Axtarış: 
Bu gün Turan birliyinə ehtiyac var
+  -  Çap 
Yerləşdirilib: 09.12.16 | Baxılıb: 1827
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Közhan Yazqan: "Fəaliyyətimizlə bütün türk gənclərinə bu birliyi göstərmək istəyirik"

"Azərbaycan türk dünyasına liderlik edəcək bir gücə malik, bu istiqamıtdə önəmli rol oynaya biləcək bir ölkədir"

Bu günlərdə vəfatının dördüncü ildönümü qeyd edilən Turan Yazqanın bir zamanlar təsis etdiyi Türk Dünyası Araşdırmalar Vəqfi bu gün də öz uğurlu fəaliyyətini davam etdirir. Vəqfin qarşıdakı planları, nəzərdə tutulan layihələr, eləcə də qurumun yaxın gələcəkdə Azərbaycanla əlaqədar ideyaları ilə bağlı Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Közhan Yazqanla söhbətləşdik. "OLAYLAR"-a verdiyi müsahibədə Közhan Yazqan Bakı ilə yanaşı bir sıra bölgələrdə də lisey açmaq barədə düşünüldüyünü vurğulayıb.

-Közhan bəy, bu günlərdə Türk dünyasının sevdalısı, Türk Dünyası Araşdırmalar Vəqfinin qurucusu Turan Yazqanın vəfatının dördüncü ildönümü qeyd edildi. Turan Yazqanı anma törənində neçə ölkədən nümayəndə iştirak edirdi?

-Türk coğrafiyasının müxtəlif bölgələrindən olan qonaqlarımız Turan Yazqanı anma proqramında iştirak etdilər. Turan Yazqanın anma proqramında Azərbaycandan, Qaqauz Elindən, Makedoniyadan, Macarıstan, Qazaxıstan, Tatarıstan və Qırğızıstandan qonaqlarımız vardı. Turan Yazqanın vəfatının dördüncü ildönümü ilə bağlı keçirilən tədbirə təşrif buyurmuş hər kəsə ailəm və Türl Dünyası Araşdırmalar Vəqfi adından dərin təşəkkür ifadə edirəm. Turan Yazqanın vəfatının dördüncü ilində də onun yoxluğunu hiss edirik. Turan Yazqan həyatı boyunca milləti üçün çalışdı. O, həyatını türklüyə, türk dünyasına və türkə dair nə varsa ona həsr etdi. O, hər zaman türk millətinin alnıaçıq, başının dik olması üçün çalışdı. Bu məqsədlə qurduğu və 32 il rəhbərlik etdiyi Türk Dünyası Araşdırmalar Vəqfi onun bizə buraxdığı ən böyük əmanətdir. Turan Yazqan İsmayıl Qaspıralının dildə, fikirdə, işdə birlik ideyasını və ulu öndər Mustafa Kamal Atatürkün "Türk birliyinə inanır və onu görürəm" sözlərini özünə bayraq edərək mücadiləsini bu mərkəzdə həyata keçirib.

-Turan Yazqanın hər zaman arzuladığı, həyata keçirməyə çalışdığı Turan Birliyi bu gün də öz aktuallığını qoruyub saxlayır. Bəs, bu istiqamətdə hansı işlər görülür?

-Turan Birliyi atamın arzuladığı bir ideya olmaqla yanaşı həmçinin Mustafa Kamal Atatürkün türk gənclərinə bir nəsihəti idi. Ulu öndərimiz Atatürk türk birliyinə inanır və onu görürəm demişdi. Turan Yazqan da bunu vəsiyyət olaraq qəbul etmişdi. Bu mənada atamın fikri belə idi ki, Atatürkün gördüyü türk birliyini hər bir tük gənci mütləq görməlidir. Bu istiqamətdə də çalışmalıyıq. Türk Dünyası Araşdırmaları Vəqfi də bu istiqamətdə çalışmaqdadır. Fəaliyyətimizlə bütün türk gənclərinə bu birliyi göstərmək istəyirik. Təbii ki, bu günümüzdə anladığımız bayraq birliyi deyil. Eyni zamanda mədəni, iqtisadi birlikdir. Yəni, İsmayıl Qaspıralının dediyi kimi dildə, fikirdə, işdə birlikdir. Bu idealla da mərhum Turan Yazqan vəqfi bizlərə əmanət etdi.

-Bəs qeyd etdiyiniz birliyin reallaşması üçün bir irəliləyiş varmı?

