Axtarış: 
“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib
+  -  Çap 
Yerləşdirilib: 16.09.17 | Baxılıb: 1692
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Sentyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 99-cu ilinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda konfrans keçirilib.

Toplantını giriş sözü ilə ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayılov açaraq bildirib ki, 15 sentyabr tarixinin qeyd edilməsi artıq ənənə halını alıb. Sevindirici haldır ki, bu prosesdə təşəbbüskar qismində çıxış edən təşkilatların sayı artır. ATXƏM, MŞ və Milli QHT Forumu hər il mövcud istiqamətdə tədbirlər keçirirlər. “Qafqaz İslam Ordusunun rəşadətli döyüş yolu Azərbaycanın və Türkiyənin tarixi bağlarını yaşadan ortaq qəhrəmanlıq salnaməsidir. Tədbirimiz bu şanlı tariximizi bir daha yada salmaq məramına köklənib. Hesab edirəm ki, hər iki ölkənin ictimai institutları, o cümlədən media qurumları məsələyə daha ciddi önəm verməlidirlər”, -deyən İ.İsmayılov onu da bildirib ki, Bakının bolşevik-daşnaq qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun görkəmli sərkərdəsi Nuru Paşanın rolu xüsusi vurğulanmalıdır. Bu istiqamətdə media vasitəsilə geniş təbliğat işi aparılmalıdır. Təbliğat ona əsaslanmalıdır ki, Qafqaz İslam Ordusunun Azərbaycan tarixindəki rolu milli-mənəvi dəyərlərimiz, türkçülük kökənimiz və dövlətçilik tariximiz baxımından müstəsna önəm daşıyır. Buna görə də mövzu hər zaman diqqətdə saxlanılmalıdır. İ.İsmayılov həmçinin çıxışında bildirib ki, Türkiyədən böyük heyətlə Azərbaycana gələn İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin üzvləri səfər çərçivəsində ölkəmizdə bir sıra görüşlər keçiriblər. Bakıdakı Türk şəhidliyi abidəsi ziyarət olunacaq. Artıq Qubadakı məzarlıq abidəsi ziyarət olunub. Bütün bu cür tədbirlərin təşkil edilməsində əsas məqsəd Qafqaz İslam Ordusunun Azərbaycana gəlişini yad etmək və gənc nəsillərə aşılamaqdır. Gələn il Qafqaz İslam Ordusunun Azərbaycana gəlişinin 100 ili tamam olacaq. Çox istərdik və bura toplaşan hər kəs arzu edir ki, 2018-ci ildə Nuru Paşanın Bakıda abidəsi ucaldılsın. Bununla bağlı ölkə başçısı cənab İlham Əliyevə də müraciət etmişik. Ümid edirik ki, gələn il yüz illik ərəfəsində Azərbaycanda Nuru Paşanın abidəsi ucaldılacaq.

İSTAD- İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Səfər Karakoyunlu çıxışında Qafqaz İslam Ordusunun xidmətlərinin müxtəlif aspektlərindən ətraflı bəhs edib. O, ötən əsrin əvvəllərindən beynəlxalq siyasi həyatın xüsusiyyətlərindən söz açaraq bildirib ki, bu ordunun yerinə yetirdiyi vəzifənin cəmiyyətdə təbliğinə ehtiyac ortaq tarixi dəyərlərimizin yaşadılması, tarixi faktlara düzgün qiymətin verilməsi baxımından son dərəcə zəruridir.

S.Karakoyunlu Azərbaycana hər il düzənlədikləri bu gəzi proqramının əsas məqsədini toxunaraq, bildirib ki, 1918-ci ildə Azərbaycanda ermənilər tərəfindən törədilmiş soyqırım faktlarına bir daha diqqət çəkmək, hadisələrin baş verdiyi coğrafi ərazilərdə xatirə tədbirləri keçirtməkdir: “Bu məqsədlə Gəncə, Şəki, Salyan, Quba və Bakı şəhərində müxtəlif tədbirlər keçirilib, Qubadakı soyqırım məzarlığı və Xatirə kompleksi ziyarət olunub. Sabah da Bakıda Şəhidlər Xiyabanı və Türk Şəhidliyi ziyarət olunacaq. Nuru Paşanın qəbrindən gətirilən torpaq Şəhidlər Xiyabanına səpiləcək”.

Çıxış edənlərdən MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Azər-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, İSTAD-Türkiyə Azərbaycan Dərnəyinin təmsilçisi Nebahat Kirman, professor Güllü Yoloğlu və başqaları Qafqaz İslam Ordusunun tarixi missiyasının təqdimatındakı spesifik məqamlardan söz açıblar. Onlar həmçinin Bakının erməni-daşnaq işğalından qurtulmasında fədakarlığı ilə seçilmiş Nuru paşanın adının əbədiləşdirilməsinin zəruriliyini vurğulayıblar. Konfrans iştirakçıları bununla bağlı ölkə rəhbərliyinə müraciət edilməsini məqsədəuyğun sayıblar.

Toplantıda həmçinin Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin dərinləşməsində xidmətləri olan bir qrup şəxsə İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin mükafatları təqdim edilib.

Tədbirin sonunda bir qrup tədbir iştirakçısısı mükafatlandırılıb.

ATXƏM-in Mətbuat xidməti

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo