Axtarış: 
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi sədrinin Avropa Parlamenti üzvlərinə etiraz məktubu!
+  -  Çap 
Yerləşdirilib: 21.02.18 | Baxılıb: 1537
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


(Azərbaycan və ingilis dilində)

Hörmətli Parlamentarilər!

Xanımlar və cənablar!

Bütün nüfuzlu beynəlxalq təşkilatlar kimi Avropa Parlamenti də Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllini vacib sayır.

Avropa Parlamenti özünün icra etdiyi “Şərq tərəfdaşlığı” Proqramında iştirak edən bir dövlət tərəfindən digər dövlətin ərazisinin işğal edilməsinin Şərq tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması kimi dəyərləndirir. Ermənistan işğal etdiyi Azərbaycan ərazisi olan Dağlıq Qarabağ və ətraf 7 rayondan BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrind əvurğulandığı kimi silahlı qüvvələrini dərhal və qeyri-şərtsiz olaraq çıxartmalıdır. Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü məsələsində prinsipial mövqe nümayiş etdirməsi bizi hər zaman sevindirir. Lakin təəssüf doğuran haldır ki, hələ də Ermənistan heç bir beynəlxalq qurumun tələblərinə əməl etməyərək işğalçılıq siyasətini davam etdirir. Bunun səbəblərindən biri də budur ki, bəzi dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri erməni lobbisinin təsiri ilə münaqişədə gərginliyi artırmasına xidmət edən addımlar atırlar. Təəssüflər olsun ki, bəzən belə hərəkətlərin iştirakçıları arasında Avropa Parlamentinin üzvü olan şəxsləri də görürük.

27 fevral 2018-ci ildə Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasi Avropa Parlamentinin binasında Dağlıq Qarabağla bağlı konfrans keçirməyi planlaşdırmaqları və bu tədbirə “Tufenkian Foundation, Armenian Legal Center for Justice and Human Rights və European Armenian federation for Justice and Democracy” adlı erməni lobbi təşkilatlarının sponsorluq etməsi göstərir ki, həmin parlamentarilər beynəlxalq hüququn aliliyi prinsiplərini unudaraq, şəxsi mənfəət və maraqları prizmasından olaylara yanaşmaqdadırlar.

Avropa Parlamenti üzvləri Lars Adaktusson və Mişel Rivasinin bu ilin yanvar ayında Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ ərazilərinə səfər etməsi və qondarma qurumun təmsilçiləri ilə görüşmələri münaqişənin həllinə yardım etmək yox, işğalçı tərəfə haqq qazandırmaq, onların işğalçılıq siyasətinə dəstək verməkdir.

Bu konfransdan cəmi bir gün sonra, 28 fevral 2018-ci ildə Avropa Parlamentinin binasında (European Parliament - Room Jan 6Q2) yenidən Avropa Parlamenti üzvü Frank Engelin təşkilatçılığı ilə "Dağlıq Qarabağ və Avropaİttifaqı: 1988-2018" mövzusunda tədbirin keçirilməsi (The Armenian General Benevolent Union, European frends of Armenia təşkilatının sponsorluğu ilə) göstərir ki, bu Azərbaycana qarşı düşünülmüş total bir hücumdur. Təəssüf ki, bəzi Avropa parlamentariləri beynəlxalq hüququn prinsiplərinin pozulmasına nəinki laqeyd qalır, əksinə qərəzli mövqe nümayiş etdirərək Ermənistanın aqressiyasına haqq qazandırırlar. Belə hallar Avropa Parlamentinin ədalətli və tərəfsiz mövqeyinə şübhə salır, onun nüfuzuna ləkə gətirir, etibarsızlaşdırır. Azərbaycan vətəndaş cəmiyyəti institu olaraq ümid edirik ki, Avropa Parlamenti Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi bütün qərarların gerçək olduğunu nümayiş etdirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyi artıra biləcək, münaqişələri qızışdıran bu cür provakativ tədbirlərin keçirilməsinə icazə verməyəcəkdir.

Ümid edirik ki, erməni lobbisinin təsiri altında olan həmin parlamentarilər Sizlər tərəfindən də qınaq obyektinə çevrilərək yanlış addımdan çəkindiriləcəklər.

İlham İsmayılov
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri

To: Members of the European Parliament!

Dear Parliamentarians!

Ladies and Gentlemen!

TheEuropean Parliament, as other authoritative international organizations, recognizes the territorial integrity of the republic of Azerbaijan and is committed to the peaceful settlement ofArmenia-Azerbaijan Nagorno-Karabakh conflict in the frame of international legal regulations

The European Parliament regards the occupation of other country’sterritories by a state which is involved in theEuropean Parliament Eastern Partnership Programme as the violation of fundamental principles and goals of Eastern Partnership.

Armenia shall withdraw its armed forces from Nagorno-Karabakh which is a historical land of Azerbaijan and 7 surrounding districtsin complete agreement withfour UN Security Council resolutions 822, 853, 874 and 884 adopted in 1993 on the complete andunconditional withdrawal of Armenian armed forces from Azerbaijani land Nagorno-Karabakh and 7adjacent districts.

The European Parliament manifests principle stand in view of the issue of Azerbaijan’s territorial integrity which gladdens us. However, disappointingly, Armenia still pursues its occupation policy against Azerbaijan, disregarding the demands of all international organizations

One of the reasons for this is that the Armenian lobby-backed and -dependent representatives of some states and international organizations take steps which serve the revival of tension on the conflict. Regretfully, among those who take such steps we can sometimes see the people that are the European Parliament members.

The fact that Lars Adaktusson and Michèle Rivasi, who are European Parliament members, areplanning to hold a conference on Nagorno Karabakh in the building of European Parliament on February 27, 2018 and this campaign is sponsored by Armenian lobby organizations like Tufenkian Foundation, Armenian Legal Center for Justice and Human Rights and European Armenian federation for Justice and Democracy show that those parliamentarians approach the events from the perspective of their own benefit and interest.

European Parliament members Lars Adaktusson and Michèle Rivasi’s January visit to Nagorno Karabakh, which is Azerbaijani territory occupied by Armenia, and meeting with representatives of so-called Nagorno-Karabakh regime serve as a justification in favor of the occupier and support their occupation policy rather than a contribution to the settlement of the conflict.

Just one day after this conference, 28 February 2018, arrangement of an event (European Parliament - Room Jan 6Q2) by another European Parliament member Frank Engel on the theme: NAGORNO- KARABAKH & THE EU: 1988-2018(with the sponsorship of the Armenian General Benevolent Union, European friends of Armenia) show that it is an aforethought total attack against Azerbaijan. Pitifully, some European Parliamentarians not only stay uninterested in violation of the principles of international law but also justify the Armenian aggression against Azerbaijan manifesting ill-intentioned stand. Such cases cast doubt onfair and impartial position of European Parliament and dishonor its reputation, and eventually make it unreliable.

Azerbaijan civil society institute hopes that European Parliament, demonstrating the credibility of all decisions made on the territorial integrity of Azerbaijan, won’t them the right to hold such provocative events which can instigate conflicts and increase the tension in Armenia-Azerbaijan Nagorno-Karabakh conflict zone.

Hopefully, those parliamentarians, who are under the influence of Armenian lobby, will be reprobated by You and deviated from taking these erroneous steps.

Ilham Ismayilov
Chairman of cooperation center of azerbaijanisand other turkic speaking peoples

VIDEO
Almaniyanın Duisburg şəhərində fəaliyyət göstərən, TÜRKSAT TV vasitəsilə efirə yayımlanan
 
Brüsseldə
 
 
İSTAD-İstanbul Türkiyə-Azərbaycan Dayanışma və Kültür Dərnəyi ATXƏM-in qonağı olmuşdur. 11.09.2024
 
Şamaxıda
 
ATXƏM sədrindən ictimai nəzarətlə bağlı TƏKLİF- 06.08.2024
 
Axmaq köpək qaysavadan pay umar. - 17.07.2024
 
And yerimiz,xiyabanımız. - 16.07.2024
 
 Digər xəbərlər

Axtarış


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı “İlqar İlkin: Yaşından böyük adam”

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi: “Avropa Azərbaycan məsələsindən narahat olmağa başlayıb”
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

Noy.2024
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Gecə: +6.. +8dəyişkən buludlu yağmursuz
Səhər: +7.. +9dəyişkən buludlu yağmursuz
Gündüz: +8.. +10dəyişkən buludlu yağmursuz
Axşam: +7.. +9buludlu yağmursuz
Atm. təziyi: 771
Rütübət: 72 %


free counters

2024 www.atxem.az
Powered by Danneo