Axtarış: 
Azərbaycanın Milli Qəhramanı Murad Mirzəyevə həsr olunmuş film təqdim olundu
+  -  Çap 
Yerləşdirilib: 05.04.17 | Baxılıb: 1912
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Aprelin 4-də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Azərbaycan Mətbuat Şurası və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) birgə təşəbbüsü və dəstəyilə hazırlanmış yazıçı-publisist Bəxtiyar Qaracanın "Bitməyən müharibənin qəhramanları" silsiləsindən "Muradına çatmayanlar; apreldən əvvəl və sonra" sənədli filmin təqdimatı keçirildi.

Filmin məsləhətçisi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənovdur.

Aprel döyüşlərinin ildönümü ərəfəsində təqdim olunan film aprel döyüşlərinin əhəmiyyəti və Azərbaycanın Milli Qəhramanı, polkovnik-leytenant Murad Mirzəyevin xatirəsinə həsr olunmuşdu. Filmdə, eyni zamanda, aprel döyüşlərinin əhəmiyyətindən, qazanılan qələbədən və Qarabağa böyük qayıdışdan bəhs olunub.

Əvvəlcə Milli Qəhrəman Murad Mirzəyevin, eləcə də torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov M.Mirzəyevin şərəfli həyat yolundan danışıb. Onun qəhrəmanlığının əsl vətənpərvərlik nümunəsi olduğunu söyləyən Ə.Amaşov bildirib ki, aprel döyüşləri Azərbaycan xalqının tarixində çox mühüm rol oynayıb, torpaqların bir qarışının da düşmən tapdağı altında qalmayacağına xalqın inamını daha da gücləndirib.
Bu döyüşlər, eyni zamanda, Azərbaycan ordusunun doğrudan da regionda ən güclü ordu olduğunu göstərdi və əsgərlərimizdə döyüş əhval-ruhiyyəsini yüksəltdi. Bu, həm də Ermənistan rəhbərliyinə bir mesaj idi.

Sonra film nümayiş olunub.





ATXƏM-in sədri İlham İsmayılov çıxışında M.Mirzəyevin döyüş yolundan və aprel döyüşlərinin əhəmiyyətindən danışıb. O qeyd edib ki, Murad Mirzəyev və digər qəhrəmanların keçdiyi yol gənc nəsil arasında geniş təbliğ olunmalıdır. Bu qəhrəmanlar haqqında informasiyalar orta məktəb dərsliklərində əks olunmalı və şagirdlərə tədris edilməlidir. Çünki Murad Mirzəyev və aprel döyüşləri qəhrəmanlarının döyüş yolunun öyrənilməsi gənclərdə vətənpərvərlik ruhunun yüksəlməsi baxımından çox önəmlidir.
Nə qədər ki Murad Mirzəyev kimi qəhrəmanlarımız var, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş sektorunun müdiri Qafar Əliyev isə çıxışında bildirib ki, aprel döyüşləri Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdi. Onun sözlərinə görə, Azərbaycan işğal altındakı torpaqlarını gec-tez azad edəcək: "Azərbaycan ordusunun əldə etdiyi uğurlar hamımıza ruh yüksəkliyi verir. Mən hesab edirəm ki, belə filmlər çox çəkilməlidir. Hamını Qarabağ probleminin həllində əl-ələ verib, birlikdə əməkdaşlıq etməyə çağırıram. Əlimizdən gələni etməliyik ki, xalqımızın milli ruhu və vətənpərvərlik tərbiyəsi daim yüksək olsun. Bu, bizi qələbəyə aparan yoldur".

Millət vəkili Musa Qasımlı belə bir qəhrəman yetişdirdiyimə görə şəhidin ailəsinə minnətdarlığını ifadə edib. O, Mətbuat Şurası və ATXƏM-ə, filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib. Musa Qasımlı həmçinin çıxışında Ali Baş Komandanın uğurlu ordu qurucluğu, bu istiqamətdə atdığı addımları da təqdir edib. Bildirib ki, bu amil torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə ümid yaradır.

Milıət vəkili Hikmət Babaoğlu çıxışında qeyd edib ki, Azərbaycan xalqının Murad Mirzəyev kimi qəhrəmanları var və belə bir qəhrəmanı olan xalq tezliklə öz torpaqlarını işğaldan azad edəcək. Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi aprel döyüşləri dərsliklərə salınmalıdır.

Millət vəkili Elman Nəsirov qeyd edib ki, düşmənlə yanaşı, Dağlıq Qarabağın itirildiyi haqqında Azərbaycanda da mövcud olan bəzi fikirləri Murad Mirzəyev kimi qəhrəmanlar darmadağın edib: “Mən əminəm ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq”. Millət vəkili qeyd edib ki, bu gün Cocuq Mərcanlıya qayıdan Azərbaycan xalqının tezliklə digər işğal altında olan ərailərimizə qayıdacağına ümid var. Elman Nəsirov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev aprel hadisələrinin ildönümü ilə bağlı hərbiçilərlə keçirdiyi görüşdə bunu açıq şəkildə qeyd edib. Elman Nəsirov deyib ki, mütləq torpaqlarımız işğaldan azad ediləcək və buna böyük əminlik var: "Düşmənlə yanaşı, Dağlıq Qarabağın itirildiyi haqqında Azərbaycanda da mövcud olan bəzi fikirləri Murad Mirzəyev kimi qəhrəmanlar darmadağın edib: "Mən əminəm ki, torpaqlarımız mütləq işğaldan azad olunacaq".

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnfoirmasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, aprel döyüşləri qısa müddətli olsa da, ancaq bu döyüş Azərbaycan xalqının, onun prezidentinin mövqeyini ortaya qoydu: "Həmçinim aprel döyüşləri Azərbaycan Ordusunun gücü, qüvvətini göstərdi. Bu gün biz Murad Mirzəyevlə fəxr edirik. Təkcə biz yox, bütövlükdə Azərbaycan xalqı Murad Mirzəyev kimi qəhrəman oğullarımızla fəxt edir. Bu kimi qəhrəmanlıqlar tezlikıə torpaqlarımızın işğaldan azad ediləcəyinə böyük ümid yaradır".

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu çıxışında şəhid Murad Mirzəyevin yaxınlarına, valideynlərinə dərindən təşəkkür edib, onlar qarşısında baş əydiyini ifadə edib. "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki, belə qəhrəmanların döyüş yolu gələcək nəsillərə çatdırılmalıdır. Vüqar Rəhimzadə də şəhidin valideynlərinə belə bir oğul yetişdirdikləri üçün təşəkkür edib. O, deyib ki, Murad Mirzəyev kimi qəhrəmanlar heç vaxt unudulmamaııdır.

"OLAYLAR" qəzetinin baş redaktoru Yunus Oğuz çıxışında filmin yaradıcı heyəti, təşkilatçılara təşəkkür edib. Qeyd edib ki, Murad Murzəyevin döyüş yoluna baxıb yeni qəhrəmanlar yetişəcək. Baş redaktor şəhidin valideynlərinə minnətdarlığını bildirib və qeyd edib ki, Murad Mirzəyevlə hər kəs fəxr edir.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli çıxışında bir sıra təkliflər səsləndirib. Bildirib ki, qəhrəman barədə cizgi filmləri, animasiya filmləri çəkilməli, onun döyüş yolu hər bir gəncə təbliğ edilməlidir.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı deyib ki, əslində aprel döyüşləri davam edir və Azərbaycan əsgərləri hər gün düşmən təxribatının qarşısını alır: "Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə tədbiri bağçalardan başlamalıdır. Bu istiqamətdə filmıər çəkilməlidir. Murad Mirzəyevin ərazilərimizin işğaldan azad edildiyi günü görməsə də, inşallah onun övladları torpqlarımızın azad ediləcəyini görəcəklər".

Daha sonra çıxış edən QHT rəhbərləri aprel döyüşlərinin Azərbaycanda milli ruhun çox yüksək səviyyədə olduğunu göstərdiyini bildiriblər. Qeyd edilib ki, Azərbaycan Ordusunun qələbəsi hamımıza böyük ruh yüksəkliyi verir. Vurğulanıb ki, xalqımızın, xüsusilə gənclərimizin vətənpərvərlik hissinin gücləndirilməsində belə filmlər çox böyük əhəmiyyətə malikdir.

Tədbirin sonunda Murad Mirzəyevin atası Telman Mirzəyev və xanımı Fizzə Mirzəyeva fimə görə yaradıcı heyətə təşəkkür ediblər.

VIDEO
“Ötən 20 ildə bir çox sahələrdə inkişafa yol açan islahatlar aparılıb” — ATXƏM sədri - 1 Fevral 2024 il
 
 
 
İctimai nəzarət saatında ATXƏM İB sədri İlham İsmayılov və Ləman Ələşrəfqızı LAFTV-də ilə müzakirə
 
Haaqada
 
Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi  - 21.10.2023
 
“Qondarma rejimin rəhbər şəxslərinin həbs olunub Bakıya gətirilməsi böyük məna daşıyır” - 29 sentyabr 2023
 
Azərbaycanda səfərdə olan İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyinin üzvləri bu gün Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyində olublar. - 14.09.2023
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Mar.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Gecə: +7.. +9dumanlı yağmursuz
Səhər: +7.. +9dumanlı yağmurlar
Gündüz: +7.. +9dumanlı yağmurlar
Axşam: +6.. +8dumanlı yağmursuz
Atm. təziyi: 758
Rütübət: 85 %


free counters

2024 www.atxem.az
Powered by Danneo