Axtarış: 
Türk dünyası jurnalistlərin Zirvə görüşü keçirildi
+  -  Çap 
Yerləşdirilib: 23.01.18 | Baxılıb: 1866
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Türkiyənin Koceli şəhərində "16 Ocak Basın Onur günü - Türk dünyası jurnalistlərin Zirvə görüşü" keçirilib.

"Ölkə.Az"-ın məlumatına görə, zirvə görüşünün iştirakçısı, "Birlik" jurnalının baş redaktoru, ATXƏM-in icra katibi İlqar İlkin deyib ki, tədbir Türk dünyası Jurnalistlər Federasiyasının hazırladığı "Türk dünyası sənədli film göstərisi" ilə başlayıb: Daha sonra tədbir panellərdə davam etdirilib.

Panellərdə çıxış edən professor Korkmaz Alemdar, Emel Baştürk Alça, Kemal Yakut, Bünyamin Ayhan, Besim Yıldırım və Meltem Gönden çıxış edərək, Türkiyənin ayrı-ayrı bölgəsində nəşr olunan qəzetlərin milli mücadilə dönəmində və ondan sonrakı illərdə oynadığı roldan danışıblar. Konfransda Türk dünyasında medianın rolu və qarşılıqlı əlaqələrə,problemlərə həsr olunmuş tədbir keçirilib.

Çıxışçılar Balkanlarda Türkcə mətbuat orqanlarının qarşılaşdığı problemlərə, göstərilən ayrı seçkiliyə diqqət çəkiblər. Qeyd olunub ki, bu basqıların olmasına baxmayaraq, Balkanlarda türk dilinin qorunması üçün əsl mücadilə aparılır, xüsusən ədəbi dərgilər bu sahədə fədakarlıq göstərirlər.

Türk dünyasında mətbuat tarixinə həsr olunmuş paneldə Qazaxstan Əl-Fərabi Unversitetinin dosenti Davran Dyussebayev, Qırğızstan Manas Universitetinin jurnalistika fakültəsi dekanı Hamza Çalır, Azərbaycandan "Birlik" jurnalının baş redaktoru İlqar İlkin çıxış edərək, mətbuatla bağlı geniş məlumat veriblər.

Azərbaycanda mətbuata dövlət tərəfindən böyuk qayğı göstərildiyini qeyd edən İlqar İlkin bildirib ki, Türkdilli ölkələrin media qurumları ilə əlaqələrin daha da inkişaf etdirilməsində maraqlıyıq:

"2010-cu ildən başlayaraq, Ankarada, Bakıda və Bişkekdə Türkdilli ölkələrin media forumları keçirildi. Ümid edirik ki,bu forumlarda əməkdaşlıq üçün təklif etdiyimiz bütün məsələləri yerinə yetirə bilərik. Bunun üçün səylərimizi daha da artırmalıyıq. Hesab edirəm ki, Türk dünyasının Vahid Media Platformu yaradılmalı, Unversitetlərin jurnalistika fakültələrində bütün Türk xalqlarının mətbuat tarixi öyrədilməlidir".

Tədbirin sonunda plaketlər təqdim olunub.

Vasif Həsənli

Ölkə.Az

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo