Axtarış: 
Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?
+  -  Çap 
Yerləşdirilib: 26.01.17 | Baxılıb: 3208
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.

Rejiminin dağılması ilə yetmiş il türk xalqlarının yeganə təmsilçisi rolunu oynamış müstəqil Türkiyə dövləti və SSRİ-nin sərhədlərindən kənarda yaşayan digər türk qardaşlarından ayrı düşmüş 5 türk dövləti üçün yeni bir səhifə açılmış oldu. Türk dövlətlərinin başçıları siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrin güclənməsinə xidmət edən sistemli fəaliyyətin əsasını qoymaqla əbədi qardaşlıq bağlarının möhkmlənməsinə zəmin yaratmış oldular.

Bu gün beynəlxalq hüquq normalarına əsasən dövlət kimi tanınan 6 müstəqil Türk dövləti olsa da beynəlxalq aləmdə de-yure tanınmayan Şimali Kipr Türk Cumhuriyyəti ilə birlikdə 7 türk dövləti mövcuddur. Son 25 ildən bu yana türk dövlətləri arasında inteqrasiya və əməkdaşlığın möhkəmlənməsi istiqamətində müxtəlif beynəlxalq birliklər qurulmuş və müqavilələr imzalanmışdır. Bu beynəlxalq birliklərdən biri də Türk Dünyası Bələdiyyələr Birliyidir.

Birlik 12 noyabr 2003-cü ildə yaradılmışdır. Hazırda 28 ölkədən 1103 bələdiyyənin üzvü olduğu birlik nüfuzlu beynəlxalq təşkilatların sırasında yer almaqdadır. Üzvlərinin mənsub olduqları ölkələrın sayı və yerləşdikləri geniş coğrafiya deməyə əsas verir ki, birliyin əhatə dairəsi təkcə Türk dövlətlərilə məhdudlaşmır. Birliyin fəaliyyəti eyni zamanda dünyanın müxtəlif guşələrində kompakt şəkildə yaşamaqda olan türk toplumlarının bələdiyyələrini də əhatə etməkdədir.

Türk Dünyası Bələdiyyələr Birliyinin yaranmasında hansı zərurətlər rol oynayıb və bu birlik türk dünyasına nələr vəd edir? İlk öncə qeyd etməliyəm ki, dünyanın müxtəlif coğrafiyalarında yaşayan Türk xalqları arasında qardaşlıq müasibətlərinin möhkəmlənməsi və iqtisadi əlaqələrinin qurulması baxımdan təşkilat önəmli rol oynamaqdadır. Yarandığı dövrdən bu günə qədərki fəaliyyətini araşdırarkən məlum olur ki, təşkilat türk dünyasının inteqrasiyası və qarşılıqlı əlaqələrin qurulması istiqamətində uğurlu layihələr həyata keçirmişdir.

Buraya ümum türk tarixi və ayrı ayrı türk dövlətlərinin tarixi ilə əlaqədar kitabların nəşri, simpozumların keçirilməsi, türk dünyası bələdiyyələr birliyinin üzvü olan bələdiyələrarası qardaş şəhərlər layihəsi, təhsil sahəsində tədbirlər, mədəni tədbirlər, Türk Dünyası Bələdiyyələr Birliyinin adından müsəlman ölkələrində ehtiyacı olan insanlara yardımların edilməsi və s. tədbirlər daxildir.

Birlik türk toplumları arasında mövcud olan ortaq mədəni dəyərləri və mirası nəzərə alaraq, qardaşlıq, birlik, yardımlaşmaq münasibətlərinin möhkəmlənməsi və yerli özünüidarəetmə sahəsində təcrübələrin öyrənilməsi məqsədiylə yaradılmış beynəlxalq təşkilatdır.

Baş ofisi İstanbulda yerləşən təşkilatın ali məqsədi türk dünyasının inteqrasiyasına nail olmaqdır. İyirmi səkkiz ölkənin bələdiyyələrini özündə cəmləyə bilmiş təşkilatın təsir dairəsi genişləndikcə əhəmiyyəti artmaqda və türk dünyasının inteqrasiyasında önəmli rol oynayan təşkilat halını almaqdadır. Türk Dünyası Bələdiyyələr Birliyinin nizamnaməsinə əsasən inteqrasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilir.

1. Tarixi və mədəni mirası qorumaq.

2. İqtisadi, texniki, sosial və mədəni sahələr əsas tutulmaqla əlaqələrin inkişaf etdirilməsi.

3. Şəhər və qəsəbələrdə yerli özünüidaər etmə sahəsində yaranmış çətinliklərin aradan qaldırılması və həlli yollarını müəyyənləşdirərək birlikdə həll edilməsinə çalışmaq.

4. Şəhər və qəsəbələrdə idarəetmə təcrübəsi və yerli adət-ənənələrin formalaşması mövzusunda daha müasir modelləri araşdıraraq inkişaf etdirmək və bu istiqamədəki fəaliyyətləri dəstəkləmək.

Dünyada gedən qloballaşma prosesinin müsbət nəticəsi olaraq inkişaf etmiş dövlətlərin elmi, mədəni, texniki naliyyətləri öyrənilməkdə və tətbiq edilməkdədir. Qərb inkişaf modeli kimi qiymtləndirilən qloballaşama prosesində zahirən təhlükəli heçnə olmasa da iqtisadi cəhətcə inkişaf etmiş qərb dövlətləri qloballaşmadan öz siyasi maraqlarının təmin edilməsi məqsədiylə istifadə edirlər.

Onlar elmi və texniki təcrübə ilə bərabər çox zaman bütün imkan və resurslardan istifadə edərək kiçik dövlətlərə və xalqlara ümumbəşəri dəyər kimi öz mədəniyyətlərini ixrac etməkdədirlər. Nəticədə kiçik dövlətlər böyük dövlətlərin mədəniyyətini mənimsəməyi müasirlik kimi qəbul edərkən yerli və milli mədəniyyətləri daha doğrusu milli kimlikləri tədricən yox olmaqdadır.

Baxmayaraq ki, türklər kiçik xalq deyil və dünya üzrə 300 milyona yaxın saya malikdirlər. Amma bu qloballaşma tendesiyası bütün dünya xalqları kimi türk toplumları və türk kimliyi üçün də ciddi təhlükədir. Türk xalqları daima milli və mənəvi dəyərlərə sadiq olmaqla yanaşı müasirliyə, elmə və inkişafa dəyər vermişlər. Tarixən bir çox elmi kəşflər və yeniliklər türklərin adi ilə bağlıdır. Türklər keçmişləri ilə öyünsələr də, keçmişdə qapılıb qalmayan və zamanın tələbi ilə uyğunlaşmağa çalışan mədəni xalqların cərgəsindədirlər.

Buna görə də bu gün türk dövlətlərinin beynəlxalq aləmə inteqrasiyası, əldə etdikləri iqtisadi nəaliyyətləri və inkişafları sevindirici hal olsa da kənar mədəniyyətlərin təsirindən qorunmaq üçün müvafiq tədbirlər görülməlidir. Yad təsirlərdən qorunmaq istiqamətində görüləcək tədbirlərdən ən mühümü eyni dil, irq və ortaq mədəni keçmişə malik olan türk toplumlarının öz aralarında əlaqələrini möhkəmləndirmək və inteqrasiyanı gücləndirməkdir. Qarşısına Türk toplumlarının inteqrasiyasını ali məqsəd kimi qoymuş Türk Dünyası Bələdiyyələr Birliyinin bu sahədə fəaliyyəti təqdirəlayiqdir.

İyirmi səkkiz dövlətin yerləşdiyi geniş coğrafiyanı, bu coğrafiyada yaşayan 100 milyonlarla insanların həyatı və fəaliyyəti ilə əlaqədar sahələri əhatə edən beynəlxalq təşkilat kimi Türk Dünyası Bələdiyyələr Birliyinin yaxın gələcəkdə dünyanın sayılıb seçilən beynəlxalq təşkilatları arasında ön sıralarda yerini alacağı şübhəsizdir .

Bələdiyyələrin beynəlxalq təşkilat yaratması, yerli özünüidarəetmə sahəsində təcrübə mübadilələrinin aparılması və bələdiyyələrlə birgə ortaq layihələrin həyata keçirilməsinin nəzərdə tutulması mühüm hadisədir. Təbii ki, hər bələdiyyənin özünəməxsus təcrübəsi vardır ki, əldə edilmiş bu təcrübələrinin digər bələdiyyələrlə bölüşülməsi idarəçilkdə müsbət nəticələrin əldə edilməsinə və bələdiyyələrin inkişafına səbəb olacaqdır.

Çoxsaylı üzvlərə malik beynəlxalq təşkilat kimi sahib olduğu resurs və imkanlar söyləməyə əsas verir ki, birlik tərəfindən türk dünyasının inteqrasiyası sahəsində böyük işlər görüləcək və layihələr həyata keçiriləcəkdir.

Birlik eyni zamanda bələdiyyələrin beynəlxalq arenaya çıxması və müxtəlif ölkə bələdiyyələrinin bir-biri ilə işgüzar əlaqələrinin qurulması baxımdan önəmli rola malikdir. Çalışılmalıdır ki, bu qədər önəmli təşkilat cəmiyyətmizi narahat edən problemlərin həllində yaxından iştirak etsin və bu fəaliyyətlər əhalinin rifahına müsbət təsir göstərsin. Bələdiyyələr arası münasibətlərin güclənməsi eyni zamanda dövlətlər arası münasibətlərində güclənməsi deməkdir. Yəni birliyin həm də dövlətlər arsında beynəlxalq münasibətlərin qurulması, iqtisadi, siyasi və mədəni əlaqələrin möhkəmlənməsi sahəsində strateji əhəmiyyəti vardır.

Bütün bunlarla yanaşı türk dünyasının inteqrasiya sahəsində fəaliyyətlər təkcə birlik səviyyəsində görülən işlərlə məhdudlaşmamalıdır. Hər bir bələdiyyə və yaxud bələdiyyə üzvü türk dünyasının inteqrasiyasına töhfəsini verəcək fəaliyyətlər həyata keçirməli və təkliflərlə çıxış etməlidir.

Bir bələdiyyə nümayəndəsi kimi mən Türk Dünyası Bələdiyyələr Birliyinə aşağıdakı təkliflərimi irəli sürürəm:

1.Türk Dünyası Bələdiyyələr Birliyi tərəfindən beynəlxalq təşkilat kimi “Xocalı soyqrımına” beynəlxalq hüquqi qiymət verən sənəd qəbul edilsin və üzv bələdiyyələrə yerlərdə “Xocalı soyqrımını” tanıdan tədbirlərin həyata keçirilməsi tövsiyyə edilsin.

2.Birlik tərəfindən hər il bir dövlətin bələdiyyəsi türk dünyasının inteqrasiyası istiqamətində göstərdiyi fəaliyyətləri, əldə etdiyi uğurları və nail olduğu inkişafı nəzərə alınaraq “İlin bələdiyyəsi” adıyla təltif edilsin.

3.Türk xalqlarının yaşadığı faciələri əbədiləşdirmək və unudulmamaq məqsədiylə üzv bələdiyyələr tərəfindən yerlərdə marifləndirmə işlərinin aparılmasını və müvafiq tədbirlərin həyata keçirməsini təmin edəcək qərarlar qəbul edilsin.

4.Türk Dünyası Bələdiyyələr Birliyinin üzvü olan bələdiyyələr arasında türizimin inkişafı istiqamətində tədbirlər həyata keçirilsin.

5.Türk toplumlarının arasında inteqrasiyanın güclənməsi məqsədiylə ortaq əlifbanın qəbul edilməsi istiqamətində çalışmalar həyata keçirilsin.

6.Birliyin daxilində türk toplumlarının interasiyasını gücləndirmək məqsədiylə layihələrin maliyyələşməsini həyata keçirən qurum təsis edilsin.

7.Birlik üzvü olan bələdiyyələr ərazilərində fəaliyyət göstərən iş adamlarını digər üzv bələdiyyələrə kapital qoyuluşuna təşviq etsin.

8.Birliyin yaranma tarixi olan 12 noyabr “Beynəlxalq bələdiyyə” günü kimi qəbul edilsin və bütün üzv bələdiyyələr tərəfindən qeyd edilsin.

9.Türk dövlət başçıları tərəfindən qəbul edilmiş 3 oktyabr “Türk Dünyası Günü” bayram olaraq təşkilat tərəfindən və üzv bələdiyyələr tərəfindən yerlərdə qeyd edilməsi istiqamətində tədbirlər görülsün.

10.Birlik üzvü olan bələdiyyələrin bir-birinin iş təcrübəsini və həmçini beynəlxalq təcrübəni öyrənmək məqsədiylə kursların və seminarların təşkil edilməsi.

Fərman Salmanlı

Hökməli bələdiyyəsinin sədr müavini,
Hüquqşunas

VIDEO
“Ötən 20 ildə bir çox sahələrdə inkişafa yol açan islahatlar aparılıb” — ATXƏM sədri - 1 Fevral 2024 il
 
 
 
İctimai nəzarət saatında ATXƏM İB sədri İlham İsmayılov və Ləman Ələşrəfqızı LAFTV-də ilə müzakirə
 
Haaqada
 
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi  - 21.10.2023
 
“Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
 
Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri bu gün Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində olublar. - 14.09.2023
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Mar.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Gündüz: +7.. +9dumanlı yağmurlar
Axşam: +7.. +9dumanlı yağmursuz
Gecə: +7.. +9dumanlı yağmurlar
Səhər: +6.. +8dumanlı yağmursuz
Atm. təziyi: 754
Rütübət: 81 %


free counters

2024 www.atxem.az
Powered by Danneo