-Əlbəttə. Çox gözəl təməllər atılıb, bunu görürük. Ən azından biz hər il Türk dünyasının gənclərini bir araya gətiririk və bundan qürur hissi keçiririk. Bu istiqamətdə başladığımız işlər davam edir və bundan sonra da davam edəcək.

-Bəs bu işdə sizlərə dəstək göstərilirmi?

-Əkbəttə ki, könül dəstəyi var. Amma qət edəcəyimiz yol çoxdur. Ona görə də bunu dövlət siyasəti halına gətirmək lazımdır. Bu halda böyük enerji sərf edərək uğurlu nəticələr əldə edə bilərik. Bu gün bu birliyə ehtiyac var. Turan hocamızın da dediyi kimi günümüzdə bütün dünyanın iqtisadi, yeraltı qaynaqları türk coğrafiyasındadır. Ona görə də türk coğrafiyasına bəxş edilən qaynaqlar ilk olaraq türklər tərəfindən istifadə edilməlidir.

-Turan Yazqanın Azərbaycan üçün ən böyük bir əmanəti Bakı Atatürk Liseyi idi. Yaxın gələcəkdə Bakı Atatürk Liseyi ilə bağlı hansısa addımların atılması, yeniliklərin edilməsi gözlənilirmi?

-Bakı Atatürk Liseyi örnək təhsil müəssisəsi kimi Azərbaycanda fəaliyyətini hər zaman davam etdirəcək. Türk Dünyası Araşdırmalar Vəqfinin durumundan asılı olmayaraq bu lisey yaşamağa davam edəcək. Ən böyük məqsəd və hədəfimiz Atatürk liseyi kimi məktəbləri türk coğrafiyasında yaymaqdır. Uşaqlara dildə, fikirdə, işdə birlik ideyalarını çatdıran məktəblərin yayılması çox önəmlidir. Bakı Atatürk Liseyinin mərhum müdiri Əli Devrimlə bir çox planlar üzərində işləyirdik. Fərqli bölgələrdə fərqli fəaliyyətlər həyata keçirəcəkdik. Əli bəyin ruhunun şad olması üçün bu işləri həyata keçirəcəyik.

-Belə başa düşdüm ki, Türk Dünyası Araşdırmalar Vəqfinin Azərbaycan ərazisində yeni məktəblər açmaq planı gündəmdədir?

-Bəli, Türk Dünyası Araşdırmalar Vəqfinin Azərbaycan ərazisində yeni məktəblər açmaq planı gündəmdədir. Hətta Əli bəylə Azərbaycanın müxtəlif ərazilərində bölgə liseylərinin açılması planı üzərində də işləyirdik. İnşallah bu ideyanı da gerçəkləşdirərik. Yəni, mərkəzlə yanaşı, mərkəzə yaxın bölgələrdə də yatılı liseylər açmaq barədə düşünürük.

-Səhv etmirəmsə Bakı Atatürk Liseyi ilə Türk Dünyası Araşdırmalar Vəqdinin Türkiyə ərazisində fəaliyyət göstərən liseylərin biri ilə qardaşlaşması layihəsi də nəzərdə tutulurdu

-Bəli. Bu bir ideal məsələsidir və hər zaman bizim idealımızdır. Zamanında bunlar da gerçəkləşəcək. İspartada fəaliyyət göstərən Turan Yazqan liseyi ilə qardaşlıq əlaqələri quruldu və gediş-gəliş başlayacaq. Həmçinin Əli Devrimin müdir oluğu dönəmdə Aydındakı bir məktəblə əlaqələrin qurulması nəzərdə tutulurdu. Onlarla da əlaqələr qurulacaq. Yəni bu işlərdə axsama olmaz. Bakıdakı Atatürk Liseyindəki ən böyük sıxıntımız bina ilə bağlıdır. Liseyin binası kiçik olduğu üçün ikinövbəli dərs keçməli oluruq.

-Közhan bəy, Azərbaycanın bu günkü inkişafı, tutduğu mövqe sizdə hansı təssüratı yaradır?

-Müstəqilliyinin 25 ilini yaşayan Azərbaycanın son 10 ildən artıq müddətdə əldə etdiyi nailiyyətlərə nəzər saldıqda belə qənaətə gəlmək mümkündür ki, Azərbaycan türk dünyasına liderlik edəcək bir gücə malik, bu istiqamıtdə önəmli rol oynaya biləcək bir ölkədir. İnşallah Azərbaycan Türk dünyasının parlayan ulduzu olmağa davam edəcək.

Süleyman İsmayılbəyli

Olaylar.Az

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771 ěě
Rütübət: 72 %


free counters

© 2024 www.atxem.az
Powered by Danneo