam edəcəklərini vurğulayıb. İş adamı Zəki Yılmaz isə bu işi sevərək gördüyünü, adının açıqlanmasını belə istəmədiyini bildirib. Tədbirdə Türkiyə və Azərbaycanın ictimai xadimləri, aydınları ilə yanaşı Türk dünyasının bir çox QHT və ziyalıları da qatılıb.


VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo