Axtarış: 
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
+  -  Çap 
Yerləşdirilib: 31.10.17 | Baxılıb: 1774
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Oktyabrın 27-də Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. İclasda Komissiya üzvü, Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov da iştirak edib.

Komissiya sədri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.İclasda ilk olaraq «Aztoday.az» saytının fəaliyyəti ilə bağlı Şuraya daxil olmuş müraciətlər araşdırılıb. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, İsmayıllı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Ağcabədi filialının şikayətlərinə diqqət yetirilib.

Məlumat verilib ki, «Aztoday.az» saytının hər üç dövlət qurumu ilə bağlı təqdim etdiyi materiallarda «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»na aşkar sayğısızlıq əlamətləri var. Sayt tənqid hədəfi kimi seçdiyi qurumların, əlaqədar şəxslərin mövqeyini öyrənməyib. Bu başlıca tələb gözlənilmədiyindən, cavabdeh komissiyanın iclasında iştirak etmək istəmədiyindən müraciət müəlliflərinin «Aztoday.az»ın onların şərəf və ləyiqətinə, işgüzar nüfuzuna xələl gətirdiyinə dair iddiaları əsaslıdır. Komissiya bütün bunları nəzərə alaraq sayta xəbərdarlıq edilməsi rəyinə gəlib. Eyni zamanda «Aztoday.az»la bağlı toplanmış materialların Şuranın «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında müzakirə olunması məqsədəuyğun sayılıb.

Şikayətlər üzrə Komissiya «Aztoday.az» saytından başqa daha iki saytla bağlı toplanmış materialların da MŞ-nin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında araşdırılmasına dair rəyə gəlib. Bunlar «obyektiv.org» saytı və «Korrupsiyaya yox» qəzetidir. «Obyektiv.org» saytından şikayətin müəllifi Azərbaycan Dövlət Pedaqoji Univesitetinin Ağcabədi filialıdır. «Korrupsiyaya yox» qəzetindən şikayəti isə Ağdam Rayon Mərkəzi Xəstəxanası Doğum Evinin baş həkimi Afət Hüseynova edib. Bildirilib ki, hər iki kütləvi informasiya vasitəsinin fəaliyyətində peşə prinsiplərinə zidd kifayət qədər ciddi məqamlar var və bununla bağlı zəruri ölçü tədbiri götürülməlidir.

İclasda «dia.az» saytının fəaliyyətindən iki müraciətə baxılıb. Öncə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin şikayəti araşdırılıb. Saytın rəhbəri Məhəmməd Ərsoy müvafiq təkzib mətninin dərcinə hazır olduğunu vurğulayıb.

Bildirilib ki, «dia.az»ın sözügedən dövlət komitəsi ilə bağlı yayımladığı materiala digər saytlar da istinad ediblər. Komissiya onlara yanlışlığı aradan qaldırmağı, təkzib mətnini yayımlamağı tövsiyə edib.

Komissiya vətəndaşlar - Abdurahmanov Şaiq Bəxtiyar oğlunun və Əlibəyov Allahverdi İsrafil oğlunun «dia.az»la əlaqədar şikayətlərini müzakirə edərək rəyə gəlib ki, sayt şikayətçilərin mövqeyinin əksini tapdığı təkzib mətnini yayımlayaraq yol verdiyi yanlışlığı aradan qaldırmalıdır.

Müzakirə edilən növbəti məsələ «Standart İnsurance Georgia» şirkətinin baş direktoru Nicat Hüseynovun «qafqaznews.az» və «legion.az» saytları ilə bağlı müraciəti olub. Məlumat verilib ki, hər iki sayt tənqid obyekti kimi təqdim etdiyi şirkət barədə material yayımlayarkən qarşı tərəfin mövqeyini öyrənməyib. Bu isə peşə prinsiplərinin pozulmasıdır. Saytların iclasda iştirak edən təmsilçisi qarşı tərəfin mövqeyinin ifadə olunduğu təkzib mətninin dərcinə hazır olduqlarını bildirib.

VIDEO
Prezidentin Qazaxıstana dövlət səfəri türk xalqları arasında həmrəyliyin gücləndirilməsinə xidmət edir - 22.10.2025
 
QHT-lərin əməkdaşlıq forumları təkcə təşkilatlar üçün deyil, ümumilikdə cəmiyyət üçün faydalıdır - 20.10.2025
 
Ramiz Mehdiyevin kadrları dövlət və hökumət qurumlarında, parlamentdə təmsil olunur və onların hamısı ifşa edilməlidir - 15.10.2025
 
“Türk Şengeni” yaradılır - 14.10.2025
 
İlham Əliyevin Sülh sammitinə dəvət edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisidir - 13.10.2025
 
Azərbaycan Türk dünyasında artan siyasi nüfuzunu, təşəbbüskar rolunu nümayiş etdirdi - 08.10.2025
 
Şəhidlərin xatirəsi yad edilmişdir - 27.09.2025
 
Uca Türk xalqı Atatürkün miras qoyduğu Türkiyə Cümhuriyyətini bir dəyər kimi qoruyur, ona sahib çıxır - 29.10.2025
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« Okt.2025
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Gecə: +16.. +18buludlu yağmursuz
Səhər: +16.. +18aydn yağmursuz
Gündüz: +17.. +19aydn yağmursuz
Axşam: +15.. +17aydn yağmursuz
Atm. təziyi: 761 ìì
Rütübət: 56 %


free counters

© 2025 www.atxem.az
Powered by Danneo