Axtarış: 
Belçikanın Gent şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
+  -  Çap 
Yerləşdirilib: 24.02.18 | Baxılıb: 3557
VKontakte Moy Mir Facebook Livejournal.com Twitter


Fevralın 23-də Belçikanın Gent şəhərində Xocalı soyqırımının 26-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.


Gent Türk Ocağının təşkil etdiyi "Qafqazda barışın önündəki əngəllər; öncəsi və sonrasıyla Qarabağın işğalı - üç nəsil bir trajedi" adlı tədbir və foto-sərgidə diaspor təmsilçiləri, Gent şəhərinin yerli sakinləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gent Türk Ocağının qurucu başqanı Rəcəb Tuncər Sarı 26 il öncə Azərbaycanın tarixi torpaqları olan Qarabağ bölgəsindəki işğal faktlarına diqqət çəkərək, bildirib ki, zaman-zaman türklərə qarşı soyqırımlar törətməkdən çəkinməyən ermənilər, fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində insanlığa sığmayan qətliamlar törətdilər, bu qəsəbədə gerçək bir soyqırım gerçəkləşdirdilər: "Xocalı soyqırımı tarix boyu türk millətinə qarşı edilmiş ən böyük cinayətlərdən biri, bəlkə də ən amansızıdır. Ona görə də biz bu dəhşətli hadisələrin unudulmamasına çalışaraq, bütün dunyaya çatdırmalıyıq".


Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev çıxışında ermənilərin Dağlıq Qarabağa yerləşdirilməsi səbəblərinə tarixi ekskursiya edərək, bildirib ki, iki yüz ilə yaxın bir vaxtdır ermənilər Azərbaycan əraziləri hesabına qurulmuş dövlətlərinin ərazilərini genişləndirmək üçün zaman-zaman münaqişələr çıxarıb, Azərbaycan torpaqlarına təcavüz ediblər Lakin 26 il öncə törətdikləri Xocalı soyqırımı isə bəşəriyyət tarixinin ən qanlı səhifəsidir və biz bunu əsla unutmayacıq.

ATXƏM-in sədri İlham İsmayılov bildirib ki, Xocalı soyqırımını ermənilər və onların havadarları törətməklə,xalqımızın gözünü qırmaq, onlara öz torpaqlarından əl çəkdirmək məqsədi daşıyırdı.Lakin bu cür faciələr, qətliamlar bizi əsla qorxuda bilmədi. Bu gün biz bütün dünyada türk millətinə qarşı bir müharibə, savaş başladıldığını görürük.Biz isə bu savaşdan inandığımız haqq ədalət və yalnız birlik yolu ilə qalib çıxa bilərik. Yalnız birliyimiz nəticəsində bu soyqırımı görməzdən gələn, onu törədənlərdən hesab sormağa cürətləri çatmayan beynəlxalq təşkilatlara təsir edə bilərik, öz həqiqətlərimizi tanıda bilərik.

Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayhan Demirçi Azərbaycanın ümummilli məsələlərinin həll olunması və Azərbaycan həqiqətlərinin daha mütəşəkkil təbliğ olunması üçün birgə əməkdaşlıq səylərini gücləndirməyin vacib olduğunu bildirdi. Xocalı soyqırımının dünyaya çatdırılması və bu istiqamətdə Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatlarının birgə iş qurmalarınln vacibliyini qeyd edərək, Gent Türk Ocaqlarına göstərdiyi dəstək üçün təşəkkür edib.


Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi

VIDEO
Saxta milli qəhrəmanların taleyi hər zaman acınacaqlı olur - 05.04.2026
 
Vətənimizin, Bakımızın divarlarının, hər bir daşının qədrini bilməliyik - 03.04.2026
 
Siyasi inteqrasiyadan iqtisadi inteqrasiyaya - 02.04.2026
 
AFTV- Milli Məclisdə ETİRAZ: Dövlətdən oğurluq edən həbsxanaya yox, vəzifəyə gedir -  Ilham İsmayılov ilə müzakirə
 
Murad Mirzəyev-Gənc nəsil üçün vətənpərvərlik nümunəsi - 02.04.2026
 
31 mart kimi soyqırımlarını yenidən yaşamamaq üçün milli ruh oyanıq, vətənpərvərlik hissi güclü olmalıdır - 31.03.2026
 
Azərbaycan Mədəniyyətinə böyük itki üz vermişdir 29.03.2026
 
Milli mentalitetimiz ailə dəyərlərinə hörməti özündə ehtiva edir - 18.03.2026
 
 Digər xəbərlər

Axtarış
 


Rüstəm Behrudinin təlaşı

Uşaq yaddaşımda qalan təlaş, qorxu və səksəkə bəlkə də məni ayaqda tutan bir səbəb olub. Qaraçöpün yaylalara götürdüyü ağ sürüləri daima təhdid altında olurdu; Ənsəndə hər zaman bir qurdun hənirtisini duyurdun sanki.

Nəriman Əbdülrəhmanlı

Cəmi üç ay əvvəl İlqar İlkinin 45 yaşı tamam oldu...

Türk Dünyası Bələdiyyələr Birliyi türk dünyasına nələr vəd edir?

Sovet rejiminin dağılması nəticəsində 5 Türk dövləti (Azərbaycan, Qazaxstan, Türkmənistan, Özbəkstan və Qırğızstan) müstəqilliyini elan edib müstəqil dövlətlərin sırasında yerini almış oldu.
 Digər xəbərlər
 Ayhan Dəmirçi:
 
 
Azərbaycanda Ümumdünya Meteorologiya Günü qeyd olunacaq
 
 Digər xəbərlər

Çox oxunan
Dostlarınızdan tövsiyə



Tarixi məqamlar
 
Aktiv sorğu yoxdur.

« May.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
    123
45678910
11121314151617
18192021222324
25262728293031

: ..  
: ..  
: ..  
: ..  
Atm. təziyi: μμ
Rütübət: %


free counters

© 2026 www.atxem.az
Powered by Danneo